Çərşənbə , 8 Aprel 2026

autor

Rusiya XİN: “Ermənistan və Azərbaycanı danışıqları bərpa etməyə çağırırıq”

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Ermənistan və Azərbaycanı münasibətlərin normallaşmasına dair danışıqları bərpa etməyə çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib. Onun sözlərinə görə, sülh prosesinə alternativ yoxdur. M.Zaxarova Bakı ilə İrəvanı nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və s. kimi məsələlər daxil olmaqla, bütün istiqamətlər üzrə danışıqlar aparmağa çağırıb.

Read More »

İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb

İsveçrə Milli Bankı (ölkənin mərkəzi bankıdır) uçot dərəcəsini 0,5 faiz bəndi artıraraq 1 %-dən 1,5 %-ə çatdırıb. Boyukmillet.com xəbər verir ki, bu addım inflyasiya ilə mübarizə tədbirləri çərçivəsində atılıb, sayca 4-cü faiz artımıdır. Hazırda İsveçrədə uçot dərəcəsi 2008-ci ildən bəri ən yüksək həddədir.

Read More »

Avropada Azərbaycan mətbəxi nümayiş olunub

Polşanın paytaxt Varşava da daxil olmaqla bir neçə şəhərində Novruz bayramı münasibətilə Azərbaycan mətbəxi nümayiş olunub. Boyukmillet.com xəbər verir ki, Polşa Azərbaycanlıları Şurası tərəfindən təşkil olunan kulinar sərgidə Azərbaycanın Qarabağ da daxil olmaqla müxtəlif bölgələrindən mətbəx nümunələri təqdim edilib. Şura sədri Fərid Cəfərli bildirib ki, kulinar sərgidə polyaklar ilə yanaşı Polşada turist səfərində olan digər xarici qonaqlar, o cümlədən 300-dən …

Read More »

Azərbaycan XİN Pakistanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistanı Milli Günü münasibətilə təbrik edib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in tvitter hesabında yerləşdirilən paylaşımda deyilir. “Qardaş Pakistan İslam Respublikasının Milli Günü münasibətilə Pakistan hökumətinə və xalqına ən səmimi təbriklərimizi və ən xoş arzularımızı çatdırırıq” – qeyd olunub. On the joyous occasion of the #NationalDay of the brotherly Islamic Republic of Pakistan, we …

Read More »

“SEPAH üzvləri arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır” – RƏY

“SEPAH (İran İnqilab Keşikçiləri Qvardiyası) üzvlərinin arasında İran rejiminə qarşı çıxanların sayı günü-gündən artır”. Bu fikirləri “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib. Onun sözlərinə görə, İranda İslam dininin siyasi alətə çevrilməsi, onun bir qrup rejim üzvü tərəfindən xalqı istismar etmək üçün vasitə kimi istifadə etməsi haqlı olaraq qonşu ölkənin vətəndaşları arasında böyük və kütləvi narazılıqlara səbəb olur: “Artıq aylardır …

Read More »

Sabah havanın temperaturu 23 dərəcəyədək artacaq

Bakıda və Abşeron yarımadasında martın 24-də havanın dəyişkən buludlu və əsasən yağmursuz keçəcəyi gözlənir. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, gecə və səhər bəzi yerlərdə duman olacaq. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 7-10° isti, gündüz 15-20° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq. Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi …

Read More »

Azərbaycan neftinin qiyməti 78 dolları keçib

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,65 ABŞ dolları, yaxud 2,15 % artaraq 78,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 76,69 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …

Read More »

Ekofəallar 102 gündür hərəkətə maneə törətmədən etirazlarını davam etdirir

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 102 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, …

Read More »

Səfir: “Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək”

Bakıda Pakistan Günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib. “Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, – o bildirib. Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur. O, həmçinin müxtəlif beynəlxalq …

Read More »

İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb 

Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman …

Read More »