Cümə , 29 Mart 2024
Drone Cameras

ANAMA sədri: “Bərdə-Ağdam dəmiryolu xəttinin 10 kilometrlik hissəsi minalardan təmizlənib”

Ağdamın işğaldan azad edilən ərazilərindən keçən dəmiryolu xəttinin 10 kilometrlik hissəsi mina və partlamamış hərbi silah-sursatlardan təmizlənib.

Bu barədə “Report”un Qarabağ bürosuna Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin sədri Vüqar Süleymanov bildirib.

O deyib ki, hazırda Ağdam rayonu ərazisində icra olunan Bərdə-Ağdam dəmiryolu xəttinin uzunluğu 26,3 kilometrdir:

“ANAMA artıq bunun 10 kilometrlik hissəsini təmizləyib və 6 kilometri artıq təhvil verilib. Qalan 4 kilometrlik məsafə də gələn həftə təhvil veriləcək. Bu ərazi keçmiş təmas xəttindən keçən bir ərazidir. Burada çox sayda minalar və partlamamış hərbi sursatlar var və çirklənmə səviyyəsi yüksəkdir. Bəzi hallarda biz burada yalnız əllə təmizləmə işləri aparırıq. Burada xüsusi təlim keçmiş itlərdən və mexaniki təmizləmə üsullarından istifadə etmək olmur. Bu il ərzində planlaşdırılan işlərə görə, Ağdam rayon ərazisində 49 200 hektara yaxın ərazi təmizlənəcək. Burada müxtəlif layihələr icra olunur. Bərdə-Ağdam avtomobil yolu layihəsi artıq hazırdır. Ağdam-Bərdə dəmiryolu xətti, Ağdam-Xındırıstan elektirik layihəsi, Ağdam-1, Ağdam-2 yarımstansiyalarını birləşdirən elektrik xətlərinin çəkilişi tam təhvil verilib. Ümumiyyətlə, ötən il ərzində Minatəmizləmə Agentliyi 59 layihənin icrasına başlayıb. Onlardan 48 layihə tamamlanıb və təhvil verilib”.

Check Also

Ermənistanda Azərbaycan kəndindən keçən yolla bağlı hərəkətlənmə

Ermənistan Sovet Ermənistanının hüdudlarından kənara çıxan yolun əvəzinə yeni yol hissələri tikməyi planlaşdırır.Boyukmillet.com xəbər verie …