Cümə , 22 Noyabr 2024
Drone Cameras

Ankara Dəməşqlə birbaşa danışıqlar üçün qoşunların çıxarılmasını qəbul etməyəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankaranın Suriya rəhbərliyi ilə birbaşa danışıqlar üçün heç bir ilkin şərti, o cümlədən qoşunlarının Suriya ərazisindən çıxarılmasını qəbul etməyəcəyini bildirib.

Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin xarici siyasət idarəsinin başçısı “HaberTürk”ə müsahibəsində danışıb.

“Gələcəkdə Suriya ilə təmaslar mümkündür, lakin hələ çox iş görülməlidir və biz heç bir ilkin şərti qəbul etməyəcəyik. Danışıqlar üçün qoşunlarımızın Suriyadan çıxarılması şərtini qəbul etməyəcəyik. Biz çəkiləcəyik və bizə qarşı təhdidlər yenidən başlayacaq”, – diplomat telekanalın efirində vurğulayıb.

Nazir xatırladıb ki, əvvəllər əldə edilmiş razılaşmalara əsasən, Dəməşq Türkiyəyə qarşı bütün sərhəd təhdidlərini aradan qaldırmalı idi, lakin Ankara onları hələ də görür. Söhbət Türkiyədə terrorçu kimi tanınan kürd qruplaşmalarının Suriyanın şimalındakı fəaliyyətindən gedir.

Türkiyə, Rusiya, Suriya və İranın iştirak etdiyi Suriya üzrə dördtərəfli danışıqlara gəlincə, Çavuşoğlu “danışıqlar prosesini canlandırmaq və həll yolu tapmaq üzərində işləmək lazım” olduğunu deyib:

“Siyasi prosesi bərpa etmək lazımdır. Başqa seçim yoxdur. Astana prosesi var ki, orada həm rejim (Bəşər Əsəd hökuməti – red.), həm də müxalifət iştirak edir. Müxalifətin də qüvvələri var”.

Çavuşoğlunun sözlərinə görə, “BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsi çərçivəsində” siyasi prosesi bərpa etmək lazımdır. Eyni zamanda o qeyd edib ki, “Suriya rejimi hələ də vəziyyəti siyasi yolla həll etmək arzusunda deyil və o, hərbi yolla həllə üstünlük verir”.

Dördtərəfli mexanizmin işində İranın rolunu dəyərləndirən Çavuşoğlu vurğulayıb ki, “bunu destruktiv adlandıra bilməz”:

“Mən deməyəcəyəm ki, bu günə qədər onun rolu destruktiv olub. İranı dəvət etmək, təbii ki, Rusiyanın təşəbbüsü olub. İranın gələcəkdə hansı töhfələr verəcəyi vacibdir”.

O həmçinin Ankaranın “Rusiya tərəfdən dörd ölkənin xarici işlər nazirlərinin mayın əvvəlində görüşünün keçirilməsinin mümkünlüyü barədə məlumat aldığını” bir daha vurğulayıb və bu məsələ ilə bağlı Moskva ilə təmasları davam etdirir.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …