Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Almaniyada azərbaycanlı qətlə yetirilib

Almaniyada Azərbaycan Respublikasının vətəndaşı qətlə yetirilib.

Boyukmillet.com xəbər verir ki, hadisə ölkənin Şimali Reyn Vestfaliya əyalətinn Qreven şəhərində qeydə alınıb. Elmir Fərzəliyev adlı Azərbaycan vətəndaşı yaşadığı yataqxanada ölü tapılıb.

Hadisə yerinə gələn polis əməkdaşları Azərbaycan vətəndaşının qətlə yetirilməsindən şübhələniblər.

Qreven şəhərində yaşayan azərbaycanlıların verdiyi məlumata görə, E.Fərzəliyevlə Əfqanıstan vətəndaşı arasında mübahisə yaranıb. Mübahisə davaya çevrilib və Əfqanıstan vətəndaşı E.Mirzəyevi bıçaqlayıb. Davaya müdaxilə etmək istəyən daha bir şəxs də xəsarət alıb.

Faktı Qreven şəhər Polis Təşkilatı araşdırır.

Check Also

Qaradağda 66 kiloqramdan çox narkotik qanunsuz dövriyyədən çıxarılıb

Bakının Qaradağ rayonunda 66 kiloqram narkotik qanunsuz dövriyyədən çıxarılıb. Bu barədə Daxili İşlər Nazirliyindən məlumat …