Çərşənbə , 1 May 2024
Drone Cameras

Alparslan Türkeşin vəfatından 22 il ötür – VİDEO

Image result for alparslan türkeş

Bu gün Türk dünyasının böyük oğlu, əfsanəvi lider Alparslan Türkeşin (Başbuğun) vəfatının 22-ci ildönümüdür. Alparsan Türkeş 1917-ci ildə Lefkoşada (Quzey Kıbrıs) anadan olub. 1933-cü ildə, yeniyetmə yaşında ailəsi ilə birgə İstanbula köç edib. Türkeş özünün bütün şüurlu həyatını böyük türk millətinə və türk dünyasının maraqlarına xidmətə həsr eləyib.
Hələ orta məktəb illərindən özünün türkçülüyü ilə fərqlənən Türkeş sonadək türkçülüyə sadiq qalıb və bu yolda hədsiz xidmətlər göstərib. Məhz bu xidmətlərinə görə ona Başbuğ adı verilib.
O, türk-milliyyətçi kəsimin (“Bozqurd”ların, Ülküçülərin) mənəvi atası, ölməz lideri hesab olunur. Türkiyə Milliyyətçi Hərəkat Partiyasının banisidir. Alparsalan Türkeş həm də şanlı türk ordusunun polkovniki olub. 
Alparslan Türkeş siyasi türkçülüyün ideoloji bazasını yaradanlardan biri hesab olunur. Onun “Dış türklər” postulatı Türkiyədə uzun illər tənqid olunsa da, SSRİ dağılan kimi bu böyük liderin nə qədər uzaqgörən və haqlı olduğu dərhal üzə çıxdı. Türkiyə dövlətinin həmin zamanlarda SSRİ-dən qopan türk dövlət və topluluqları ilə bütün əlaqələri hazır mexanizmləri olan Milliyyətçi Çalışma Partiyasının, Alparsalan Türkeşin üzərindən oldu. Çünki dövlət özü bu cür gəlişməyə hazır deyildi.
Türkeş Azərbaycana və onun istiqlalına, Azərbaycan davasına böyük önəm verirdi. Azərbaycan türklərinin lideri və daha sonra prezidenti olan Elçibəylə xüsusi dostluq münasibətləri var idi. Türkeçin təlimatı ilə xeyli sayda ülküçü gənclər 1992-93-cü illərdə Azərbaycana gələrək, ermənilərə qarşı savaşlarda qəhrəmanlıqlar göstəriblər. Onun göstərişi və Elçibəy iqtidarının qatqısı ilə Tovuzun Kirən kəndində qurulan “Ruzigar” əsgəri düşərgəsi türk dünyasında bir əfsanə, o düşərgənin yaşayan könüllüləri isə qəhrəman obrazındadırlar.

O gün ülkücü dünya Türkeşin vəfatını belə qarşılamışdı:

Check Also

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşüb

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir