Cümə axşamı , 11 Dekabr 2025
Drone Cameras

Altı aydır döyüşlərin getdiyi Baxmutdakı son durum açıqlanıb

“Rusiya hərbi rəhbərliyi Baxmuta xüsusi təyinatlılarını cəlb etməli olacaq”.

Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin Quru Qoşunlarının komandanı, general-polkovnik Aleksandr Sirski deyib.

O söyləyib ki, şəhərdə vəziyyət çətin, lakin idarə olunandır: “Rusiya Silahlı Qüvvələri “Suriya” taktikasından istifadə edir. Yəni onlar hava zərbələri və artilleriya atəşi ilə binaları və mövqeləri dağıdırlar”.

Generalın sözlərinə, Baxmutdakı “Vaqner”çilər artıq taqətdən düşüblər.

Qeyd edək ki, altı aydan çoxdur, Donetsk vilayətinin Baxmut şəhərində gərgin döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə aldıqlarını deyirlər. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə isə Baxmutda vəziyyət Ukrayna qoşunlarının nəzarəti altındadır.

Check Also

Xaçatryan həbs edildi

İrəvan Şəhər Cinayət İşləri üzrə Ümumi Yurisdiksiya Məhkəməsi hakim Masis Melkonyanın sədrliyi ilə arxiyepiskop Arşak Xaçatryan …