Bazar ertəsi , 12 May 2025
Drone Cameras

Almaniya XİN rəhbəri: “Ciddə sammiti Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”

“Ciddədə keçirilən sammit Ukraynadakı müharibənin Avropanın hüdudlarını aşdığını göstərdi”.

Boyukmillet.com xəbər verir ki, bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok “Bild” nəşrinə müsahibəsində bildirib.

“Ciddədən gələn mesaj belədir: Rusiyanın təcavüzü Afrika, Asiya və Cənubi Amerikadakı insanlara da təsir edir. Çünki bunun Avropadan çox-çox kənarda təsirləri var: beynəlxalq nizamın gələcəyindən tutmuş enerji təhlükəsizliyinə, taxılın qiymətinin artmasına və qlobal ərzaq təchizatındakı böhrana qədər”, – Almaniyanın xarici işlər naziri deyib.

Berbok Ukrayna Prezidenti Volodimir Zelenskinin sülh formulunu dəstəklədiyini bildirib və qeyd edib ki, Zelenskinin düsturunda Rusiya qoşunlarının Ukraynadan çıxarılması əsas şərt kimi nəzərdə tutulub.

“Ədalətli dünyaya doğru irəliləyişin hər millimetri Ukrayna xalqı üçün bir parça ümid gətirir”, – o vurğulayıb.

Qeyd edək ki, Avqustun 5-6-da Ciddədə Ukraynadakı münaqişənin sülh yolu ilə həlli ilə bağlı məsləhətləşmələr keçirilib. Tədbirdə 30-dan çox dövlətin, o cümlədən Braziliya, Böyük Britaniya, Hindistan, Çin, ABŞ, Türkiyə, Cənubi Afrika Respublikasının, eləcə də Aİ ölkələrinin nümayəndələri iştirak ediblər.

Check Also

Tramp İsveçrədə ABŞ və Çin arasında ticarət danışıqlarında böyük irəliləyişin olduğunu açıqlayıb

Vaşinqton və Pekin arasında ticarət məsələlərinə həsr olunmuş danışıqlar İsveçrədə konstruktiv şəkildə keçirilib, böyük irəliləyiş …