Bazar , 27 Aprel 2025
Drone Cameras

Ana və oğulu bıçaqlayıb özünə xəsarət yetirdi

Lənkəranda ana və oğulu bıçaqlayan şəxs sonda özünə də xəsarət yetirib.

APA TV-nin cənub bürosunun verdiyi xəbərə görə, hadisə gecə saatlarında rayonun Separadi kəndində yerləşən fermalardan birində baş verib. Rayonun Tükəvilə kənd sakini 2003-cü il təvəllüdlü Firqət Fuad oğlu Ağazadə rayonun Separadi kənd sakini, 1994-cü il təvəllüdlü Valeh Nadir oğlu Məmmədova məxsus fermaya gələrək həyətdə gizlənib. Bir müddətdən sonra Firqət Ağazadəni Valeh Məmmədovun anası 1957-ci il təvəllüdlü Cəvahir Mürsəl qızı Məmmədova görüb. Bu zaman Firqət Ağazadə özü ilə gətirdiyi bıçaqla Cəvahir Məmmədovanın üz və kürək nahiyəsinə 2 dəfə bıçaqla zərbə endirib. Anasının səsinə gələn Valeh Məmmədov da Firqət Ağazadənin hücumuna məruz qalıb və bıçaq xəsarətləri alıb. Sonda Firqət Ağazadə özünə də bıçaqla xəsarət yetirib.

Hər üç şəxs müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Valeh Məmmədovun vəziyyəti ağır olduğundan əməliyyata alınıb.

Hadisəni törədən Firqət Məmmədov isə tibbi yardım edildikdən sonra polis şöbəsinə təhvil verilib.

Qeyd edək ki, Firqət Məmmədov daha əvvəl Valeh Məmmədovun fermasında iki gün fəhlə işləyib. Onun hansı səbəbdən belə bir addım atdığı hələ ki, dəqiq deyil. Faktla bağlı Lənkəran Rayon Polis Şöbəsində araşdırma aparılır.

Check Also

21 yaşlı Rəşad anasına 57 bıçaq zərbəsi vurub- “Qonşular məni görüb, evə qaçdı” -TƏFƏRRÜAT

Mingəçevirdə 45 yaşlı Natella Çıraqovanın oğlu 2003-cü il təvəllüdlü Rəşad Çıraqov tərəfindən xüsusi amansızlıqla qətlə …