Cümə axşamı , 18 Aprel 2024
Drone Cameras

AMEA-dan İRAD: Azərbaycanda televiziya və xəbər saytlarının dili yaxsı vəziyyətdə deyil

Bu gün Azərbaycanda televiziya və xəbər saytlarının dili yaxsı vəziyyətdə deyil.

Trend-in məlumatına görə, bunu Azərbaycan Milli Elml­ər Akademiyasının Rəy­asət Heyətinin iclası­nda çıxış edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi Teymur Kərimli deyib.

Dilimizin saflığının qorunmasında KİV-lərin xüsusi rol oynadığını deyən T.Kərimlinin sözlərinə görə, bəzən TV və saytlarda verilən fikrin mənasını başa düşmək olmur:

“Keçmiş SSRİ-də elmin dili rus dili olduğu kimi, indi də elmin dili ingilis dilidir. Bu baxımdan AMEA-da ingilis dilinin öyrənilməsinə xüsusi diqqət göstərilir. Bu gün gənclər xarici dil bilməlidirlər. Amma öz ana dilimizi də bilməlidirlər. Millət də öz ana dilini qorumaq üçün cəhd etməlidir”.

T.Kərimli deyib ki, dilimizdə rus dilindən alınmış bir çox sözlər gündəlik danışığımızda çox işlənir.

Onun sözlərinə görə, bəzi rus sözlər hətta şifahi danışıq dilimizdə şəkilçilər də qəbul edib:

“Məsələn, “meşat” olmaq, hətta “meşatçılıq”, “veş” sözünün yerinə “veş-vüs” deyilir”.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir