Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,65 ABŞ dolları, yaxud 2,15 % artaraq 78,36 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Dünən hərracların nəticələrinə görə “Brent” markalı neftin may fyuçersləri isə 76,69 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), …
Read More »Ekofəallar 102 gündür hərəkətə maneə törətmədən etirazlarını davam etdirir
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 102 gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib. Həmişə olduğu kimi, …
Read More »Səfir: “Pakistan və Azərbaycan beynəlxalq arenada bir-birini bundan sonra da dəstəkləyəcək”
Bakıda Pakistan Günü qeyd olunub. Boyukmillet.com xəbər verir ki, tədbirdə Pakistanın Azərbaycandakı səfiri Bilal Haye iştirak edib. “Bu gün ölkəmiz üçün çox önəmlidir, çünki pakistanlıların birləşdiyi gündür. 1956-cı il martın 23-də biz suverenlik əldə etdik və hər il bu günü dərin ehtiramla qeyd edirik”, – o bildirib. Səfir vurğulayıb ki, Azərbaycanla Pakistan arasında qardaşlıq münasibətləri mövcuddur. O, həmçinin müxtəlif beynəlxalq …
Read More »İran vətəndaşından narkotik alıb Daşkəsəndə satmaq istəyən şəxs saxlanılıb
Daşkəsəndə narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu barədə DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupundan məlumat verilib. Belə ki, Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq satış məqsədi ilə narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Daşkəsən rayon sakini, əvvəllər Azərbaycanda və Rusiya Federasiyasında dəfələrlə məhkum olunmuş Elçin Bayramov saxlanılıb. Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman …
Read More »Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Ramazan ayının başlanması münasibətilə Azərbaycan xalqını təbrik edib. Boyukmillet.com paylaşımı təqdim edir: “Müqəddəs Ramazan ayının başlanması münasibətilə bütün Azərbaycan xalqını və dünya müsəlmanlarını səmimi-qəlbdən təbrik edirəm! Qoy mübarək Ramazan ayı ürəklərdə saf duyğular və xoş niyyətlər oyatsın, hər bir ocağa ruzi-bərəkət, hər kəsin ailəsinə sağlıq, sevinc, səadət və əmin-amanlıq gətirsin! Uca Allah etdiyiniz duaları, tutduğunuz orucu …
Read More »Moskva vilayətində Novruz bayramı münasibətilə tədbir baş tutub
Rusiyanın Moskva vilayətinin Puşkin şəhər dairəsində ilk dəfə olaraq “Moskva vilayətində Novruz” mövzusunda millətlərarası bahar bayramı keçirilib. Bayram tədbiri Dostluq Evi Millətlər Şurasının həmsədri, “Moskva azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti” ictimai təşkilatının Puşkin bölməsinin sədri Mahir Miriyev, Dostluq Evi Millətlər Şurasının həmsədri, “Atamanın ruhu” Kazak Yaradıcılıq Birliyi Şurasının sədri Yelena Ssas, Puşkin şəhər dairəsinin yerli tatar milli-mədəni muxtariyyətinin sədri Dinara Akçurina …
Read More »Oqtay Əliyev yol qəzasında dünyasını dəyişib, Dilarə Əliyeva və Mehriban Zəki xəsarət alıblar
Azərbaycanın əməkdar mədəniyyət işçisi, tanınmış televiziya prodüseri, rejissoru Oqtay Əliyev yol-nəqliyyat hadisəsi nəticəsində dünyasını dəyişib. Boyukmillet.com xəbər verir ki, hadisə Abşeron rayonu ərazisində baş verib. Belə ki, onun idarə etdiyi “Toyota Lexus” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq aşıb. Hadisə nəticəsində avtomobildə olan Xalq artisti Mehriban Zəki yaralanıb, əməkdar artist, tanınmış aktrisa Dilarə Əliyeva isə yüngül xəsarətlər alıb.
Read More »İran İnqilabı Keşikçiləri Qvardiyasında çatlar – Azərbaycanın təhdid olunması SEPAH-dakı ziddiyyətlərin törəməsidir – ŞƏRH
SEPAH-ın (İran İnqilabı Keşikçiləri Qvardiyası) bir qrup hərbi qulluqçusunun Xameneiyə qarşı sui-qəsd planlaşdırması barədə “Iran International”ın 44 səhifəlik gizli sənədə istinadla yaydığı informasiya bir çoxları üçün sensasiya oldu. Lakin bu, heç də hamı üçün gözlənilməz məlumat deyildi. Çünki SEPAH-ın daxilində ciddi narazılıqlar, ziddiyyətlər həmişə olub. Əvvəllər rejim bu etirazları müxtəlif bəhanələrlə yatıra bilib. Bir neçə ay öncə SEPAH-ın bəzi səlahiyyətli şəxslərinin müəmmalı …
Read More »Macarıstan qaçqın axınının artacağını gözləyir
“Macarıstan hakimiyyəti Ukraynadakı müharibə nəticəsində yaranan ərzaq böhranının qeyri-qanuni miqrasiyanın artmasına səbəb olacağını gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto Bosniya və herseqovinalı həmkarı Elmedin Konakoviçlə birgə mətbuat konfransında deyib. “Ötən il cənub sərhədlərimizdə 265 min qanunsuz miqrantı saxladıq. Qərbi Balkan ölkələri ilə daha yaxşı əməkdaşlıq yolu ilə qeyri-qanuni miqrasiya ilə daha effektiv mübarizə apara …
Read More »Nyu-Yorkda Novruz bayramı qeyd edilib
ABŞ-ın Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunmuş tədbir keçirilib. Tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər. Tədbir iştirakçılarını salamlayan mərkəz rəhbəri Alyona Bədəlova bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə qeyd …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar