Çərşənbə , 8 Aprel 2026

autor

Nümayəndələr Palatasının sədri: “Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır”

Azərbaycan Avropanın ən qabaqcıl ölkələri ilə müqayisə oluna biləcək dərəcədə inkişaf yolundadır. Boyukmillet.com-un xəbərinə görə, bu fikirləri İordaniya Haşimilər Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Əhməd Əs-Səfadi mayın 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən deyib. Əhməd Əs-Səfadi qeyd edib ki, Azərbaycan dövlətinin banisi Heydər Əliyevin yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz böyük uğurlara və nailiyyətlərlə imza atıb. O vurğulayıb ki, Azərbaycanla …

Read More »

Ərdoğanla Baxçalı görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla MHP sədri Dövlət Baxçalı arasında bu gün görüş keçiriləcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Türkiyə vaxtı ilə saat 16:00-da (Bakı vaxtı ilə saat 17:00) başlanacaq görüşdə seçki məsələləri müzakirə olunacaq. Qeyd edək ki, 14 mayda keçirilən prezident seçkilərində qalib müəyyənləşmədiyi üçün 28 mayda seçkilərin ikinci turu keçiriləcək.

Read More »

Türkiyə hava məkanını İrəvan üçün niyə bağlayıb?

Xəbər verdiyimiz kimi, Türkiyə öz hava məkanını Ermənistanın “FlyOne Ermənistan” aviaşirkətinin üçüncü ölkələrə uçuşu üçün bağlayıb. Dünyanın 8-dən çox ölkəsinə uçuşlar həyata keçirən “FlyOne” şirkətinə məxsus təyyarələrin sərnişinləri Kişinyov, Moskva, Verona, Parma, Paris, London, Dublin, Lissabon istiqamətlərinə uçuşlardan mərhum olub. Maraqlıdır ki, az sonra Birləşmiş Ərəm Əmirliyi də erməni aviaşirkətinin öz ölkəsinə ucuşlarını məhdudlaşdırıb. Dubayın aviasiya xidməti laynerin Əl-Məktum hava …

Read More »

Türkiyə parlamentinin Büro katibi: “Hər zaman Azərbaycanın yanında olacağıq və bu, dəyişilməz dövlət siyasətidir”

“Türkiyə hər zaman Azərbaycanın yanında olacaq və bu, dəyişilməz dövlət siyasətidir. Boyukmillrt.com xəbər verir ki, bunu Türkiyə Böyük Millət Məclisinin (TBMM) Büro katibi, millət vəkili Bayram Özçelik Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib. Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı sarsılmaz həmrəylik pis və yaxşı gündə olmaqla bu …

Read More »

Ali Radanın sədr müavini Rusiyaya aparılmış uşaqların Ukraynaya qaytarılması üçün Azərbaycandan kömək istəyib

“Müharibə başlayandan bu günə qədər 20 min ukraynalı uşaq Rusiyaya zorla deportasiya edilib. Bu cinayət sənədləşdirilib və beynəlxalq cinayət məhkəməsi cinayətkarların həbsinə order verib”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Ali Radanın sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib. Ali Radanın sədr müavini Azərbaycana müraciət edərək …

Read More »

Ali Radanın sədr müavini Ukraynaya verdiyi dəstəyə görə Azərbaycan rəhbərliyinə təşəkkür edib

“Azərbaycan rəhbərliyinə Ukraynanın suverenliyi və ərazi bütövlüyünə davamlı dəstəyinə görə təşəkkür edirəm”. Boyukmillet.com xəbər verir ki, bunu Ukrayna Ali Radasının sədr müavini Olena Kondratyuk Milli Məclisin mayın 16-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibətilə keçirdiyi xüsusi iclasda deyib. Onun sözlərinə görə, millətləri birləşdirən insanlar var, onlar doğulur və tarix yazırlar: “Heydər Əliyev Azərbaycan üçün belə bir …

Read More »

İranda edamların son statistikası açıqlandı

2023-cü ildə (may ayının 15-ə kimi) İran həbsxanalarında 245 nəfər edam edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İnsan Haqları Təşkilatlarının son hesabatında bildirilib. Hesabatda edam edilənlərin 9-nun siyasi baxışlarına görə həbs edildiyi bildirilib. Edam edilənlər arasında 5 qadın və 5 xarici vətəndaşın da adı qeyd olunub. Qeyd edək ki, mayın 16-da İran həbsxanalarında daha 4 məhkum edam edilib.

Read More »

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb

Rusiya Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilədən çıxıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət duması qərar qəbul edib. Qeyd edək ki, sözügedən müqavilə 1990-cı il noyabrın 16-da Fransanın paytaxtı Parisdə imzalanıb. Razılaşma Avropada adi silahların məhdudlaşdırılmasını nəzərdə tutur. Rusiya 1992-ci ildə bu sənədi ratifikasiya edib.

Read More »

Politoloq: “ABŞ-Aİ koordinasiyası Azərbaycan və Ermənistan arasında sülhün əldə olunması şansını artırır”

“Rəsmi Vaşinqton və Brüssel arasında koordinasiya Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanması ehtimalını artırır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında ADA Universiteti nəzdində İnkişaf və Diplomatiya İnstitutunun siyasi tədqiqatlar, təhlil və nəşrlər üzrə direktoru Damian Krneviç deyib. Onun sözlərinə görə, Brüsseldə keçirilən üçtərəfli görüş Azərbaycan və Ermənistan liderlərinin son bir neçə ay ərzində ilk görüşüdür. “Avropa İttifaqı …

Read More »