Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

Alimlər çox nadir astronomik hadisə olacağını bildirib

Rays Universitetinin (ABŞ) astronomları dekabrın 21-də günəş batandan sonra Yupiter və Saturn planetlərinin gecə səmasında bir-birinə minimum məsafədə yaxınlaşacağını hesablayıblar.

Boyukmillet.com  “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “phys.org” saytındakı press-relizdə bildirilir.

Tədqiqatçılardan birinin dediyinə görə, bu planetlər arasındakı yanaşma təxminən, 20 ildə bir dəfə baş verir, lakin orta əsrlərdən bəri onlar bir-birinə bu qədər yaxınlaşmayıblar.

Hava şəraiti imkan verərsə, bu fenomen Yerin istənilən nöqtəsindən müşahidə oluna bilər. Bu qeyri-adi təbiət hadisəsini izləmək üçün ən yaxşı şərtlər ekvatora yaxın yerlərdə olacaq.

Check Also

Şotlandiya, Uels və Şimali İrlandiya öz müqəddəratını təyinetmə hüququ barədə memorandum imzalayıblar

Şotlandiyanın, Uelsin və Şimali İrlandiyanın birinci nazirləri Con Suini, Rhun ap İorvert və Mişel O’Nil …