Avropa İttifaqı ölkələrinin səfirləri Rusiyaya qarşı 10-cu sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. Boyukmillet.com xəbər verir ki, bu barədə İsveç sədrliyi tviterdə məlumat yayıb. “Paketə daxildir, məsələn: ikili istifadə və texnologiya ilə bağlı daha sərt ixrac məhdudiyyətləri; müharibəyə dəstək verən, təbliğat aparan və ya Rusiyanın müharibədə istifadə etdiyi dronları çatdıran fiziki və hüquqi şəxslərə qarşı məqsədyönlü məhdudlaşdırılmış tədbirlər; Rusiyanın dezinformasiyasına qarşı tədbirlər”, – …
Read More »Azərbaycan XİN Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə XİN-dən bildirilib. Bəyanatda deyilir: “26 fevral 2023-cü il tarixində, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş dəhşətli soyqırımından 31 il ötür. Ermənistanın Azərbaycana qarşı onilliklər ərzində davam edən təcavüzü zamanı dinc əhaliyə qarşı törədilmiş ən ağır cinayətlərdən və Azərbaycan tarixinin ən faciəli səhifələrindən biri münaqişədən əvvəl …
Read More »Qobustan rayonunda keçirilən “Açıq mikrofon” aksiyasında 8 müraciət ünvanlandı
“Səyyar qəbul otağı” həftənin cümə günü Qobustan rayonunda təşkil olunub. Aksiyada 8 müraciət ünvanlanıb. Nüsrət Rəhimovla İldırım İsayevin timsalında daha 2 nəfərin istəyi qaz xəttinin yerinin dəyişdirilməsindən ibarət olub. Səslənən digər müraciətlərin məğzinə gəlincə, bunlar qeyri-yaşayış sahəsinin, həmçinin fərdi yaşayış evinin qazlaşdırılmasından ibarət olub. “Açıq mikrofon” aksiyasında SOCAR “Azəriqaz” İB-nin Ağsu RQİİ-nin rəhbər şəxsləri səslənən problem və təkliflərin aidiyyəti üzrə …
Read More »QHT Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirili – FOTO +VİDEO
Fevralın 24-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Xocalı soyqırımının 31-ci ildönümü ilə əlaqədar tədbir keçirilib. Boyukmillet.com xəbər verir ki, əvvəlcə tədbirdə Xocalı qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra çıxış edən Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra xalqımızın tarixi keçmişinin obyektiv mənzərəsini yaratmaq imkanı əldə edilmişdir. Uzun illər gizli …
Read More »Probasiya xidmətinin qeydiyyatında olan qadın məhkumlar fərdi sosial-reabilitasiya xidmətlərinə cəlb ediləcək
Ədliyyə Nazirliyi Probasiya xidmətinin və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə Bakı Probasiya idarəsində “Məhkumların sosial adaptasiya və reabilitasiyası” mövzusunda xidmətin qeydiyyatında olan qadın məhkumlarla görüş keçirilib. Tədbirdə Ədliyyə Nazirliyinin və Sosial Xidmətlər Agentliyinin məhsul əməkdaşları, sosial işçilər və psixoloqlar, eləcə də şərti məhkum edilmiş və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş qadın …
Read More »FHN gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən hava şəraiti ilə bağlı əhaliyə müraciət edib. Boyukmillet.com-un məlumatına görə, müraciətdə deyilir: “Fevralın 25-dən 26-sı səhərədək respublika ərazisində arabir güclü külək əsəcəyi proqnozlaşdırılır ki, bununla əlaqədar yüksək dağlıq ərazilərdə qar uçqununun yaranma ehtimalı var. FHN xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi, mümkün …
Read More »Ceyhun Bayramov: “Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”
“Xocalıda törədilən cinayətlərin günahkarları hələ də cəzalandırılmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Xocalı soyqırımının 31-ci ildönümünə həsr olunmuş tədbirdə deyib. Nazir xatırladıb ki, artıq bitmiş Ermənistan-Azərbaycan münaqişəsinin ən böyük qırğını 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilib. “İnsanlar diri-diri yandırılıb, başları kəsilib, əzab və işgəncələrə məruz qalıb. Bu faciə nəticəsində 63-ü …
Read More »Yaxın qohumları Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək
Atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olanlara daimi yaşamaq icazəsi veriləcək. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Belə ki, Məcəllənin 46-cı maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq icazəsinin verilməsi (müddətinin uzadılması) üçün tələb olunan sənədlər sadalanır. Yeni layihəyə əsasən bu sənədlər siyahısına, həmçinin sahibkarlıq fəaliyyəti ilə …
Read More »Əcnəbilərə və vətəndaşlığı olmayanlara Azərbaycanda müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir
Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir. Boyukmillet.com-un xəbərinə görə, bu, Miqrasiya Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb. Miqrasiya Məcəlləsinin 45.1.6-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan …
Read More »Azərbaycanda daha bir qanun ləğv edilir
Azərbaycanda daha bir qanun ləğv edilir. Boyukmillet.com-un xəbərinə görə, bununla bağlı “Prokurorluq işçilərinin xidməti vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında birinci oxunuşda müzakirəyə çıxarılıb. Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar