Azərbaycan Brüssel prosesini dəstəkləyir. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə telefon danışığı zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bildirib. Laçın-Xankəndi yolu ətrafındakı vəziyyətə toxunan Azərbaycan Prezidenti qeyd edib ki, bu yolun guya bağlı olması ilə əlaqədar Ermənistanın irəli sürdüyü iddialar tamamilə yalandır. Belə ki, 2022-ci il dekabrın 12-dən bu günədək Rusiya sülhməramlılarına və Beynəlxalq Qırmızı Xaç …
Read More »“Türkiyə və Azərbaycanın “Demokratiya Sammiti”nə dəvət olunmaması qərəzli addımdır” – RƏY
“Martın 30-da ABŞ-da keçiriləcək “Demokratiya Sammiti”ndə iştirak edəcək ölkələrin seçimi qərəzli və ədalətsizdir”. Bunu “Report”a açıqlamasında pakistanlı ekspert, Pakistan və Azərbaycan Məzunları Assosiasiyasının təsisçisi Kayser Nəvab deyib. Onun fikrincə, bu tədbirə qatılacaq ölkələrin seçilməsi üçün konkret meyarlar tam aydın deyil. “Ola bilsin, hansı ölkələrin dəvət olunması müəyyən edilərkən ölkənin demokratik göstəriciləri, insan haqları təcrübəsi və regional sabitlik kimi amillər nəzərə …
Read More »Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı tədbir keçirilib
Novruz bayramı ilə əlaqədar elan olunan tətil günlərində Abşeron Milli Parkında “Kamp Əyləncəsi” adlı bir gün keçirilib. Boyukmillet.com xəbər verir ki, Milli Parkı ziyarət edən turistlərin, dəvətli qonaqların qatıldığı əyləncədə Zaqulba FM komandası iştirak edib. Komandanın təşkilatçılığı, ziyarətçilərin iştirakı ilə canlı gitar musiqisi ifa olunaraq ocaq ətrafında maraqlı söhbətlərlə əsl kamp həyəcanı yaşanıb. Bununla yanaşı, ziyarətçilər gün batımını da izləyib. Eyni …
Read More »Gülyaz Məmmədova: “Heydər Əliyevin bizi kəşf etməsindən sonra tanınmağa başladıq” – MÜSAHİBƏ
“Heydər Əliyev öz övladı kimi əlimizdən tutub “Təki sən səslə məni, Küçələrə su səpmişəm” kimi mahnılarımızı bizimlə birgə oxuyub. Həmişə hal-əhvalımızı soruşub, maraqlanıb. Ata kimi qayğı göstərib”. Boyukmillet.com xəbər verir ki, Bu fikirləri “Report”a müsahibəsində Azərbaycan Respublikasının xalq artisti, xanəndə Gülyaz Məmmədova deyib. Xalq artistindən “Heydər Əliyev ili” çərçivəsində götürdüyümüz müsahibəni təqdim edirik: – Gülyaz xanım, uzun müddətdir sənətdəsiniz. Bundan əvvəlki …
Read More »Daşkənddə Heydər Əliyevin 100 illik yubileyi qeyd olunub
Daşkənd şəhərinin Mirabad rayonunda müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbir Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Azərbaycanın Özbəkistandakı səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin, Respublika Azərbaycan Milli Mədəniyyət Mərkəzinin və Daşkənd şəhər “Qardaşlıq” Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutub. …
Read More »Teys: “Demokratiya Sammiti” üçün ölkələrin seçimindəki ayrı-seçkilik Vaşinqtonun ciddi səhvidir”
“Demokratiya Sammiti” üçün ölkələrin seçimindəki ayrı-seçkilik siyasəti, Azərbaycan və Türkiyə kimi böyük irəliləyiş əldə etmiş bir sıra ölkələrin sammit iştirakçıları siyahısına daxil edilməsi ABŞ-ın hazırkı administrasiyasının ciddi xarici siyasət səhvidir və Vaşinqtonun beynəlxalq siyasi təsirini daha da sarsıdır”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”a açıqlamasında amerikalı politoloq, beynəlxalq münasibətlər sahəsi üzrə ekspert Piter Teys deyib. Onun sözlərinə görə, ABŞ-ın bundan …
Read More »Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobilləri maneəsiz keçib
Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 4 avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, həmin yük avtomobilləri Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. …
Read More »KİV: “Rusiya hücum tempini 80 faiz aşağı salıb, müharibənin son mərhələsi başlaya bilər”
“Rusiya ordusu hücum tempini 80 faiz aşağı salıb və hücumdan müdafiə taktikasına keçib. Çox güman ki, bu, Ukraynanın əks-hücumlarına hazırlıq üçündür”. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın “Sky nuys” nəşri yazıb. Müəllif Sean Bell “Ukrayna müharibəsi: qarşıdan gələn mövsüm müharibənin son mərhələsi ola bilər” adlı məqaləsində qeyd edib ki, 7 aydır davam edən şiddətli döyüşlərə baxmayaraq, Ukrayna hələ də Baxmutu …
Read More »Sarqsyan: “Ermənistan hakimiyyətinin gücü onun həyasızlığındadır”
“Ermənistanın indiki hakimiyyətinin gücü onun həyasızlığındadır”. Boyukmillet.com xəbər verir ki, bunu Ermənistanın sabiq prezidenti Serj Sarqsyan Baş nazir Nikol Paşinyanın özündən əvvəlki hakimiyyətin ölkəni müdafiə etmək üçün kifayət qədər silah-sursat almaması barədə ittihamına cavab olaraq deyib. “Əlbəttə, bu, açıq-aşkar yalandır və deməliyəm ki, Ermənistanın indiki hakimiyyətinin gücü onun həyasızlığındadır. Onlar başqasının gözünün içinə baxa və utanmadan yalan danışa bilərlər. Məncə, onlar …
Read More »Azərbaycanın iki karateçisi Avropa çempionatının finalına yüksəlib
Azərbaycanın iki karateçisi İspaniyanın Qvadalahara şəhərində karate üzrə Avropa çempionatının finalına yüksəlib. Boyukmillet.com xəbər verir ki, İrina Zaretska (68 kq) və Fəridə Əliyeva (68 kq-dan yuxarı) qızıl medal uğrunda mübarizə aparacaqlar. Digər karateçilərimizdən Tural Ağalarzadə (67 kq), Fərid Ağayev (75 kq) və Fidan Teymurova (50 kq) bürünc medal uğrunda yarışacaqlar. Qeyd edək ki, qitə çempionatına 48 ölkədən 468 idmançı qatılıb.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar