Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

ATƏT-in əməkdaşı Ukraynada həlak olub

ATƏT-in Ukraynadakı Xüsusi Monitorinq Missiyasının (SMM) əməkdaşı Marina Fenina Xarkovun atəşə tutulması zamanı həlak olub.

Boyukmillet.com Reporta istinadən xəbər verir ki, bu barədə ATƏT-in Vyanadakı katibliyi məlumat yayıb.

“Marina müharibə zonasına çevrilmiş şəhərdə ailəsi üçün ərzaq məhsulları çatdırarkən öldürülüb”, – ATƏT-in bəyanatında deyilir.

Qeyd edək ki, ötən gün Ukrayna Ali Radasının AŞPA-dakı daimi nümayəndə heyətinin rəhbəri, “Xalqın xidmətçisi” fraksiyasından olan deputat Mariya Mezentseva feysbuk səhifəsində ATƏT-in Xüsusi Monitorinq Missiyasının əməkdaşının həlak olduğunu bildirib.

“ATƏT-in missiyasında ilk ölüm. Rusiyanın Ukraynaya qarşı müharibəsində bir əməkdaşı həlak olub. O, 45 yaşlı qadındır”, – deputat sosial şəbəkədəki hesabında yazıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …