Çərşənbə axşamı , 13 Yanvar 2026
Drone Cameras

Atatürkün xatirəsi yad edilir

Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün vəfatının 79-cu ildönümü ilə əlaqədar qardaş ölkədə anım günü keçirilir.

Bununla əlaqədar Anıtqəbirdə anma mərasimi təşkil olunub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Türkiyə Böyük Millət Məclisinin sədri İsmayıl Qəhrəman, siyasi partiya rəhbərləri və hökumət üzvləri Anıtqəbrə gələrək Türkiyənin xilaskar oğlunu ehtiramla yad ediblər.

Atatürkün məzarı önünə əklil qoyulub.

Prezident Rəcəb Tayyib Ərdoğan Anıtqəbrin xatirə kitabına ürək sözlərini yazıb.

Hazırda Anıtqəbir kompleksində böyük izdiham yaşanır. Türkiyə xalqı öz xilaskar oğlunu ehtiramla yad edir.

Bundan başqa, Türkiyənin hər yerində anma mərasimləri təşkil olunub. (azertac)

 

Boyukmillet.com

Check Also

Bu gün Azərbaycandan Ermənistana 979 ton yanacaq göndərilib

Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Boyukmillet.com xəbər verir ki, bu gün 979 ton “Aİ …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir