Yaxın 2 il ərzində Şuşada küçə və yol şəbəkəsinin tamamilə yenidən qurulması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Prezidentin Şuşadakı xüsusi nümayəndəsi Aydın Kərimov Xankəndidə keçirilən III Azərbaycan Milli Şəhərsalma Forumunda (NUFA3) bildirib. Onun sözlərinə görə, şəhərdə müasir tipli mühəndis şəbəkəsi istifadə olunmaqla, bütün kommunikasiya xətlərinin qurulması da təmin ediləcək: “Artıq bu iş hissə-hissə həyata keçirilir. Proses müəyyən qədər …
Read More »ASSİ: Avstraliyaya sualtı qayıqlar çatdırılana qədər regionda münaqişə təhlükəsi qalacaq
Rəsmi Kanberra AUKUS müqaviləsi (Avstraliya, Böyük Britaniya və ABŞ hərbi ittifaqı) çərçivəsində ilk atom sualtı qayıqlarının tədarükündən xeyli əvvəl regionda münaqişə ilə üzləşə bilər və potensial düşmənlə mübarizə üçün qeyri-ənənəvi metodları mənimsəməlidir. Boyukmillet.com-un məlumatına görə, bu fikir Avstraliya Strateji Siyasət İnstitutu (ASSİ) tərəfindən hazırlanan hesabatda yer alıb. ASSİ ekspertlərinin qiymətləndirməsinə görə, ölkə artıq “yüksək strateji risklər” dövrünə daxil olub və …
Read More »Qızılın qiyməti 4200 dolları keçərək tarixi maksimumu yeniləyib
Nyu York Ticarət Birjasının bölməsi olan “Comex”də 2025-ci ilin dekabr ayı üçün qızıl fyuçerslərinin qiyməti bir troya unsiyası üçün 4 200 dolları keçərək bütün zamanların ən yüksək həddinə çatıb. Bu barədə Boyukmillet.com ticarət platformasının məlumatlarına istinadən xəbər verir. Bakı vaxtı ilə saat 05:12-yə olan məlumata görə, qiymətli metalın qiyməti bir troya unsiyası üçün 4 202,4 dollar (+0,64%) təşkil edib. Bakı vaxtı …
Read More »Xalq artisti Ramiz Quliyev vəfat edib
Azərbaycanın Xalq artisti, tarzən Ramiz Quliyev vəfat edib. Bu barədə onun oğlu Əyyub Quliyev məlumat verib. Xatırladaq ki, Xalq artisti səhhətinin pisləşməsi ilə əlaqədar sentyabrın 29-da Mərkəzi Gömrük Hospitalına yerləşdirilmişdi.
Read More »London Bakı və Yerevana silah tədarükü embarqosunu ləğv edir
Böyük Britaniya Azərbaycan və Ermənistana qarşı tətbiq olunan silah embarqosunu tamamilə ləğv edir. Bu barədə Avropa və Şimali Amerika üzrə dövlət naziri Stiven Dautinin bəyanatında bildirilir. Nazir silah embarqosunun ləğvinə əsas səbəb kimi 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Bakı və Yerevan arasında keçirilən üçtərəfli görüşü göstərib. 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ prezidenti Donald Trampın ev sahibliyi etdiyi üçtərəfli sammit …
Read More »İrandan Azərbaycana PUA vasitəsilə narkotik keçirən narkotacir həbs olunub
Astarada İranda yaşayan narkotacirin PUA vasitəsilə Azərbaycana 4 kiloqrama yaxın marixuana göndərdiyi aşkarlanıb. Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) məlumat verilib. Bildirilib ki, Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə əvvəllər məhkum olunmuş 32 yaşlı Rövşən Axundzadə saxlanılıb. Həmin şəxsdən ölkə ərazisinə əvvəlcədən sövdələşdiyi İranda yaşayan narkotacir tərəfindən PUA vasitəsilə göndərilmiş 4 kiloqrama yaxın marixuana aşkarlanıb. Əməliyyat tədbirlərinin davamı ilə saxlanılan …
Read More »Taksi ilə sərnişin daşımaq üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər qoyulub
Nazirlər Kabineti taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilməsi haqqında qərar qəbul edib. Boyukmillet.com xəbər verir ki, qərarı Baş nazir Əli Əsədov imzalayıb. Qərara əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi üzrə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün verilən icazələrin əlavələrinin say həddi 25 000 müəyyən edilib. Taksi minik avtomobilləri ilə sərnişin daşımaları fəaliyyəti üçün …
Read More »MM Azərbaycan və BƏƏ arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişini təsdiqləyəcək
Milli Məclisdə Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi təsdiq ediləcək. Boyukmillet.com xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası Hökuməti və Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi”nin təsdiq edilməsi haqqında qanun layihəsi parlamentin oktyabrın 17-də keçiriləcək plenar iclasının gündəliyinə daxil edilib. Qeyd edək ki, plenar iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.
Read More »Xarkovu DAĞIDIRLAR, rus ordusu HÜCUMA KEÇDİ, NATO-dan Rusiyaya SƏRT XƏBƏRDARLIQ: “Görərsiz!”
Ukraynanın Xarkov şəhərində hava həyəcanı siqnalı zamanı ardıcıl partlayışlar baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə Ukraynanın “İctimai” nəşri məlumat yayıb. Partlayışdan sonra bir neçə rayonda elektrik enerjisinin kəsildiyi bildirilib. Qeyd edilir ki, hazırda Xarkov, Dnepropetrovsk, Kiyev, Poltava, Sum və Çerniqov vilayətlərində hava hücumu ilə bağlı xəbərdarlıq elan edilib. Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də …
Read More »ABŞ, Türkiyə, Misir və Qətər Yaxın Şərqlə bağlı ortaq məxrəcə gəliblər
ABŞ, Türkiyə, Qətər və Misir hesab edir ki, Yaxın Şərqdə gələcək mübahisələr yalnız diplomatik yollarla həll edilməlidir. Boyukmillet.com xəbər verir xəbər verir ki, bu barədə onların oktyabrın 13-də Ağ Evin saytında dərc olunmuş birgə bəyannaməsinin mətnində deyilir. “Buradan belə nəticə çıxır ki, imzalayan dövlətlər gələcək mübahisələri gücdən istifadə və ya uzun sürən münaqişə yolu ilə deyil, diplomatik əlaqə və danışıqlar yolu …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar