Çərşənbə , 8 Aprel 2026

autor

Konqoda torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb

Konqo Demokratik Respublikasında torpaq sürüşməsi nəticəsində azı 19 nəfər ölüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb. Hadisə Şimali Kivu vilayətinin kəndlərindən birində baş verib. Yerli hakimiyyət orqanları bildirib ki, dağın ətəyində çayda paltar yuyan 25-ə yaxın uşaqlı qadın torpağın alıtında qalıb . Agentliyin məlumatına görə, itkin düşənlərin axtarışları bazar ertəsi bərpa olunacaq.

Read More »

Nəriman Nərimanov faciəsi və ya geosiyası reallıqlar

N.Nərimanovun çoxşaxəli fəaliyyətinə yanaşıldıqda çoxlu sualların ortaya çıxır. Bu suallardan birincisi odur ki, niyə Nərimanov Azərbaycanın, eləcə də başqa türk ölkələrinin Sovet imperiyasının tərkibinə daxil olmasının tərəfdarı kimi çıxış etdi və bununla yanaşı, millətçilik yönündə də fəaliyyət göstərdi? Bütün bu amillər bizi daha dərindən düşünməyə, ilk olaraq o dönəmin ictimai-siyasi durumunu dərindən araşdırmağa və bəlli sonuca varmağa çağırır. Ötən yüzilin …

Read More »

Azərbaycanda müharibədən sonra minaya düşüb ölən və yaralanan şəxslərin sayı açıqlanıb

“Ermənistanın yerləşdirdiyi minalar azərbaycanlıları öldürməkdə və şikəst etməkdə davam edir”. Boyukmillet.com xəbər verir ki, bu sözlər Azərbaycanın Xarici İşlər Nazirliyinin (XİN) tviter səhifəsində yer alıb. Qeyd olunub ki, bu gün Azərbaycanın daha bir hərbi qulluqçusu mina partlaması nəticəsində həlak olub: “2020-ci il müharibəsinin sonundan bəri 288 azərbaycanlı minaya düşüb, onlardan 50-si həyatınıı itirib. Beynəlxalq ictimaiyyət Ermənistanın yaratdığı mina təhlükəsindən narahatlığını ifadə …

Read More »

Minaya düşərək həlak olan hərbi qulluqçu Qəbələdə dəfn olunub

Tərtər rayonunun azad olunmuş ərazisində minaya düşərək həlak olan Azərbaycan Ordusunun hərbi qulluqçusu, əsgər Niftalıyev Novruz Eldəniz oğlu Qəbələdə dəfn olunub. ​Boyukmillet.com xəbər verir ki, dəfn mərasimindən əvvəl hərbi qulluqçunun doğulduğu Nohurqışlaq kəndində onunla vida mərasimi keçirilib. Daha sonra ​19 yaşlı Novruz Niftaliyev ​Nohurqışlaq kənd qəbiristanlığında torpağa tapşırılıb. Müdafiə Nazirliyinin məlumatına görə, Tərtər rayonunun azad olunmuş ərazisində yerləşən Azərbaycan Ordusunun bölmələrindən …

Read More »

Şəhidin xatirəsinə həsr olunan anım mərasimi keçirilib

Torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə yüksələn Sədi Musayevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib. Müdafiə Nazirliyinin və ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, yaxınları, eləcə də döyüş yoldaşlarının iştirak etdiyi tədbirdə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Anım mərasimində çıxış edənlər …

Read More »

Netanyahu: “Terrorizmi dəstəkləyən rejimlər onun əvəzini ağır ödəyir”

Terrorizmi dəstəkləyən rejimlər onun əvəzini ağır ödəyir. Boyukmillet.com xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu hökumətin həftəlik iclasında deyib. Baş nazirin sözlərinə görə, son aylar ərzində onlarla terrorçu məhv edilib. “İsrail terrorizmin xarici sponsorlarına qarşı mübarizə də daxil olmaqla bütün cəbhələrdə terrorla mübarizəni davam etdirir və buna ölkədə məhkəmə islahatları ilə bağlı daxili siyasi mübahisə mane olmayacaq. Biz …

Read More »

Venesuelada korrupsiyada şübhəli bilinən 42 məmur saxlanılıb

Venesuela hüquq-mühafizə orqanları antikorrupsiya araşdırması çərçivəsində 42 məmuru saxlayıb. Boyukmillet.com xəbər verir ki, ölkənin Baş Prokurorluğu bir müddət əvvəl bəzi dövlət qulluqçularının saxlanmasından sonra korrupsiyaya qarşı mübarizəyə başlanıldığını elan edib. “La Nacion” qəzetinin məlumatına görə, korrupsiya ilə məşğul olan şəxslərin saxlanılması əməliyyatı martın 17-də başlayıb. Eyni zamanda, Venesuela Prezidenti Nikolas Maduro ölkənin neft naziri Tarek əl-Aisaminin istefasını qəbul edib və …

Read More »

Azərbaycan Ordusunun hərbçisi minaya düşüb

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi – 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb. Boyukmillet.com xəbər verir ki, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. N.Niftəliyevin vəziyyətinin ağır olduğu bildirilir. O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.

Read More »

Aprel döyüşləri – Qarabağın azadlığına gedən yolda ilk qələbə – ŞƏRH

Əgər bir ölkənin torpaqları işğal altına düşərsə, onun təkcə ərazi bütövlüyü və suverenliyi pozulmaz, azadlıq və müstəqilliyi də daim təhlükədə olar. Azərbaycan 30 illik erməni işğalı dövründə bu təhlükənin qarşısını böyük məharətlə alaraq, Ermənistana və havadarlarına qarşı mübarizə apardı, işğal edilən torpaqlarının təmizlənməsi istiqamətində mübarizəyə fasilə vermədi. Bu baxımdan, Azərbaycan Ordusunun 2016-cı ilin aprelində qazandığı qələbə böyük tarixi əhəmiyyətə malikdir, …

Read More »