Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Aktauda baş verən aviaqəzanın təhqiqatı üzrə komissiyanın 17 eksperti Braziliyadan Qazaxıstana qayıdır – EKSKLÜZİV

Aktau yaxınlığında qəzaya uğrayan AZAL-a məxsus təyyarənin qəzasını araşdıran komissiyanın ekspertləri bu günlərdə Braziliyadan “qara qutu”ların deşifrə edilmiş materialları ilə Astanaya qayıdacaqlar.

Bu barədə “Report”un Qazaxıstan bürosunun sorğusuna cavab olaraq Qazaxıstan Nəqliyyat Nazirliyi məlumat verib.

“Komissiya üzvləri Qazaxıstana qayıdırlar. Qazaxıstan, Azərbaycan və Rusiyanın nümayəndələrindən ibarət 17 beynəlxalq ekspertimiz var. Onlar Braziliyaya getmişdilər. Gəldikdən sonra ekspertlər dərhal “qara qutu”ların deşifrə edilmiş məlumatlarının öyrənilməsi və təhlilinə başlayacaqlar”, – Qazaxıstan Nəqliyyat Nazirliyindən bildirilib.

Qurumdan əlavə ediblər ki, yaxın vaxtlarda onlar Qazaxıstanda olacaqlar.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …