Çərşənbə , 8 Aprel 2026

autor

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb

Fövqəladə Hallar Nazirliyinin Su Ehtiyatları Dövlət Agentliyinin əsasında Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yaradılıb. Boyukmillet.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin imzaladığı “Su ehtiyatları, su təsərrüfatı və meliorasiya sahələrində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərmanda yer alıb. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti əmlakları ilə birlikdə Agentliyin tabeliyinə verilib. Müəyyən edilib ki, Agentlik Azərbaycan Respublikasında …

Read More »

XİN Nikol Paşinyana cavab verib: “Laçın yolu Azərbaycanın suveren ərazisidir”

“Ermənistan baş naziri Nikol Paşinyanın bölgədəki vəziyyətə dair növbəti dəfə manipulyasiya cəhdləri qəbuledilməzdir. Ermənistanın ölkəsinə demokratiya donu geyindirərək, təcavüzkar fəaliyyətini davam etdirməsi heç kəsə sirr deyil”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib. O qeyd edib ki, N.Paşinyanın Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolu …

Read More »

Ekspert: “Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığı daha da səmərəli edəcək”

“Ötən gün Azərbaycanın İsraildə səfirliyinin açılması ikitərəfli əməkdaşlığın daha səmərəli olması üçün zəruri məsələdir”. Bunu “Report”a açıqlamasında Almaniyanın Bonn Universitetinin siyasi elmlər və beynəlxalq münasibətlər üzrə fəlsəfə doktoru Saymon Tsipis deyib. O vurğulayıb ki, Azərbaycan və İsrailin əməkdaşlıq edə biləcəyi bir çox sahələr var. S.Tsipis əlavə edib ki, məsələn, yüksək texnologiyalar sahəsi ən vacib istiqamətlərdən biri ola bilər: “İsrail xüsusilə, …

Read More »

XİN: “Ermənistan qüvvələrini tam olaraq Azərbaycan ərazisindən çıxarmalıdır”

Ermənistan tərəfinin bütün faktlara baxmayaraq, 30 il müddətində qüvvələrinin Azərbaycanı işğal etmədiyini də iddia etdiyini yaxşı xatırlayırıq. Ermənistastanın bütün bu iddialarının heç bir əsasının olmadığı dəfələrlə sübut edilib və BMT Təhlükəsizlik Şurasının qətnamələri də Ermənistan qüvvələrinin qeyd şərtsiz və dərhal çıxarılmasını tələb edib. Boyukmillet.com xəbər verir ki, bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin …

Read More »

Ayxan Hacızadə: “Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır”

“Azərbaycan öz ərazisində Ermənistanın qanunsuz fəaliyyətlərinin qarşısını almaqda qərarlıdır”. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirlərə cavab olaraq deyib. Onun sözlərinə görə, Azərbaycanın suveren əraziləri olan Laçın yolunun şimalında Ermənistanın torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadəsinin, Azərbaycanın ərazilərinə silah-sursat daşımaqla vəziyyətin daha da gərginləşmək və potensial …

Read More »

31 martda soyqırımıa məruz qalan azərbaycanlıların xatirəsi Eskişehirdə anılıb

Türkiyənin Eskişehir şəhərində keçirilən ənənəvi “Çərşənbə Söhbətləri” toplantısının növbəti mövzusu 31 Mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilib. Boyukmillet.com xəbər verir ki, Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkil etdiyi həftəlik toplantıda dərnək üzvləri, azərbaycanlı tələbələr və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. Dərnəyin koordinatoru Cavid Əmirov 1918-ci il martın 30-dan aprelin 3-dək bolşeviklərin və erməni silahlı quldurlarının Bakı şəhərində və Bakı quberniyasının müxtəlif …

Read More »

İlham Əliyev Əmlak Məsələləri Dövlət Xidmətinin yeni binasının açılışında iştirak edib

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin paytaxt Bakıda yeni inzibati binası istifadəyə verilib. Boyukmillet.com xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev yeni binanın açılışında iştirak edib. Qeyd edək ki, son illərdə paytaxtda modern üslubda tikilən hündürmərtəbəli binalar sırasına daha biri əlavə olunub. Ulu Öndər Heydər Əliyevin adını daşıyan prospektdə ucaldılan yeni bina da müasir memarlığı ilə diqqəti cəlb edir. İqtisadiyyat …

Read More »

Azərbaycan XİN başçısı İsrail Prezidentini Ermənistanın təxribatları barədə məlumatlandırıb

Azərbaycan xarici işlər Ceyhun Bayramov İsrail Prezidenti İsaaq Hersoqu post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı bərpa və quruculuq barədə ətraflı məlumatlandırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib. Qeyd olunub ki, bununla yanaşı, Ermənistan tərəfindən törədilən hərbi-siyasi təxribatlar, öz öhdəliklərindən boyun qaçırmaqla danışıqların imitasiyası, mina təhdidini davam etdirilməsi, öhdəliklərinə uyğun …

Read More »

Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq

Azərbaycanın ən yüksək dərəcəli medalı “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı olacaq. Boyukmillet.com-un xəbərinə görə, bu barədə “Heydər Əliyevin 100 illiyi (1923-2023)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanuna dəyişiklik layihəsində əksini tapıb. Layihədə qeyd edilib ki, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunun 2-ci maddəsinə “Vətən …

Read More »

Si Cinpin: “Çin müharibəyə hazırlaşır”

Çin müharibəyə hazırlaşır. Boyukmillet.com xəbər verir ki, bunu Çin lideri Si Cinpin parlamentin iclasında deyib. O bildirib ki, dünya bu məsələni ciddi qəbul etməlidir. Qeyd olunub ki, Çinin müdafiə büdcəsi son 10 ildə 7,2% artıb. Həmçinin vurğulanıb ki, Tayvan boğazı boyunca şəhərlərdə yeni bomba sığınacaqlarının tikilməsi planlaşdırılır. Müharibənin konkret hansı ölkə ilə aparılacağı açıqlanmayıb. Qeyd edək ki, Çin Müdafiə Nazirliyi …

Read More »