Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Almaniya 68 Azərbaycan vətəndaşının sığınacaq istəyini rədd edib

2022-ci ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları tərəfindən Almaniya miqasiya orqanlarına 267 sığınacaq ərizəsi daxil olub.

Bu barədə “Report”un Avropa bürosunun sorğusuna cavab olaraq Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarədən (BAMF) bildiriblər.

Məlumatda deyilir ki, sığınacaq müraciətlərindən 185-i ilk dəfə, 82-i isə ikinci və üçüncü dəfə olan müraciətlər olublar.

“Bu ilin ilk üç ayında Azərbaycan Respublikası vətəndaşları ilə bağlı ümumilikdə 213 qərar qəbul edilib. Sığınacaq müraciətlərinin yalnız 12,2 %-nə müsbət cavab verilib. 68 iş üzrə mənfi qərar çıxarılıb, 119 işə digər prosedurlar səbəbindən baxılmayıb”, – deyə, BAMF-dan bildirilib.

Federal idarənin son statistik məlumatına görə, ötən ay federal idarəyə ümumilikdə 51 589 sığınacaq ərizəsi daxil olub.

Check Also

Səmərqənddə məktəbli qızı qaçırıb bir neçə gün zorlayıblar – Şübhəlilərdən biri prokurorluq işçisidir

Özbəkistanın Səmərqənd vilayətində 8-ci sinif şagirdi qaçırılıb, iki həftə girov saxlanılıb və bir neçə nəfər …