Çərşənbə , 8 Aprel 2026

autor

Pentaqonun sözçüsü: “Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir”

“Ukraynanı yazda və yayda çətin mübarizə gözləyir”. Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) sözçüsü Pet Rayder brifinqdə bildirib. Onun sözlərinə görə, əvvəlki uğurları nəzərə alaraq Ukrayna rəhbərliyi qarşıda hələ çox işlərin olduğunu dərk etməlidir. P.Rayder deyib ki, ABŞ Ukraynanı sursat və hava hücumundan müdafiə sistemi ilə təmin etmək üçün bütün imkanlarından yararlanacaq.

Read More »

İsmet Cahan: “Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”

“Avropada islamofobiya və müsəlmanlara qarşı nifrət nitqi var”. Boyukmillet.com xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Avropa İttifaqı yanındakı səfiri və daimi müşahidəçisi İsmet Cahan Bakıda “İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar” mövzusunda keçirilən beynəlxalq konfransda deyib. Onun sözlərinə görə, Avropada müsəlman qadınlara qarşı təzyiqlər var və buna qarşı mübarizə aparılmalıdır: “Bizi nə …

Read More »

İlham Əliyevin təşəbbüslərinin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupu yaradılıb

Bəhreyn Krallığının paytaxtı Manama şəhərində Qoşulmama Hərəkatının (QH) Parlament Şəbəkəsinin 2-ci konfransı keçirilib. Konfrans bir sıra mühüm sənədlərin qəbulu ilə yadda qalıb. Tədbirin əsas nəticələrindən biri Azərbaycan Prezidenti və Qoşulmama Hərəkatının sədri İlham Əliyevin cari ilin mart ayının 2-də Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşündə irəli sürdüyü təşəbbüslərin dəstəklənməsi məqsədilə Parlament Dəstək Qrupunun yaradılması …

Read More »

İbrahim Kalın: “Türkiyə Azərbaycan qazı üçün şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər”

“Türkiyə Avropanın Rusiya qazına alternativ kimi qəbul etdiyi Azərbaycan qazı üçün öz şəbəkələrinin ötürücülük qabiliyyətini artıra bilər”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyə Prezidentinin rəsmi nümayəndəsi İbrahim Kalın deyib. “Avropa artıq Rusiyadan neft və qaz almamaqla bağlı qərar qəbul etdiyindən bunu kompensasiya etmək üçün iki mümkün alternativ var. Bunlardan birincisi, Azərbaycandan Türkiyəyə ixrac olunan qazdır. Biz kəmərlərin ötürücülük qabiliyyətini artıra …

Read More »

Aİ komissarı: “Ermənistan və Azərbaycanın münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”

“Ermənistan və Azərbaycan liderlərinin iki ölkə arasında münasibətləri normallaşdırmaq üçün tarixi imkanları var”. Boyukmillet.com xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) qonşuluq və genişlənmə siyasəti üzrə komissarı Oliver Varheli Avropa Parlamentinin plenar iclasında deyib. O əlavə edib ki, tərəflər substantiv dialoqa qayıtmalıdırlar, çünki bir çox mühüm məsələlər hələ də həllini gözləyir: “Aİ Ermənistan və Azərbaycan arasında dialoqa fəal şəkildə töhfə …

Read More »

Ucqar kəndlərdə yaşayan şagirdlərlə bağlı yeni layihəyə başlanılıb

Ucqar kəndlərdə yaşayan uşaqların həyatını müsbətə doğru dəyişmək, tələbə olmaq xəyalını reallaşdırmaq üçün yeni layihənin həyata keçirilməsinə başlanılıb. Boyukmillet.com xəbər verir ki, layihənin məqsədi ucqar kənd məktəblilərini elektron resurslarla təmin edərək, ali məktəblərə hazırlamaqla təhsildə qeyri-bərabərliyin aradan qaldırılmasına töhfə verməkdir. “Hər kəs üçün keyfiyyətli təhsil” prinsipinə söykənən layihənin xüsusi hədəf qrupu aztəminatlı ailələrin övladları, həmçinin internat məktəblərində oxuyan, valideynlərini itirmiş …

Read More »

Blinken Efiopiyada səfərdədir

ABŞ Dövlət Departamentinin katibi Entoni Blinken Efiopiyanın paytaxtı Əddis-Əbəbədə səfərdədir. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbərinin müavini Vedant Patel tviterdə paylaşım edib. “Dövlət katibi Blinken bizim Efiopiya və Afrika İttifaqı Komissiyası ilə tərəfdaşlığımızı möhkəmlətmək üçün Əddis-Əbəbədədir”, – tvitdə qeyd olunub. Xatırladaq ki, daha öncə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Ned Prays E. Blinkenin Efiopiyaya və Nigerə …

Read More »

Cənubi Koreyada helikopter qəzaya uğrayıb, ölənlər var

Cənubi Koreyada mülki helikopter qəzaya uğrayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin “Yonhap” agentliyi məlumat yayıb. Bildirilib ki, olayda azı 2 nəfər ölüb. İnsident yerli vaxtla 07:46-da (Bakı vaxtı ilə 02:46) paytaxt Seuldan 138 km şərqdə – Yonvol qəzasında qeydə alınıb. Hadisəyə nəyin səbəb olduğu bəlli deyil.

Read More »

KİV: Tarantino özünün sonuncu filmi üçün ssenari yazıb

Amerikalı rejissor və ssenarist Kventin Tarantino özünün yeni və, böyük ehtimalla, sonuncu filminin ssenarisini yekunlaşdırmaq üzrədir. Boyukmillet.com xəbər verir ki, bu barədə “The Hollywood Reporter” dərgisi məlumat yayıb. Mənbələrinin məlumatına görə, ssenarinin adı “Film tənqidçisidir”, əsərdə hadisələr 1970-ci illərin sonunda Los-Ancelesdə cərəyan edir. “The Hollywood Reporter” filmin baş qəhrəmanının qadın olduğunu aydınlaşdırıb. Nəşrin mənbələri qeyd edirlər ki, lent amerikalı jurnalist …

Read More »

Zelenski əsas diqqətin Baxmut istiqamətinin gücləndirilməsinə yönəldiyini bildirib

Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyüşlərin getdiyi Donetsk vilayətinin Baxmut şəhəri istiqamətinin gücləndirilməsinə yönəldiyini açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə dövlət başçısı ənənəvi axşam videomüraciətində danışıb. “Qərargahın (Ali Baş Komandanın Qərargahı – red.) toplantısını keçirdim. Baş Komandan, kəşfiyyat, istiqamət komandanlarının məruzələri. Əsas diqqət “Xortitsa” qoşunların operativ-strateji qruplaşması və Baxmut üzərindədir. Bütün Qərargahın aydın mövqeyi var: bu …

Read More »