İstanbul Böyükşəhər Bələdiyyəsinin həbsdə olan sabiq sədri Əkrəm İmamoğlu barəsində açılan casusluq işi yeni və diqqətçəkən istiqamətlər alır. Boyukmillet.com xəbər verir ki, Türkiyə mediasının yazdığına görə, İmamoğlunun yaxın çevrəsinə daxil olan və istintaq çərçivəsində dindirildiyi bildirilən şəxslər arasında Azərbaycanla bağlı bəzi faktlar da üzə çıxıb. İstintaq materiallarında yer alan məlumatlara əsasən, dindirilmə zamanı ifadə verən Ü.D.A. adlı şəxs bildirib ki, Hüseyn …
Read More »Estoniya hərbi Şengen yaradılmasını təklif edir
Estoniyanın müdafiə naziri Hanno Pevkur hesab edir ki, Avropa İttifaqı ölkədən-ölkəyə silahların sürətli daşınmasını təmin edəcək “hərbi Şengen” sistemi yaratmalıdır. Boyukmillet.com xəbər verir ki, bu barədə o, İspaniyanın “El País” qəzetinə müsahibəsində bildirib. “Müdafiə planlaşdırılması və hərbi planlaşdırma NATO-nun vəzifəsidir. Bizə elə bir “hərbi Şengen” lazımdır ki, əgər İspaniyadan Estoniyaya nəsə çatdırmaq lazım gələrsə, bunun üçün heç bir sənədləşmə aparmadan tez …
Read More »BMT-dən Rusiyaya ağır ittiham
Rusiya dronları müntəzəm olaraq Ukraynanın dinc sakinlərinə hücum edir, bu zərbələr insan tələfatına, yaralanmalara və genişmiqyaslı dağıntılara səbəb olur. Boyukmillet.com xəbər verir ki, bu barədə məlumat BMT Baş Assambleyasının sosial, humanitar və mədəni məsələlər üzrə ixtisaslaşmış Üçüncü Komitəsinə təqdim edilən Ukraynada baş verən hadisələrin araşdırılması üzrə Komissiyanın hesabatında yer alıb. Hesabat müəlliflərinin qeyd etdiyinə görə, bu hücumlar sistemli və koordinasiyalı …
Read More »“Ukrayna uzaqmənzilli zərbələrin coğrafiyasını genişləndirir“ – Zelenski
Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevin uzaqmənzilli silahların coğrafi əhatə dairəsini genişləndirmək üçün hədəflər müəyyən etdiyini açıqlayıb. Zelenski bu barədə “Telegram” kanalında yazıb. Zelenski qeyd edib ki, Ali Baş Komandanın Qərargahının iclasında müəyyən dövrdə uzaqmənzilli zərbələrin effektivliyi və əldə edilən uğurlar təhlil olunub. “Rusiyanın neft emalı sənayesi müharibə səbəbindən artıq ciddi itkilər yaşayır və onlar itirməyə davam edəcəklər. Biz uzaqmənzilli imkanlarımızın …
Read More »Ramiz Mehdiyevin məktubu müəmması: İstintaq materialları yayılır, rəsmi təsdiq isə yoxdur
Ötən gün hakimiyyətə yaxın medialar dövlətə xəyanət və bir sıra ittihamlarla barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş Prezident Adminstrasiyasının keçmiş rəhbəri, Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevə aid olunduğu iddia edilən məktubu yayıblar. Ramiz Mehdiyevin yazdığı iddia olunan məktubda əsasən Azərbaycanda dövlət idarəetmə sistemində ciddi dəyişikliklərə ehtiyac olduğu vurğulanır və konkret bir islahat planı təklif edilir. Məktubun yayılmasından sonra …
Read More »Bakıda keçirilməsi planlaşdırılan Avropa Ravvinlər Konfransı ləğv edilib
Noyabrın 3-6-da Bakıda keçirilməsi planlaşdırılan 33-cü Avropa Ravvinlər Konfransı (CER) ciddi təhlükəsizlik problemlərinə görə ləğv edilib. “İsraelnationalnews” yazır ki, sosial şəbəkələrdə Türkiyə və İranda yaşayan azərbaycanlılar tərəfindən Bakıda keçiriləcək tədbirə qarşı əks mövqeli yazılar yayılmağa başlayıb. Tədbirin planlaşdırılmasında iştirak edən mənbələr qeyd ediblər ki, alınan konkret xəbərdarlıq təşkilatçıları yerli hakimiyyət orqanları ilə məsləhətləşməyə sövq edib. Məsləhətləşmələrdən sonra konfransın başqa yer və …
Read More »Qarabağda cinayətlər törətmiş generalla bağlı qərar dəyişdi
Üç ildən artıqdır ki, həbsdə olan Qarabağ separatçısı, işğalçı komandanı, general-leytenant Mikael Arzumanyanın barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilib. Boyukmillet.com bu barədə erməni mediasına istinadən bildirir. Onun vəkili Yerem Sarkisyan sosial şəbəkədə Korrupsiyaya Qarşı Mübarizə Məhkəməsinin Arzumanyanı ev dustaqlığına buraxdığını açıqlayıb.M.Arzumanyan 2020-ci ilin 44 günlük müharibəsi zamanı səhlənkarlıqda ittiham olunur. Qeyd edək ki, 2022-ci ilin 30 avqustunda həbs olunsa da, sonradan …
Read More »İranda “Ya türkçə danış, ya sus” yazısı qalmaqal yaratdı
Musavat.com xəbər verir ki, İranda “Ya türkçə danış, ya sus” ifadəsinin yazıldığı avtomobil şəkli sosial şəbəkələrdə böyük rezonans doğurub. İranlı regional ekspert Əhsən Movəhədyan sosial mediada İrana məxsus nömrə nişanı olan avtomobilin arxa şüşəsində yazılmış bu ifadənin fotosunu paylaşaraq sərt tənqid edib. Ekspert bildirib ki, belə şüarlar ölkənin milli təhlükəsizliyinə və kimlik əsaslarına təhdid yaradır: “Bakıda elə bir adam tapılarmı …
Read More »Metroda ödənişlə bağlı unikal yenilik – RƏSMİ
Bakı Metropolitenində tələbə kartları ilə təmassız ödəniş sistemi test edilir. Boyukmillet.com xəbər verir ki, Bakı Metropolitenində ilk dəfə olaraq sərnişinlərin gediş haqqını tələbə kartları ilə təmassız ödəmək sistemi test rejimində istifadəyə verilib. Layihə BakıKART və Bakı Metropoliteni tərəfindən pilot versiyada həyata keçirilir, ilkin mərhələdə isə “Kapital Bank”ın tələbə kartları üzərindən sınaq aparılır. Pilot layihəyə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələri cəlb olunub. …
Read More »PKK Türkiyədən bütün qüvvələrini çıxarır
Kürdüstan Fəhlə Partiyası (PKK) bazar günü bəyan edib ki, silahlı qüvvələrini Türkiyədən İraqın şimalına çəkir. Bu addım təşkilatın silahsızlanma və siyasi inteqrasiya prosesinin bir hissəsi kimi qiymətləndirilir. Bu barədə “Reuters” agentliyi yazıb. Təxminən 40 ildir Türkiyəyə qarşı silahlı mübarizə aparan PKK-nin fəaliyyətləri nəticəsində 40 mindən çox insan həlak olub. Təşkilat bu ilin mayında 76 yaşlı, hazırda həbsdə olan lideri Abdullah Öcalanın …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar