Bazar ertəsi , 6 Aprel 2026

autor

Rusiyada miqrant pulları ilə lüks həyat: generalın ailə sxemi üzə çıxdı

Rusiya Daxili İşlər nazirinin müavini Andrey Kikot qohumlarının adına ümumi dəyəri 1 milyard rubldan artıq olan şirkətlər və daşınmaz əmlak rəsmiləşdirib. Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu Rusiyanın müxalifyönlü Korrupsiya ilə Mübarizə Fondu (FBK) aşkara çıxarıb. Qeyd edək ki, prezident Vladimir Putinin sərəncamına uyğun olaraq, həmin polis general-polkovniki bu ilin aprelindən miqrantlarla məşğul olan vətəndaşlıq və əcnəbilərin qeydiyyatı …

Read More »

Fransa Ermənistana minnət vurdu: “Sizi ilk tanıyan biz olmuşuq”  

İrəvanda Fransanın səfirliyinin 30 illiyinə həsr olunmuş tədbirdə səfir Olivye Dekotini çıxış edərək bildirib ki, Fransa Ermənistanın müstəqilliyini tanıyan “ilk dövlətlərdən biri” olub və İrəvanda səfirlik açan ilk ölkələr sırasında dayanır.Boyukmillet.com xəbər verir ki,  səfirin bu bəyanatı Ermənistanda xüsusi diplomatik jest kimi təqdim olunsa da, fransız rəsmilərinin “minnət vurması” bölgədəki siyasi reallıq fonunda bir daha diqqət çəkdi.Fransadan Qarabağa gedən erməni …

Read More »

Zahid Oruc: “Prezidentin qətiyyəti göstərir ki, biz sərhədlərin Naxçıvana gedən yolla birlikdə açılmasına…”

“Dünya dövlətlərinin 2026-cı il büdcə planlaşdırmasını ümumiləşdirsək, üç tendensiya aydın görünür: tarif və ticarət savaşları güclənib, iqtisadi embarqolar artıb, hərbi və təhlükəsizlik xərcləri daha da böyüyüb. Dünya Ticarət Təşkilatının məlumatına görə, 2024–2025- ci illərdə qəbul edilən ticarət məhdudiyyətləri son 15 ilin ən yüksək səviyyəsinə çatıb. NATO-nun hesabatı göstərir ki,  qlobal hərbi xərclərdə illik orta artım 10% səviyyəsindədir. Nəticədə, bir çox ölkələr …

Read More »

Deputata məxsus olduğu iddia edilən mal bazarında QANUNSUZ TİKİNTİ davam edir – YENİ DETALLAR 

Xəbər verdiyimiz kimi, bir müddət öncə İmişlinin Nurulu kəndində deputat Razi Nurullayevə məxsus olduğu iddia edilən mal bazarının tikintisi mətbuatın gündəminə gəldi və mövcud narazılıqlar nəzərə alınaraq tikinti dayandırıldı. Məsələ bundan ibarətdir ki, həmin mal bazarı kəndlilərin örüş-otlaq sahələri zəbt edilməklə aparılırdı.  Məlum olduğu kimi örüş sahəsində hər hansı kommersiya və ya digər məqsədlə tikinti işləri görmək ciddi qanun pozuntusu hesab olunur. Ona görə ki, …

Read More »

Azyaşlıya qarşı bir neçə dəfə əxlaqsızlıq edibmiş- 17 il iş aldı

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb. Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub. Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb. Deyib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı bir qonşusunun övladıdır. Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib. M. Hüseynov əməlindən peşman olduğunu da əlavə edib. Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə …

Read More »

Bakıda 10 nəfərin öldüyü partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayevə hökm oxunub

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin (ASC) ərazisində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayışda təqsirləndirilən Tağı İbrahimov və Toğrul Rzayev 6 il müddətinə azadlıqdan məhrum ediliblər. Boyukmillet.com-un məlumatına görə, bu barədə hökm Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə elan olunub. Hökmə əsasən, onlar cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Xatırladaq ki, …

Read More »

Adnan Əhmədzadəyə aid milyonluq obyekt müsadirə OLUNDU

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub. Boyukmillet.com xəbər verir ki, Teleqraf-ın əldə etdiyi məlumata görə, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir. Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir. Qeyd edək ki, …

Read More »

Almaniyada ikili vətəndaşlığı olan ruslar və qazaxlar ın hərbi xidmət məsələsi…

Almaniyada 3600-dən çox gələcək çağırışçı Rusiya pasportuna, daha 1600 nəfər isə Qazaxıstan pasportuna malikdir. “Deutsche Welle”nin məlumatına görə, Almaniya 2008-ci ildən sonra doğulmuş gənc kişilər üçün hərbi çağırış sistemində islahatları müzakirə edir. Təklif olunan dəyişikliklərə əsasən, 2026-cı ildən başlayaraq bütün 18 yaşlı şəxslər xüsusi formanı doldurmalı və xidmətə yararlılıqlarını qiymətləndirmək üçün tibbi müayinədən keçməlidirlər. Könüllülərin çatışmazlığı halında orduya cəlb etmək …

Read More »

Azərbaycanda daha bir meyit donordan böyrək transplantasiya olunub

Azərbaycanda beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən biri uzun illər dializ müalicəsi alan və orqan gözləyən İsrafil Məmmədova tam uyğun gəlib. Bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, axşam saatlarında İsrafil Məmmədovun beyin ölümü keçirməsi ilə bağlı məlumat dərhal Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin komandasına ötürülüb. Donor böyrəyi şəxsə Mərkəzi Klinikanın Transplantasiya şöbəsində transplantoloq-cərrah …

Read More »

KİV: ABŞ Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni məxfi plan hazırlayır

Donald Tramp administrasiyası Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün yeni plan hazırlamaq məqsədilə Moskva ilə gizli məsləhətləşmələr aparır və bu prosesə ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff rəhbərlik edir. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Axios” portalı ABŞ və Rusiyanın adları çəkilməyən rəsmilərinə istinadən məlumat yayıb. Məlumata görə, ABŞ-nin 28 maddəlik planı Prezident Donald Trampın Qəzza ilə bağlı razılığa gəlmək üçün uğurlu …

Read More »