Cümə axşamı , 12 Mart 2026
Drone Cameras

Astarada sel körpüləri dağıdıb, bir neçə kəndlə əlaqə kəsilib

Astarada sel fəsadlar törədib.

Boyukmillet.com xəbər verir ki, ötən gecədən başlayan leysan xarakterli yağış nəticəsində dağ çaylarında suyun səviyyəsi kəskin artıb.

Nəticədə Vaqo kəndində yerləşən köpünü sel aparıb. Pensər-Toradi yolunda isə çökmələr baş verib. Yol qəzalı vəziyyətə düşdükdən sonra 10-dan artıq kəndin rayonla əlaqəsi kəsilib.

Pensərçayın daşması nəticəsində də bir neçə kəndlə əlaqə kəsilib, sel suları həyətlərə dolub.

İlkin məlumatlara görə, artıq bir neçə kənddə körpüləri sel aparıb, gediş-gəliş çətinləşib. Rayonun Təngərüd, Şiyəkəran, Pensər, Ərkivan kəndlərində meyvə bağlarına, təsərrüfatlara ciddi ziyan dəyib.

Lənkəranda da Lənkəran çayının maksimum səviyyəyə qalxması müşahidə olunur. Artıq bir neçə istiqamətdə su məcrasından çıxaraq həyətlərə dolmaqdadır.

Hazırda bölgədə intensiv yağış davam edir.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …