Ermənistan və Türkiyə arasında sərhədlərin açılması, eləcə də diplomatik münasibətlərin qurulması sadəcə zaman məsələsidir. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan 8-ci Paris Sülh Forumunda çıxışı zamanı deyib. “Hazırda buna qarşı heç bir ciddi maneə yoxdur. Bunun nə qədər tez baş verəcəyini deyə bilmərəm. Amma əminəm ki, Ermənistan və Türkiyə siyasi və iqtisadi əməkdaşlıq quracaq və normal …
Read More »Cənubi Koreya tariflərin azaldılması müqabilində ABŞ-yə 350 milyard dollar ödəyəcək
ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyanın tariflərin azaldılması müqabilində 350 milyard dollar ödəyəcəyini açıqlayıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə o, “Truth Social”da müvafiq məqalə dərc edib. “Cənubi Koreya tarifləri azaltmaq müqabilində ABŞ-yə 350 milyard dollar ödəməyə razılaşıb. Bundan başqa, onlar bizim böyük həcmdə neft və qazımızı almağa razılaşıblar. Cənubi Koreyanın zəngin şirkətləri və sahibkarları tərəfindən ölkəmizə sərmayə qoyuluşu 600 milyard …
Read More »ABŞ Senatı Kanadaya tətbiq edilən tarif artımlarını ləğv edib
ABŞ Senatı Prezident Donald Trampın Kanadaya tətbiq etdiyi tarifləri bloklamaq məqsədi daşıyan ikipartiyalı qətnaməni dəstəkləyib. Boyukmillet.com xəbər verir ki, bu barədə NBC News kanalı məlumat yayıb. Məlumata görə, 50 senator qətnamənin “lehinə”, 46 senator “əleyhinə” səs verib. Senat dünən də Braziliya üçün tariflərlə bağlı oxşar qətnamə qəbul edib. Senatdakı Demokratların sabah qlobal tarifləri aradan qaldırmaq və Konqresin ticarət üzərində səlahiyyətlərini …
Read More »Qazaxıstan–Rusiya sərhədində yük daşıma böhranı: 10 minə yaxın rus yük maşını dayanıb
Artıq bir aydan çoxdur ki, Qazaxıstanla Rusiya sərhədində nəqliyyat kollapsı davam edir. Sərhəd-keçid məntəqələrinin yaxınlığında Çindən və Mərkəzi Asiya ölkələrindən gələn mallarla dolu təxminən 10 min rus yük maşını növbədə dayanıb. Boyukmillet.com xəbər verir ki, buna səbəb Qazaxıstan hökumətinin “boz idxal” və Rusiyaya qarşı sanksiyaların yerinə yetirilməsi üçün gömrük yoxlamalarını sərtləşdirməsi olub. Hazırda keçid məntəqələrində avtomobillər daşıdıqları malların bəyannamələrə uyğunluğu …
Read More »Vüqar Orucun 50 illik yubileyi qeyd olundu
Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, Türk Dövlətləri Qiymətləndiricilər Birlikləri Şurasının (CAATS) prezidenti, tanınmış iqtisadçı-ekspert və ictimai xadim Vüqar Orucun 50 illik yubileyi münasibətilə “Yarım Əsrin Manifesti” adlı tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Səhnəyə dəvət olunan yubilyar Vüqar Oruc çıxışında tədbir iştirakçılarına və onu bu illər ərzində …
Read More »Polşa Baltik dənizi üzərində Rusiyanın kəşfiyyat təyyarəsini ələ keçirib
Polşa qırıcıları ötən gün Baltik dənizi üzərindəki beynəlxalq hava məkanında kəşfiyyat missiyası həyata keçirən Rusiya təyyarəsini ələ keçirib. Boyukmillet.com-un “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Polşa Silahlı Qüvvələrinin Əməliyyat Komandanlığından bildirilib. Məlumata görə, Rusiyaya məxsus “İl-20” təyyarəsi uçuş planı təqdim etmədən və transponderi söndürülmüş vəziyyətdə kəşfiyyat missiyası həyata keçirirdi. “Təyyarə Polşanın hava məkanını pozmayıb”, – komandanlıq vurğulayıb.
Read More »Ombudsman saxlanılan azərbaycanlılara görə hərəkətə keçdi
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva son günlər Monteneqronun paytaxtı Podqoritsa şəhərində bir sıra Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı Monteneqro Ombudsmanı Sinişa Bjekoviçə məktub ünvanlayıb. Müvəkkil monteneqrolu həmkarına müraciət edərək, məsələni öz nəzarətinə götürməsini və hazırda həbsdə olan Azərbaycan vətəndaşlarının hüquqlarının Monteneqronun milli qanunvericiliyinə, habelə beynəlxalq insan hüquqları öhdəliklərinə uyğun şəkildə müdafiəsinin təmin edilməsini xahiş edib.Ombudsman saxlanılan şəxslərin …
Read More »Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq
Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması ilə bağlı mühüm addım atılır. Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalının verdiyi məlumata görə, artıq iki ölkənin icbari sığorta büroları arasında bu istiqamətdə razılaşma imzalanıb və sistemin qurulması prosesi başlayıb. Yeni sistem sayəsində Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana gələn və ya Azərbaycan nömrəsi ilə Türkiyəyə daxil olan avtomobillər avtomatik şəkildə tanınacaq. …
Read More »Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib
Azərbaycan Prezidenti İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı Respublika Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bununla bağlı dövlət başçısı “X” hesabında paylaşım edib. “Əziz Qardaşım, Qardaş Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizi və Sizin simanızda bütün Türkiyə xalqını şəxsən öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edir, ən səmimi və xoş arzularımı çatdırıram”, – …
Read More »Azərbaycan və bir sıra müsəlman ölkələri Qəzzaya beynəlxalq qüvvə göndərməkdən imtina etdilər — İsrail diplomatik təcridə doğru gedir
Boyukmillet.com xəbər verir ki, Israel Hayom nəşrinin məlumatına görə, Azərbaycan, İndoneziya, İordaniya və Mərakeş daxil olmaqla bir neçə ölkə Qəzzada beynəlxalq təhlükəsizlik qüvvələrinin yerləşdirilməsi planında iştirakdan imtina edib. Məlumata görə, bu qərar HƏMAS-ın hələ də silahlı strukturlarını qoruması və bölgədəki qeyri-müəyyən vəziyyətlə bağlı qəbul edilib. İsrailin təhlükəsizlik qurumlarından sızan məlumatlara əsasən, HƏMAS silahlıları ilə eyni ərazidə fəaliyyət göstərəcək istənilən beynəlxalq …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar