Bazar ertəsi , 6 Aprel 2026

autor

“AZAL-ın təyyarəsi İrəvana enəndə bizə təəccüblə baxdılar” – Ermənistana gedən azərbaycanlılar DANIŞDILAR

Xəbər verdiyimiz kimi, Azərbaycanın vətəndaş cəmiyyətləri nümayəndələri Ermənistanın paytaxtı İrəvanda olublar. Görüş iki ölkə arasında sülh prosesinə dəstək məqsədi daşıyıb və bu formatda keçirilən ilk təmas kimi qiymətləndirilir.Məlumata görə, Azərbaycanın bort nömrəsi 4K-ASG olan “Azerbaijan Airlines” aviaşirkətinə məxsus “Gulfstream G650” tipli təyyarə oktyabrın 21-də Bakıdan İrəvana uçub. Uçuş Heydər Əliyev Beynəlxalq Aeroportundan saat 15:00-da həyata keçirilib və təyyarə yerli vaxtla …

Read More »

Bakı metrosundakı ölümün səbəbi məlum oldu

Dünən metroda vəfat edən şəxsin kimliyi və ölüm səbəbi bəlli olub. Saat 18:30 radələrində “Nərimanov” stansiyasında Bakı şəhər sakini 1958-ci il təvəllüdlü Aydın Rəhman oğlu Quliyev ürək çatışmazlığından vəfat edib. Faktla bağlı rayon prokurorluğunda araşdırmalar aparılır.

Read More »

NATO-dan ilk – Rusiya hərbi gəmisinin qarşısı kəsilib

NATO-nun əmri ilə hərəkət edən Britaniya hərbi dəniz qüvvələri şimal dənizi sahillərində Rusiya hərbi gəmisinin qarşısını kəsib. Boyukmillet.com xarici mediaya istinadla xəbər verir ki, əməliyyat Fransa və Hollandiyanın iştirakı ilə həyata keçirilib. Sky News-un məlumatına görə, Britaniyanın “HMS Duncan” esminesi və “Wildcat” helikopteri Rusiyanın sualtı qayıqlara qarşı müdafiə gəmisi “Vitse-admiral Kulakov”un qarşısını kəsib. Gəmi Britaniyanın müşahidə zonasına daxil olub və …

Read More »

ABŞ narkotik daşıyan daha bir qayığa zərbə endirib – Heqset

Pentaqon rəhbəri Pit Heqset ABŞ qüvvələrinin Sakit Okeanda beynəlxalq sularda narkotik ticarəti üçün istifadə olunan qayığın məhv edildiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, nazir bunu X hesabında edib. Onun sözlərinə görə, oktyabrın 22-də ABŞ hərbçiləri ABŞ prezidenti Donald Trampın göstərişi ilə Sakit Okeanın şərqində kiçik gəmiyə zərbələr endiriblər. Heqset bildirib ki, qayıqda ABŞ-ın terror təşkilatı hesab etdiyi təşkilata aid narkotiklər …

Read More »

Deputatdan valideynlərə və müəllimlərə çağırış

“Rəqəmsal mühitdə düzgün istiqamətləndirilməyən vətəndaşlar öz mənliklərini, Vətənə olan sevgi və bağlılıqlarını itirə bilərlər” “Rəqəmsal mühitin sürətli inkişafı yalnız uşaqların həyat tərzini dəyişdirməklə qalmır, eyni zamanda onların daha çox öyrənmələri və milli mənlik şüurlarını inkişaf etdirmələri üçün geniş imkanlar yaradır”. Bu fikirləri “Yeni Müsavat”a açıqlamasında Milli Məclisin deputatı Nigar Məmmədova bildirib. Onun sözlərinə görə, rəqəmsal texnologiyalar, uşaqlarımıza gələcəyin liderləri, elm …

Read More »

Mərakeş və Pakistan vətəndaşları Azərbaycan sərhədini pozmağa cəhd göstərib

Mərakeş və Pakistan vətəndaşları Azərbaycanın dövlət sərhədini pozmağa cəhd göstərib. Bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib. Bildirilib ki, Mərakeşin iki vətəndaşı – Mohammed Fassih və Ousama Ben Moulay Azərbaycandan Rusiyaya keçməyə cəhd göstərib. Bundan başqa, Pakistanın üç vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul və Shah Syed Normanın da Azərbaycan sərhədini Gürcüstan istiqamətində pozmaq istəyinin qarşısı alınıb. …

Read More »

Azərbaycan neftinin qiyməti 63 dolları ötüb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,05 ABŞ dolları, yaxud 1,68 % artaraq 63,45 ABŞ dolları təşkil edib. Bu barədə  neft bazarındakı mənbə məlumat verib. Hərracların nəticələrinə görə, “Brent” markalı neftin dekabr fyuçerslərinin qiyməti 62,21 ABŞ dolları təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri Light” markalı Azərbaycan neftinin bir barelinin qiyməti 1,07 ABŞ dolları və ya 1,77 % artaraq 61,51 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir …

Read More »

Gümrü merinin qohumu və Karapetyanın hərəkat üzvü həbs ediliblər

Ermənistanda istintaq təcridxanasında olan iş adamı Samvel Karapetyanın “Öz yolumuzla” hərəkatının üzvü, vəkil Ruben Mxitaryan “Gümrü iğtişaşları” işi üzrə iki aylıq müddətə həbs edilib. Boyukmillet.com Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə hərəkatın mətbuat xidməti məlumat yayıb. Vəkil oktyabrın 20-də Gümrüdə saxlanılıb. O, aksiya keçirilən yerdə hüquq müdafiəçisi qismində iştirak edib. Vəkillər Palatası artıq onun saxlanılmasını pisləyib və bunu qanunsuz …

Read More »

Azərbaycanda sosial sığorta haqqının ödənilməsinə dair dəyişiklik müzakirə mərhələsindədir – RƏSMİ

Azərbaycanda qeyri-neft-qaz və qeyri-dövlət sektorlarında çalışanların aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasına dair dəyişiklik müzakirə mərhələsindədir. Bu barədə “Report”un sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan bildirilib. “Qanunvericilikdə bununla bağlı hər hansı dəyişiklik olduğu halda ictimaiyyətə məlumat veriləcək”, – deyə Fonddan qeyd olunub. Məlumat üçün bildirək ki, 2019-cu il yanvarın 1-dən 7 …

Read More »

Bakıda 17 yaşlı yeniyetmənin bağırsağından taxta çıxarılıb

Bakıda 17 yaşlı yeniyetmə taxta udaraq qarın nahiyəsində kəskin ağrı, ürəkbulanma, təkrarlanan qusma və hipertermiya şikayətləri ilə Kliniki Tibbi Mərkəzin (KTM) Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə gətirilib. Bu barədə KTM-dən məlumat verilib. Bildirilib ki, müayinələr nəticəsində xəstəyə peritonit diaqnozu qoyulub və əməliyyatönü hazırlıqdan sonra təxirəsalınmaz cərrahi müdaxilə aparılıb. Nazik bağırsaq seqmentinin rezeksiyası, yoğun bağırsağın defektinin tikilməsi əməliyyatı icra olunub. Əməliyyat …

Read More »