Şənbə , 20 Aprel 2024
Drone Cameras

Ali Baş Komandanın əks hücum əmiri tarixi qərardır.

Sentyabrın 27-sində Ermənistanın növbəti təxribatından sonra Azərbaycan ordusu əks hücum əməliyyatına başlamışdır.Ölkəmizdə hərbi vəziyyət elan olunmuş, Ali Baş Komandan İlham Əliyev tərəfindən qismən səfərbərliklə bağlı əmr verilmişdir.

“Ordumuzun əks hücum əməliyyatlarına bütün xalqımız o cümlədən, xarici ölkələrdə yaşayan soydaşlarımız yaxından dəstək göstərərək yüksək əhval-ruhiyyə içərisindədir.” bu sözləri Boyukmillet.com-a açıqlamasında İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) Qazağıstan təmsilçisi Şahin Həsənov bildirib.

 O, açıqlamasında qeyd edir ki, ”Cənab Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan ordusuna əks hücum əmirinin verilməsi xalqımızın, dövlətimizin haqqlı mübarizəsində böyük tarixi qərar olacaqdır. Artıq üçüncü  gündür ordumuz düşmənin texnika və canlı qüvvəsini darmadağın edərək,otuz ilə yaxındır qurmuş olduğu istehkam xəttini yarmışdır.Qəhrəmancasına döyüşən əsgərlərimiz xaricdə yaşayan,işləyən,təhsil alan soydaşlarımız arasında böyük ruh yüksəkliyi yaratmışdır.Vətəndən kənarda yaşayan  qeyrətli oğullarımız bu Böyük Vətən müharibəsində həm döyüşməyə həmdə maddi və mənəvi olaraq, ordumuza dəstək olmağa hazırdılar.”

Şahin Həsənov daha sonra bildirib ki, xaricdə yaşayan Azərbaycanlıların üzərinə düşən daha vacib vəzifələrdən biri də erməni yalan və dezinformasiyalarını dəf etməkdir.Ölkəmizin haqqlı mübarizəsində informasiya dəstəyini, təbliğat işlərini aparılmasında diaspor təşkilatlarımız bu günlərdə daha fəal olmalıdır. Dünyanın istənilən nöqtəsində yaşayan hər bir Azərbaycanlının Qarabağ torpaqlarımızın tezliklə azad olunacağına heç bir şübhəsi yoxdur.O günün bu gün, sabah, ya sabah olacağı mütləqdir.” deyə Şahin Həsənov bildirib.

Boyukmillet.com

Mirağa

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …