Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva instaqram hesabında Tərtər rayonunun Talış kəndindən paylaşım edib. Boyukmillet.com xəbər verir ki, paylaşımda deyilir: “Talış kəndində Novruz tonqalı! Təbrik edirəm!!!”
Read More »Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkil etdiyi ağacəkmə tədbirləri bu gün də davam edib. Boyukmillet.com xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər, Energetika nazirlikləri, Dövlət Statistika, Dövlət Gömrük komitələri, Konstitusiya Məhkəməsi və “Azəristiliktəchizat” ASC-nin rəsmiləri və əməkdaşlarının, eyni zamanda, könüllülərin iştirakı ilə keçirilən ağacəkmə zamanı Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə …
Read More »Qanunsuz kömür quyuları ləğv olunub
Qəbələ və Göygöl rayonlarında qanunsuz kömür quyuları ləğv olunub. Bu barədə “Report”a Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov məlumat verib. Dövlət Xidmətinin əməkdaşlarının qanunsuz kömür istehsalının qarşısının alınması məqsədilə keçirdiyi növbəti nəzarət tədbirləri zamanı Qəbələ və Göygöl rayonları ərazisində vətəndaşların həyətyanı sahələrində ağac kömürü istehsal edilən 5 kömür quyusu aşkar edilib. Araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Qəbələ rayonunun …
Read More »Bakıda hərbi sursat tapılıb
Bakıda hərbi sursat tapılıb. Boyukmillet.com xəbər verir ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonu, 4-cü mikrorayon ərazisində hərbi sursatın aşkar edilməsi barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib. Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı …
Read More »İƏT dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası dünya birliyini Xocalı soyqırımını tanımağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. “1992-ci il Xocalı qətliamı qurbanları ilə həmrəylik” adlı qətnamədə 26 fevral 1992-ci il tarixində Xocalıda Azərbaycan mülki əhalisinə qarşı törədilmiş kütləvi qırğın pislənilir, dünya birliyi bu qırğını soyqırımı, insanlıq əleyhinə cinayət və müharibə …
Read More »İƏT Azərbaycanın irəli sürdüyü 5 qətnaməni qəbul edib, Ermənistanın təcavüzünü pisləyib
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş 5 qətnaməni qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması”, “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində iqtisadi və sosial inkişaf fəaliyyətlərinə dəstək” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı …
Read More »İƏT XİN başçıları Şurasının 49-cu sessiyası keçirilib
16-17 mart 2023-cü il tarixində İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurasının Mavritaniya İslam Respublikasının paytaxtı Nuakşot şəhərində 49-cu sessiyası keçirilib. Sessiyada Azərbaycan Respublikasını xarici işlər nazirinin müavini Fariz Rzayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib. Sessiya çərçivəsində çıxış edən nazir müavini F. Rzayev Türkiyə və Suriya ərazisində baş verən və çoxsaylı insan tələfatı ilə nəticələnən dağıdıcı zəlzələ ilə …
Read More »İƏT Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb
İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xarici İşlər Nazirləri Şurası Azərbaycanın İrandakı Səfirliyinə hücum törədənləri məsuliyyətə cəlb etməyə çağırıb Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib. Vurğulanıb ki, 57 ölkənin daxil olduğu İƏT-in Nazirlər Şurası tərəfindən qəbul edilmiş “Tehrandakı Azərbaycan Respublikasının Səfirliyinə qarşı hücum” adlı qətnamədə isə İƏT üzv dövlətləri 27 yanvar 2023-cü il tarixində Azərbaycanın Tehrandakı …
Read More »“Mobil notariat” tətbiqinin istifadəçilərinin sayı 500.000-i keçdi
Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ədliyyə fəaliyyətinin müasir çağırışlara uyğun təkmilləşdirilməsi üzrə ardıcıl tədbirlər görülür, vətəndaşlara daha asan, rahat və əlçatan xidmətlərin göstərilməsi ilə bağlı rəqəmsal innovasiyaların tətbiqi genişləndirilir. 2019-cu ildə Ədliyyə Nazirliyi tərəfindən yaradılaraq istifadəyə verilmiş və böyük vətəndaş məmnunluğu doğuran “Mobil notariat” tətbiqi insanların mülki hüquq münasibətlərinin həllini xeyli asanlaşdırmış, notariat hərəkətlərinin məsafədən, bilavasitə notariat ofisinə …
Read More »Agentliyin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində olublar
Agentliyin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində olublar. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin nümayəndə heyəti Azərbaycan Respublikasının BMT-nin Cenevrə şəhərindəki bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Qalib İsrafilovla görüşüblər. Nümayəndə heyətini salamlayan Qalib İsrafilov BMT-nin 52-ci insan hüquqları sessiyasında yerli QHT-lərin təmsilçiliyi və fəallığının əhəmiyyətli olduğunu və BMT-nin müxtəlif strukturları tərəfindən vətəndaş cəmiyyəti nümayəndələrinin …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar