Cümə , 22 Noyabr 2024
Drone Cameras

AMİP funksioneri: “Prezident Əli Əsədovun qərarını dərhal ləğv etməli, quru yollar açılmaldır”

Xəbər verildiyi kimi, Azərbaycan höküməti ölkədəki xüsusi karantin rejiminin 2024-cü ilin yanvarın 2-dək uzadılması barədə qərar qəbul edib.

Bütün dünyada quru sərhədlər açıldığı halda, Azərbaycanda niyə əks qərar verilib?

Boyukmillet.com xəbər verir ki, bu və ya digər məqamlarla bağlı AMİP Siyasi Şuraslnın üzvü Əli Orucov Mia.az-a açıqlamasında deyib ki, dünyanın ən qapalı və totatalitar rejimləri olan Türkmənistan və Şimali Koreyanın da xüsusi karantin rejiminin ləğv etdiyi halda, Azərbaycan iqtidarının heç bir səbəb olmadan belə bir qərarı insan hüquq və azadlığına zidd olmaqla yanaşı, ölkəni qapalı rejimdə saxlamaq deməkdir: “Təəssüflər olsun ki, buna etiraz edən də olmadı. Quru sərhədlərinin bağlı saxlanılması eyni zamanda sərhədboyu yaşayan vətəndaşlarımızın qonşu ölkələrlə iqtisadi, ticari və humanitar əlaqələrini də məhdudlaşdırır ki, bu da nəticə etibarı ilə həmin vətəndaşların sosial məişət vəziyyətlərinə, habelə gün-güzəranlarına mənfi təsir göstərir. Pandemiya artıq yoxdur. Azərbaycan höküməti isə 10 milyon vətəndaşı girov saxlayır. Onların dünya ilə əlaqələrinə imkan vermir. Bu qərar dərhal ləğv edilməli və ölkə vətəndaşlarını boğmağa, həbsxana mühitində tutulmasına son verilməlidir”.

Əli Orucovun sözlərinə görə, ölkə başçısı Baş nazir Əli Əsədovun bu qərarını ləğv etsə, təqdirəlayiq hal olardı.

Samir Musayev

MİA.AZ

Check Also

Banqladeş Prezidenti COP29-da iştirak üçün Bakıya gələcək

Banqladeş Prezidenti Məhəmməd Şahabuddin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına gələcək. …