Cümə , 11 Aprel 2025
Drone Cameras

“Artilleriya atəşinin ustaları” müsabiqəsinin bağlanış mərasimi keçirilib

Qazaxıstanın paytaxt Nur-Sultan şəhərində “Beynəlxalq Ordu Oyunları-2022” yarışları çərçivəsində keçirilən “Artilleriya atəşinin ustaları” müsabiqəsinin təntənəli bağlanış mərasimi keçirilib.

Boyukmillet.com xəbər verir ki, mərasimdə Qazaxıstan Respublikasının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Marat Xusainov və nazirliyin digər rəhbər heyəti, hərbi attaşelər, komandaların üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

“Artilleriya atəşinin ustaları” haqqında videoçarx nümayiş etdirildikdən sonra müsabiqədə iştirak edən dövlətlərin bayraqları səhnəyə gətirilib.

Tədbirdə çıxış edən general-leytenant M.Xusainov iştirakçıları salamlayıb və hər bir komandanın yarışlar müddətində yüksək peşəkarlıq nümayiş etdirdiyini bildirib.

Qalib komandalara kubok, medal və qiymətli hədiyyələr təqdim olunub. Qazaxıstanın Dövlət Himni səsləndirilib və “Artilleriya atəşinin ustaları” müsabiqəsi bağlı elan edilib.

Bağlanış mərasimində konsert proqramı təqdim olunub.

Qeyd edək ki, 9 komandanın mübarizə apardığı müsabiqənin yekun nəticələrinə əsasən Qazaxıstan komandası birinci, Rusiya komandası ikinci, Azərbaycan komandası isə üçüncü yerə layiq görülüb.

Check Also

Qazaxıstan və Azərbaycan Xəzər dənizində hərbi təlimlər keçirəcək

Qazaxıstan və Azərbaycanın Hərbi Dəniz Qüvvələri Aktauda “Xəzər küləyi-2025” təlimləri keçirəcək. Boyukmillet.com Qazaxıstan KİV-inə istinadən xəbər …