ABŞ hakimiyyəti Karib dənizində narkotik daşıyan gəmilərə zərbələrin qanuniliyini “fentanil”in kimyəvi silah kimi istifadə olunma ehtimalı ilə izah edib. Boyukmillet.com -un məlumatına görə “The Wall Street Journal” mənbələrinə istinadla xəbər verir ki, həmin məlumatlar ABŞ Ədliyyə Nazirliyi tərəfindən yayılmış memorandum əsasında verilib. Memorandum bu yay hazırlanıb, lakin onun tam mətni hələ açıqlanmayıb. Qəzetin məlumatına görə, memorandumda göstərilir ki, fentanil əvvəllər …
Read More »İrandan ABŞ-a XƏBƏRDARLIQ:beynəlxalq hüquqa ziddir…
İran ABŞ-nin Karib dənizi və Latın Amerikasında artan hərbi əməliyyatlarına kəskin etiraz edib.Boyukmillet.com xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, Vaşinqtonun bu cür aktivliyi “beynəlxalq sülh üçün real təhlükə” yaradır və regionda gərginliyi daha da alovlandırır. Bəqayi ABŞ-dən Venesuelanın suverenliyinə hörmət tələb edərək xəbərdarlıq edib: “Karib dənizi ABŞ-nin güc nümayiş etdirdiyi arenaya çevrilə bilməz. Bu …
Read More »Azərbaycanın ayrı-ayrı yerlərində qısamüddətli leysan gözlənilir – XƏBƏRDARLIQ
Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si gündüzədək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qara keçəcəyi ehtimalı var. Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuğun artacağı ehtimal olunur.
Read More »Ahıska sürgünü: 81 ildir bitməyən vətən həsrəti – Sürgün bitməsə də, tarix dəyişib…
1944-cü ilin 14–15 noyabrında Sovet imperiyasının daha bir qeyri-insani olayı yaşandı. Cəmi iki gün ərzində Ahıska bölgəsində yaşayan on minlərlə insan- qadın, uşaq, qoca heç bir xəbərdarlıq olmadan öz evlərindən zorla çıxarıldı. Bu insanların günahı yalnız türk olmaları idi. Onları gözləyən isə naməlum istiqamətə gedən möhürlü vaqonlarda səhralara uzanan bir sürgün yolu idi. Rəsmi rəqəmlər göstərir ki, 90 minə yaxın …
Read More »ABŞ-də yaşayan Vaqif Allahverdiyev Baş Prokurorluğa çağırılıb
ABŞ-də yaşayan və həmin ölkədə Viktor Aleksandr kimi təqdim edilən Vaqif Allahverdiyev Azərbaycanın Baş Prokurorluğuna çağırılıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə İctimai Televiziya məlumat yayıb. Belə ki, hazırda ABŞ-də yaşayan 1952-ci il təvəllüdlü Vaqif Allahverdiyev, həmin ölkədə adı Viktor Aleksandr kimi təqdim edilən şəxs barəsində Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib. “Vaqif Allahverdiyevə izah edilir ki, …
Read More »Həbsdə olan müğənni Dəniz Əsədovaya yeni ittiham irəli sürülüb, saxta əlillik sənədi düzəltməkdə təqsirləndirilir
Həbsdə olan müğənni Dəniz Əsədova barəsində cinayət işi başlanılıb. “Report”un əldə etdiyi xəbərə görə, Dəniz Əsədova barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Cinayət Məcəlləsinin 32.4.308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik etmə), 32.4.313-cü (vəzifə saxtakarlığına təhrik etmə), 32.311.3.3-cü ( təkrar, külli miqdarda rüşvət almağa təhrik etmə), 32.312.3.3 (rüşvət verməyə təhrik etmə), 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, …
Read More »Bakıda 2 tona yaxın yararsız ət aşkarlanıb – BİRGƏ ƏMƏLİYYAT
Daxili İşlər Nazirliyinin (DİN) və Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) birgə keçirdiyi əməliyyat nəticəsində 2 tona yaxın yararsız ət məhsulu aşkar olunub. Bu barədə DİN-dən məlumat verilib. Bildirilib ki, keçirilən əməliyyat zamanı Bakının Nizami rayonunda yerləşən ərzaq anbarlarının birində fəaliyyət göstərən ət kəsimi məntəqəsində mənşəyi məlum olmayan və qidaya yararsız ət məhsullarının satıldığı aşkarlanıb. Nəticədə həmin məntəqənin sahibi olan Elnur Ağayev, …
Read More »Təhlükə potensiallı obyektlərlə bağlı Koordinasiya Komissiyasının tərkibi genişləndirilib
Prezident İlham Əliyev “Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının yaradılması haqqında” 24 sentyabr 2022-ci il tarixli sərəncamında dəyişiklik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı yeni fərman imzalayıb. Fərmana əsasən, Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın tərkibinə daxil edilib.
Read More »Azərbaycan Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib
Azərbaycan Ukraynanın paytaxtı Kiyevdəki səfirliyinin atəşə tutulması ilə bağlı Rusiyaya nota verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb. Qeyd olunub ki, Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov XİN-ə çağırılıb. Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən …
Read More »TƏCİLİ: Səfir XİN-ə çağırıldı, Azərbaycan Rusiyaya NOTA VERDİ
Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimov Xarici İşlər Nazirliyinə çağırılıb və ona nota təqdim olunub. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, görüş zamanı, noyabrın 14-də təqribən gecə saat 1:00-da Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları nəticəsində İsgəndər tipli raketlərdən birinin səfirliyin ərazisinə düşməsi ilə bağlı kəskin etiraz bildirilib və …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar