Çərşənbə , 8 Aprel 2026

autor

DTX: “İŞİD” terror təşkilatının mühasibi və qardaşı həbs olunub”

Dövlət Təhlükəsizliyi Xidmətində keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan Respublikasının vətəndaşı Salahov Mircavad Seyidağa oğlu “İŞİD” terror təşkilatının üzvü kimi terrorçuluğun maliyyələşdirilməsi cinayət əməllərini törətməkdə şübhəli bilinərək saxlanılıb. Boyukmillet.com xəbər verir ki, Mircavad Salahov Suriya Ərəb Respublikasının Raqqa şəhərində “İŞİD” terror təşkilatının sıralarına qoşularaq xüsusi təlim düşərgəsinə göndərilib, döyüş təlimlərində iştirak etməklə odlu silahdan istifadə qaydalarına yiyələnib. Daha sonra o, “İŞİD” …

Read More »

Daşkəsənə güclü qar yağıb, avtomobil yollarında çətinlik yaranıb

Azərbaycanın Qərb bölgəsinin dağlıq rayonlarına güclü qar yağıb. Boyukmillet.com xəbər verir ki, ötən gün axşam saatlarından yağan qar səhərə qədər davam edib. Nəticədə avtomobil yollarında gediş-gəliş çətinləşib, bəzi yerlərdə hərəkəti məhdudlaşıb. Problemin həlli məqsədlə yollara duz qarışıq qum səpilir. Daşkəsəndə qarın hündürlüyü 35-40 sm-ə çatıb. Gədəbəy, Göygöl və Şəmkirin ucqar kəndlərinə də qar yağıb. Bu rayonların da bəzi avtomobil yollarında …

Read More »

Vardanyanın gedişi SÜLH GƏTİRƏCƏKMİ?: “Yaxın perspektivdə Azərbaycan-Ermənistan sərhədində…” – ŞƏRH

“Azərbaycan tələbinə nail oldu. Qarabağda yaşayan ermənilərlə birbaşa təmasın qurulmasında əngəllərdən biri aradan qaldırıldı”. Boyukmillet.com xəbər verir ki, bunu qondarma qurumun rəhbəri Ruben Vardanyanın vəzifədən azad olunması ilə bağlı yaxın perspektivdə baş verə biləcək proseslərdən danışan politoloq Vüqar Qədirov Yenicag.az-a açıqlamasında deyib. O, bildirib ki, gözlənildiyi kimi Qarabağa qanunsuz yerləşdirilmiş Ruben Vardanyan qondarma qurumun dövlət naziri “vəzifə”sindən azad edildi: “Vardanyanın getməsi ilə …

Read More »

Markov: “Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə çətin sınaqlar dövründən keçib”

“Azərbaycanla Rusiya arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamənin imzalanmasından 1 il ötür və o, çətin sınaqlar dövründən keçib”. Bunu “Report”un Rusiya bürosuna açıqlamasında rusiyalı politoloq, Siyasi Araşdırmalar Mərkəzinin direktoru Sergey Markov deyib. Onun sözlərinə görə, 1 il ərzində dünyada baş verən hadisələrə baxmayaraq, güclü, məsuliyyətli və müdrik Prezident İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan müstəqil ölkə kimi Rusiya ilə strateji müttəfiqlik …

Read More »

Azərbaycandan Türkiyəyə müasir modul tipli daha 5 ədəd fərdi yaşayış evi göndərilib

Xaçmaz Rayon İcra Hakimiyyətinin sifarişi ilə hazırlanmış və hər cür məişət şəraiti ilə təmin olunmuş müasir modul tipli 5 ədəd fərdi yaşayış evi Türkiyəyə yola salınıb. Boyukmillet.com xəbər verir ki, qardaş ölkədə baş vermiş zəlzələdən zərərçəkənlərə dəstək məqsədilə Xaçmaz rayonunda həyata keçirilən humanitar yardım kampaniyası davam edir. Qısa müddətdə və yüksək keyfiyyətlə hazırlanmış 2 otaqlı belə evlərin hər birində 12 …

Read More »

Ucarda Xocalı soyqırımının ildönümü ilə bağlı din xadimlərinin iştirakı ilə tədbir keçirilib

Ucar rayonunda Xocalı soyqırımının 31-ci il ildönümü ilə əlaqədar din xadimlərinin iştirakı ilə anım mərasimi keçirilib. Boyukmillet.com xəbər verir ki, tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşları, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, eləcə də Ucar, Göyçay, Kürdəmir və Zərdab rayonlarında fəaliyyət göstərən din xadimləri və dini icma sədrləri iştirak edib. Tədbir iştirakçıları əvvəlcə Ucar şəhər …

Read More »

Ölümlə üz-üzə gələn Azərbaycan xilasedicisi: “Kahramanmaraşda dağıntılar altından çıxartdığımız şəxs ağlayıb, bizi qucaqladı”

“Kahramanmaraşda dağıntılar altından çıxartdığımız şəxs ağlayıb, bizi qucaqladı”. Boyukmillet.com xəbər verir ki, bunu “Report”un Türkiyəyə ezam olunan əməkdaşına açıqlamasında Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) Xüsusi Riskli Xilasetmə Xidmətinin giziri Kənan Rüstəmov deyib. O, Türkiyənin Kahramanmaraş şəhərində uzun müddət yaddaşından silinməyəcək hadisə ilə üzləşdiyini bildirib. Azərbaycanın xilasedicisi dağıntılar altından sağ qalmış şəxsi necə xilas etdiklərindən danışıb: “Kahramanmaraşa gəldiyimiz ilk gün idi. Qrupumuzla …

Read More »

Hulusi Akar: “Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır”

“Türk Silahlı Qüvvələrinin 100 hərbçisi ölkənin cənub-şərqində baş verən zəlzələ nəticəsində həlak olub”. Boyukmillet.com xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri, ordu generalı Hulusi Akar “TRT Haber”ə müsahibəsində deyib. O bildirib ki, Türkiyə Silahlı Qüvvələri axtarış-xilasetmə tədbirləri üçün səfərbər olunub: “Şəxsi heyətimiz böyük fədəkarlıqla işləyir”. Nazirin sözlərinə görə, Suriyadan Türkiyəyə kütləvi köçün olmasına dair iddialar yalandır: “Amma indiyədək təxminən 30 …

Read More »

QHT nümayəndələrinin Naxçıvan səfəri

Prezident İlham Əliyevin ötən il sentyabrın 29-da imzaladığı sərəncamla 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edilib. Sərəncamda vurğulanıb ki, 2023-cü il mayın 10-da Azərbaycan xalqının Ümummilli lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 ili tamam olur. Yubileyin dövlət səviyyəsində qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Respublikasında 2023-cü il “Heydər Əliyev İli” …

Read More »

Azərbaycan və Böyük Britaniya beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalayıb

Azərbaycan ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı hökumətləri arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş imzalanıb. Boyukmillet.com xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev özünün “Twitter” hesabında yazıb. Nazir Azərbaycanda səfərdə olan Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Xarici İşlər, Birlik Ölkələri və İnkişaf Ofisində Parlamentlə əlaqələr üzrə dövlət katibinin müavini, Avropa üzrə dövlət …

Read More »