Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Antiterror əməliyyatında yaralanıb şəhid olan zabitimiz sabah Salyanda dəfn ediləcək

Ötən ilin 19-20 sentyabrında Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror əməliyyatı zamanı ağır yaralanan və bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edən Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlu sabah Salyanda dəfn ediləcək.

“Report”un Aran bürosunun məlumatına görə, şəhid Salyanın Şəhidlər xiyabanında torpağa tapşırılacaq.

Qeyd edək ki, Ü.Bağırov Salyan şəhərində anadan olub. O, bu gün müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Allah rəhmət eləsin!

Check Also

Hərbçilərlə bağlı YENİ QAYDA – RƏSMİ

Təlim və toplanışlara çağırılan hərbi vəzifəlilərin iş yerini itirib-itirməməsi ilə bağlı məsələyə aydınlıq gətirilib. Boyukmillet.com …