Cümə axşamı , 12 Dekabr 2024
Drone Cameras

AKP-dən FETÖ təhqiqatına sərt etiraz: “Prosesi hökumətə qarşı çevirirlər”

Türkiyənin baş naziri Binəli Yıldırımın baş müşaviri Abdülkadir Özkan ölkədə davam edən FETÖ təhqiqatında ciddi çatışmazlıqlar olduğunu deyib.

Yenicag.Az Türkiyə mediasına istinadən xəbər verir ki, baş nazir Binəli Yıldırımın baş müşaviri Abdülkadir Özkan yerli mətbuata müsahibəsində FETÖ terror şəbəkəsi ilə bağlı təhqiqatın gedişinə dair sualı da cavablandırıb.
Özkan qeyd edib ki, FETÖ təhqiqatının aparılmasında ciddi çatışmazlıqlar var:

“Son günlərdə bu sual tez-tez verilir. FETÖ təhqiqatının ciddi narazılıqlar doğurduğuna dair tənqidlər var. Təəssüf ki, bu çərçivədə ictimai vicdanı zədələyən gedişat həmin iddiaların daha ucadan səsləndirilməsinə zəmin hazırlayır.
Etirazların AKP-yə yaxın dairələrdən və partiya rəhbərliyindən gəlməsi o tənqidlərə diqqətlə yanaşılmasını zəruri edir. Hüquqi prosedurların davam etdirildiyi ərəfədə istintaq orqanlarının verdiyi qərarların hökuməti şübhə altına salması, bundan siyasətdə istifadə olunması adi məsələ sayıla bilməz.

Çevrilişə dəstək verdiyi məlum olan FETÖ-çuların bəzilərinin sorğu-sualsız sərbəst buraxıldığı halda, şəbəkə ilə bağlılığı iddia edilən şəxslərə qarşı əməliyyatların genişləndirilməsi gizli bir əlin bu prosesi hökumətin əleyhinə çevirməyə çalışdığına dair şübhələrə əsas verir.

Şəbəkənin tarixi macərasını və fəaliyyətini araşdıranlar təhqiqatın bu şəkildə davam etməsində kriptoFETÖ-çuların əlinin olmasından şübhələnirlər”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir