Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Almaniya maliyyə naziri büdcə problemləri fonunda dövlət katibini təqaüdə göndərib

Almaniyanın maliyyə naziri Kristian Lindner 60 milyard avroluq büdcənin bloklanması və bəzi layihələrin maliyyələşdirilməsinin dondurulması fonunda büdcə üzrə dövlət katibi Verner Qatseri istefaya göndərmək qərarına gəlib.

Boyukmillet.com xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.

K.Lindner nazirliyə uzun illər xidmət etdiyinə görə V.Qatserə təşəkkür edib və onun ölkə üçün müstəsna xidmətləri olduğunu qeyd edib.

V.Qatser dekabrın 31-dək tutduğu vəzifəni tərk edəcək. Onu hazırda nazirliyin maliyyə siyasəti və fundamental iqtisadi məsələlər departamentinə rəhbərlik edən Volf Royter əvəz edəcək.

Qeyd edək ki, 65 yaşlı V.Qatser uzun illər Almaniyanın büdcələrinin memarı hesab olunurdu. O, 2018-ci ildə qısa ara verməklə 2005-ci ildən dövlət katibi vəzifəsində çalışıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …