Şənbə , 23 Noyabr 2024
Drone Cameras

AQC rəsmiləri QHT Agentliyi və AKİA rəhbəri ilə görüşüb – FOTOLAR

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc arasında görüş olub. Görüşdə hər iki qurumun rəhbər şəxsləri iştirak ediblər.

AQC sədri cəmiyyətin may ayında keçirilən konfransı barədə məlumat verərək bildirib ki, hesabat-seçki yığıncağında vacib qərarlar qəbul olunub. Cəmiyyətin dövlət qurumları, assosiativ təşkilatlar, qeyri-hökumət təşkilatları və mətbuat orqanları ilə əlaqələrini genişləndirmək niyyətində olduğunu bəyan edən V.Oruc Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi ilə əməkdaşlığın gələcək əhəmiyyətindən danışıb.

Agentliyin icraçı direktoru Aygün Əliyeva rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə AQC rəsmilərini məlumatlandırıb. Qeyd edib ki, vətəndaş cəmiyyəti insitutlarının fəaliyyəti dövlət rəhbərliyinin elan etdiyi prioritet istiqamətlərdən biridir. Azərbaycanda son illər Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən kompleks islahatlardan bəhs edən icraçı direktor söyləyib ki, bu islahatlar vətəndaş cəmiyyəti insitutlarının qarşısında geniş imkanlar açıb.

AQC sədri Vuqar Oruc dövlətlə ictimaiyyət arasında şəffaf və sağlam mühitin formalaşdırılması istiqamətində qeyri-hökumət təşkilatlarının rolunun artırılmasını zəruri adlandıraraq, rəhbəri olduğu qurumun da hər zaman dəstək nümayiş etdirməyə hazır olduğunu vurğulayıb. Görüşdə həmçinin Agentliyin departament rəhbəri Elnur Bağırlı, AQC-nin İdarə Heyətinin üzvləri Fərid Rüstəmov və Pərviz Qulami çıxış ediblər.

Sonda Agentlik və AQC arasında əməkdaşlıq imkanlarının artırılmasını təmin edəcək İşçi Qrupu yaradılıb. Hər iki tərəfdən rəsmi şəxslərin cəlb olunduğu qrupa Agentlik və AQC arasında gələcək fəaliyyət istiqamətlərini özündə ehtiva edəcək sənədin hazırlanması tapşırılıb.

Daha sonra Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc və AQC rəsmiləri ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) rəhbərliyi arasında görüş baş tutub.

Görüşdə tərəflərin öz səlahiyyətləri çərçivəsində fəaliyyət sahələrinə uyğun olaraq qarşılıqlı və faydalı əməkdaşlıq, həmçinin müvafiq istiqamətlər üzrə koordinasiyalı fəaliyyət imkanları müzakirə edilib.

Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Seymur Mövlayev və Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vuqar Oruc başda olmaqla, görüş iştirakçıları mövcud əlaqələrin daha daha da inkişaf etdirilməsi və işgüzar görüşlərin davamlı olması qərara alıblar. Gələcək fəaliyyət istiqamətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb. Görüşdə həmçinin AQC-nin İdarə Heyətinin üzvləri Ramil Osmanlı, Fərid Rüstəmov və Pərviz Qulami çıxış ediblər.

Check Also

Əliyevin köməkçisi Bakını tərk edən konqresmen və senatora cavab verib

“ABŞ-yə qayıdaraq nəticələri yenə də erməni lobbisinin eşitmək istədiyi şəkildə təqdim edirlər” Azərbaycan Respublikası Prezidentinin …