Bakıda görkəmli alim, oftalmoloq, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 99-cu ildönümü ilı bağlı tədbir keçirilib.
Boyukmillet.com xəbər verir ki, Nərimanov Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və ictimaiyyət nümayəndələri, elm və sənət adamlarının iştirakı ilə baş tutan tədbir Akademik Zərifə Əliyevanın həyat və fəaliyyətinə həsr olunan videoçarxın nümayişi ilə başlayıb.
İncəsənət xadimləri də öz növbələrində Azərbaycan qadınının fədakarlığına, böyüklüyünə həsr olunmuş mahnılar səsləndirməklə Zərifə xanımın xatirəsinə öz ehtiramlarını ifadə ediblər.
Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Elgin Həbibullayev ZərifəƏliyevanın həyatı, elmi və yaradıcılıq fəaliyyəti barədə danışıb: “Zərifə xanım Azərbaycan xanımının bütün gözəl keyfiyyətlərini özündə birləşdirirdi. Onu tanıyan bütün insanların yaddaşında xoş xatirələrlə qalıb. O, mehriban həyat yoldaşı, gözəl ana və sözün əsl mənasında böyük ziyalı idi”.
Tədbirdə məktəblilər də Zərifə Əliyevaya həsr olunan şeirlər səsləndiriblər.
Tanınmış alim, oftalmoloq Paşa Qəlbinur Zərifə Əliyavnın xidmətlərinə görə Sovet İttifaqı dövründə ən ali mükafata layiq görüldüyünü diqqətə çatdırıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Zərifə Əliyevanın oftalmologiyanın inkşafında əvəzsiz xidmətləri olduğunu bir daha vurğulayıb.