Çərşənbə , 24 Aprel 2024
Drone Cameras

Ankarada Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə qurulan rəqs və sənət klubunda növbəti tədris ilinin açılışı olub.

Qardaş ölkə Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan mədəniyyətinin təbliği məqsədi ilə yaradılan Anka Azərbaycan Rəqs və Sənət klubunda yeni tədris ilinin açılışı ilə əlaqədar təntənəli mərasim keçirilib. Mərasimi giriş sözü ilə açan Anka Azərbaycan Rəqs və Sənət klubunun rəhbəri Derya Akdemir bildirib ki, çox önəmli bir tarixdə – 17 noyabr Milli Dirçəliş günü açılışını etdikləri rəqs və sənət klubu artıq beşinci tədris ilinə başlayır: “Bu müddət ərzində həmişə Azərbaycan mədəniyyətini layiqincə təmsil etmək üçün bütün gücümüzlə çalışmışıq. Həm Türkiyədə, həm də onun hüdudlarından kənarda Azərbaycan mədəniyyətini festivallarda, beynəlxalq tədbirlərdə təmsil etmək bizim üçün böyük bir şərəfdir. Tələbələrimiz klubumuzda Türkiyə dövlətinin lisenziyalı rəqqasları kimi yetişirlər və onlar da vətənimizi, bayrağımızı beynəlxalq tədbirlərdə layiqincə təmsil edirlər. Bu da bizim Azərbaycanımıza kiçik də olsa bir tövhəmizdir. Hal hazırda yeni tədris ilinin açılışında 50 nəfərlik uşaq, 60 nəfərlik böyük qrupumuzla klubumuz Türkiyədə Azərbaycan və dünya rəqslərini öyrədən klubumuz iddialı bir şəkildə açılışını edir. Bütün istəyimiz Azərbaycan mədəniyyətinin Türkiyədə layiqincə tanıdılması və təbliğ olunmasıdır”.
Daha sonra tədbir Anka Azərbaycan Rəqs və Sənət klubunun indiyə kimi gördüyü işlərin hesabatı xarakterli videoçarxın nümayişi ilə davam etdirilib. Çıxış edənlər də Anka Azərbaycan Rəqs və Sənət klubuna gələcək fəaliyyətlərində uğurlar arzulayıblar.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …