Bazar , 19 May 2024
Drone Cameras

Anar Rzayevin yerüstü fəaliyyətində Qoca Mazellinin təsirləri…

Boz kardinal Ramiz Mehdiyev hakimiyyət strukturlarında o qədər kök salıb, o qədər qol-budaq atıb ki,yığıb-yığışdırmaq olmur.

Bu “ağsaqqal” iqtidarda uzun müddət mühüm vəzifə daşıdığına görə əlindəki imkandan, hökmündən istifadə edərək müxtəlif dövlət orqanlarına, həmçinin özəl təşkilatlara öz adamlarını yerləşdirib. İndi bəzisi maskalanır, bəzisi qabığını dəyişir,
cilddən-cildə, dondan-dona girir. Amma cidanı çuvalda gizlətmək olmur, nə vaxtsa üzə çıxır.

Qoca Mazelli ləqəbli Ramiz Mehdiyevin və onun silahdaşı Vasif Talıbovun himayəsində olmuş fərdlər yenə də harın güzəranlarına davam edirlər. Onlardan bəziləri barədə məlumat vermişdik. Bir qədər də əlavə edək.

Şikayətçilərin dediklərinə əsasən bu “qəhrəman”lardan biri Rəqəmsal İnkişaf və Nəqliyyat nazirinin müavini Rəhman Hümmətovdur. Rəhman müəllim nazirliyin Yerüstü Nəqliyyat Agentliyinin direktoru Anar Rzayevin əsas himayədarıdır. Onların işbirliyi sayəsində çox əməllər törədilib,dövlətin büdcəsindən vəsaitlər mənimsənilib. Amma oğurlayandan da oğurlayıblar.

Beləki, Rəhman Hümmətova aid çanta oğurlanıb. Çanta pulla dolu olub. İndiyə kimi nə Rəhman müəllim dillənir,nə də hüquq-mühafizə orqanları. Deyilənə görə sağ əli Anar Rzayevin ağzından çıxmasaydı, heç kim də bilməyəcəkdi. İndi sözümüz hüquq-mühafizə orqanlarınadı.

Bir çanta pul az deyil. Bunun mənbəyini,necə yığılmağını,haradan mənimsəndiyini siz müəyyənləşdirməlisiniz. Müəyyənləşdirin görək bu pullar necə qazanılıb? Bu kapital İpoteka Fondundan,yoxsa Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən çırpışdırılıb?

Rəhman Hümmətovun Yerüstü Nəqliyyat Agentliyinin rəhbəri Anar Rzayevin himayədarı olduğunu yazmışdıq. İtən çantanın pulla doldurulmasında Anar müəllimin də “zəhmət”i var. Bu həmin Anar Rzayevdir ki Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi olarkən icazə vərəqələrinin verilməsini,qohumu Zaur Ramazanova həvalə etmişdi.Zaur ştatda başqa vəzifədə olsa da Anar ona ayrı otaq ayırıb məhz bu işi tapşırmışdı. Hər sənədə görə dövlət rüsumundan başqa Anar Rzayevin öz “rüsum”u alınırmış. Özləri qeyri-qanuni işlərlə məşğul olduqları halda başqalarının qanun pozuntusundan danışırlar.

Şikayətçilər 2022-ci il fevralın 17-də “R-Group Azerbaijan” beynəlxalq yükdaşıma şirkətinin işçilərinin bir neçə TIR avtomaşınla paytaxtın Heydər Əliyev prospektində yolu kəsərək hərəkəti dayandırmaqla etiraz aksiyası keçirdiklərini xatırladırlar. Bununla bağlı Rəmiş Cəfərov və başqa şəxslər saxlanılmış, R.Cəfərov barəsində həbs-qəti imkan tədbiri seçilmişdi.

Həmin vaxt çəkilmiş foto-video materiallarda da görünür ki,etirazçıların əsas hədəfi Anar Rzayevdi,onun rüşvət tələbi bu aksiyanın motivini təşkil edirdi.Amma Rəhman Hümmətovla Anar Rzayev bu məsələdə də cənab nazir Rəşad Nəbiyevə düzgün məlumat çatdırmayıblar. Məsuliyyəti İbrahim və Malik adlı işçilərin üstünə ataraq onları işdən azad etdiriblər.

Nazirə həqiqəti demək istəyənlərin qarşısı isə məharətlə alınıb.İndi də bu cür davam edir.

Anar Rzayev bu etiraz aksiyasından iki gün keçəndən sonra Zaur Ramazanovu oradan uzaqlaşdırıb. O zaman Anar müəllimin özü də yükdaşıma ilə məşğul olub. Qardaşının adına rəsmiləşdirdiyi şirkəti olub. Lakin sürücülərin aksiyasından sonra nazir müavini Rəhman Hümmətovun təzyiqi ilə bu şirkəti bağlayıb. Həmin şirkətə məxsus yük avtomobilləri nazirliyin müxtəlif qurumlarının balansına verilib.

Hazırda da həmin TIR-lardan istifadə olunaraq gəlir əldə edilir, gəlirin çox hissəsi isə Anar Rzayev-Rəhman Hümmətova gedir. Bundan başqa,Anar Rzayevin Abşeron rayonunda böyük qarajı da var. Neçə ildir Xırdalandakı qarajı ayı 20-30 min manat civarında olmaqla “Vanderval” adlı şirkətə icarəyə verib. Bu obyekti də əmisi oğlu Şahin idarə edir. Yəni bu faktlar göstərir ki,
Anar Rzayev yükdaşıma ilə məşğul olan sahibkarlardan rüşvət almaqla yanaşı həm də onlara sayılıb. Hazırda da bu rəqabət davam edir.

Ötən il baş vermiş TIR sürücülərinin etiraz aksayısı ilə əlaqəli məsələləri ört-basdır etməklə digər sahibkarların da gözünü qorxudub, 30 nəfər ixtisaslı əməkdaşın da işinə xitam verərək yerinə öz dost-tanışını, qohumlarını doldurublar.
Əksəri də qeyri-ixtisas, nəqliyyatdan,
logistika və s. məsələlərdən başı çıxmayan adamlardı.

Ümumiyyətlə, Anar Rzayev rəhbəri olduğu idarəni dədə malı,şəxsi obyekti kimi işlədir.
Yerüstü Nəqliyyat Agentliyində əslən cənub zonasından-Anar müəllimin yurdundan olanlar üçün şərait yaradılıb. İndi də RZAYEV SƏRXAN ZAHİR oglu hüquq şöbəsinin rəisi təyin edilib. Anar Rzayevin(əmisi oglu oldugu bildirilir).Bir -bir şirkət sahiblərini cagiraraq hədə qorxu ilə onlardan pul tələb edir. Əks halda icazə vərəqəsinin verilməməsi ilə onlari hədələyir.

Anar Rzayevin əmisi oglu Sərxan Rzayev bundan qabaq Təhsil Naziliyində calişib, təhsil nazirliyində də çalışan zaman rüşvətxorluguna görə barmaqla göstərilirdi.

İş-gücün bu çətin vaxtında, qiymətlərin od tutub yandığı bir zamanda Anar Rzayev qayda-qanunu saymayaraq camaatı işsiz,çörəksiz qoyub. Nazir müavini Rəhman Hümmətov da nazirə yardımçı olmaq əvəzinə neqativ halları nə özü aradan qaldırır, nə də nazirə çatdırır. Nə veclərinə, təki cibləri dolsun.

Mülkləri, mənzilləri, avtomobilləri çoxaldıqca,kasıbların güzəranı belələri üçün maraqsız olur. Anar Rzayev işçinin qayğısına qalsa,maaşa qane olsaydı,
Novxanıda böyük villaya malik ola bilməzdi axı.Həmçinin də Rəhman müəllim.
Anar Rzayev kimiləri danlasaydı,çox güman hazırda 120 min manatlıq BMW sürməzdi.
Şikayətçilər belə deyirlər.

Əvvəldə Qoca Mazellinin adı çəkilib.Yəni Ramiz Mehdiyevin. Əbəs yerə adını çəkməmişik.”Sədərək” ticarət mərkəzinin həmişə “boz kardinal”ın himayəsində olduğunu bilməyən az adam olar. Bu obyekti işlədənlər də Anar Rzayevin qohumlarıdı. Ticarət Mərkəzinin Sədərək Yusif kimi tanınan müdiri Anar müəllimin həyat yoldaşının dayısı,”Sədərək”də pulyığan isə Anar Rzayevin qaynatası Qəhrəman adlı şəxsdir.

Qəribədir, həmin ticarət mərkəzində də eynən Anar müəllimin müəssisəsindəki idarəçilik metodlarından istifadə olunur: qayda-qanundan yan keçmək, işçiləri incitmək, pula hərislik, özbaşınalıq. Xoşuna gəlməyən adamı bir anın içində qovur, kefləri istəyəni edirlər. Fikirləri ancaq yerhaqqı yığmaqdı. Dəfələrlə dükan sahiblərinin etirazı olub. Ancaq nəticəsiz qalıb.

Axı Qoca Mazellinin qılıncı əlində idi. Deyəsən hələ də təsiri qalıb. Bu yaxınlarda “Sədərək” mühafizəçilərinin dəmir baryerlərlə yolu kəsmişdilər. Heç bir maşını buraxmırdılar. Yolda hərəkət iflic olmuşdu.

Görüntülər, məlumat sosial şəbəkələrdə görünəndən sonra sədlər götürüldü, yol açıldı. Sonra da məkanda yanğın oldu. Bunlar hamısı ayrılıqda düşündürücü məqamlardı. Hər birini dövlətimizin əlaqədar orqanları araşdırsaydı yaxşı olardı.

Sima Babayeva

Check Also

Fədakar qələm adamı

Həyatını, yaradıcılığını xalqının səadətinə həsr eləyən insanlar təmənnasız olurlar. Gözü, könlü toxluq mənəviyyat adamlarının səciyyəvi …