Çərşənbə , 8 Aprel 2026

autor

Politoloq: “Azərbaycan və İtaliya arasında əməkdaşlıq davamlı inkişaf edir”

“İtaliya və Azərbaycan arasında əməkdaşlıq uzun illərdir ki, inkişaf edir”. Bunu “Report”a italiyalı politoloq Dominiko Letisiya deyib. Onun sözlərinə görə, İtaliya şirkətləri Azərbaycanın işğaldan azad edilmiş ərazilərində infrastrukturun bərpasına öz töhfəsini verə bilər: “İtaliya Azərbaycanın Qarabağın infrastrukturunu ən innovativ və müasir texnologiyalardan istifadə etməklə bərpa etmək istəyini başa düşür və bu prosesə öz töhfəsini verə bilər”. İtaliyalı politoloq enerji sektorunda dinamik …

Read More »

Azərbaycan Prezidenti: “Türkiyəyə yardım qardaşlıq borcumuzdur”

Azərbaycanın Türkiyəyə yardımı qardaşlıq borcudur. Boyukmillet.com xəbər verir ki, bunu Prezident İlham Əliyev Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edərkən deyib. Dövlət başçısı zəlzələ zamanı həlak olanlara bir daha Allahdan rəhmət diləyib. Prezident İlham Əliyev bu yaxınlarda Ankarada Türkiyə Prezidenti ilə görüşünü və Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Türkiyə Prezidentinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin xüsusi …

Read More »

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb

Bakıda iki vətəndaşın bank hesabından 20 min manata yaxın pul oğurlanıb. Bu barədə  Daxili İşlər Nazirliyindən məlumat verilib. Belə ki, martın 28-də və 30-da bir vətəndaşın 9 845 manatının, digər vətəndaşın isə 9 900 manatının bank hesablarından oğurlanması barədə polisə məlumatlar daxil olub. Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində bu əməlləri törətməkdə şübhəli bilinən …

Read More »

Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin xüsusi nümayəndəsi ilə görüşüb

Aprelin 3-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Avropa Xarici Fəaliyyət Xidmətinin Şərq Tərəfdaşlığı məsələləri üzrə xüsusi nümayəndəsi Dirk Şubel ilə görüşüb. Bu barədə XİNdən məlumat verilib. Görüşdə, Azərbaycan və Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq gündəliyi, o cümlədən regionda cari vəziyyət müzakirə mövzusu olub. Nazir Ceyhun Bayramov, Azərbaycanla Aİ arasında müxtəlif, o cümlədən siyasi, iqtisadi, ticarət, investisiyalar, nəqliyyat, enerji təhlükəsizliyi …

Read More »

İlham Əliyev Selçuk Bayraktarı qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 3-də Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarı qəbul edib. Boyukmillet.com  xəbər verir ki, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın salamlarını dövlət başçısına çatdıraraq Türkiyədə baş verən zəlzələnin fəsadlarının aradan qaldırılmasında göstərilən qardaşlıq yardımına görə Rəcəb Tayyib Ərdoğanın Azərbaycan Prezidentinə minnətdarlığını bir daha ifadə edib. Dövlət başçısı salamlara görə təşəkkürünü bildirib, onun da …

Read More »

Sankt-Peterburq Bakıda keçirilən 19-cu Beynəlxalq “Turizm və Səyahət” sərgisində ilk dəfə təqdim ediləcək

Sankt-Peterburqun Konqres və Sərgi Bürosu Bakıda keçirilən 19-cu Beynəlxalq “Turizm və Səyahət” sərgisində ilk dəfə Rusiyanın Şimal paytaxtını təqdim edəcək. 4-6 aprel 2023-cü il tarixlərində Bakıda üç illik fasilədən sonra ilk dəfə olaraq 19-cu Azərbaycan Beynəlxalq “Turizm və səyahət” AITF 2023 sərgisi keçiriləcək və müxtəlif ölkələrdən turizm sənayesinin aparıcı oyunçularını bir araya gətirərək geniş çeşidli turizm təklifləri və xidmətlərini nümayiş etdirəcəkdir. …

Read More »

Türkiyənin NATO-dakı nümayəndəsi: “Türkiyə-Rusiya əlaqələri Cənubi Qafqazda özünü doğrultdu”

“Bu gün NATO daxilində Rusiya ilə müzakirələr apara bilən və Rusiya ilə müəyyən sahələrdə ortaq məxrəcdən çıxış edərək beynəlxalq ictimaiyyətin də maraqlarına uyğun addım ata bilən yeganə dövlət Türkiyədir. Buna nümunə olaraq Cənubi Qafqaz, Suriya və Liviyadakı durumu göstərə bilərik. Ona görə də deyə bilərik ki, Türkiyə-Rusiya əlaqələri Cənubi Qafqazda da özünü doğrultdu”. Boyukmillet.com xəbər verir ki, bunu “Anadolu”ya müsahibəsində …

Read More »

BSU-nun sabiq rektoru məhkəmədə dindirilib – VİDEO

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Slavyan Universitetinin (BSU) əlavə və qiyabi təhsil şöbəsinin sabiq müdiri Dürdanə Əliyevanın cinayət işi üzrə məhkəmə prosesində universitetin keçmiş rektoru Nurlana Əliyeva dindirilib. Boyukmillet.com xəbər verir ki, hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən sabiq rektor barəsində səsləndirilən ittihamlarla razı olmadığını bildirib. O, Dürdanə Əliyevanı tanımadığını, tələbələrin təhsilhaqqını ödəmədiklərini …

Read More »

İsveçrədəki Azərbaycan diasporu Cenevrədəki erməni təxribatını sərt şəkildə pisləyib

İsveçrədə yaşayan Azərbaycan icması erməni diasporunun Cenevrədəki Palexpo kitab sərgisində törətdiyi təxribatla bağlı təşkilatçılara rəsmi müraciət edib. Bu barədə  Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Məktubda bildirilib ki, Qarabağ iqtisadi rayonu Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisində yerləşir. Amma Cenevrənin Lozanna küçəsində yerləşən “Armenie Culture & Saveurs” mərkəzi kitab sərgisində bu ərazi haqqında qondarma “Dağlıq Qarabağ Respublikası” adı altında yolverilməz …

Read More »

Azad edilən ərazilərdə ötən ay 926 mina aşkarlanıb

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə ötən ay 926 mina aşkarlayıb. ANAMA-dan  verilən məlumata görə, martın 1-dən 31-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 270, tank əleyhinə 656 mina və 1465 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. Nəticədə 5983 hektar ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib.

Read More »