Cümə axşamı , 9 Aprel 2026

autor

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini danışıqlara çağırıb

Qərbi Azərbaycan İcması Ermənistan hökumətini öz ərazisindən qovduğu azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəraitdə və ləyaqətlə öz yurdlarına qayıda bilmələri üçün müvafiq beynəlxalq proses çərçivəsində İcma ilə dərhal danışıqlara başlamağa çağırıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının Bəyanatında deyilir. Bəyanatda bildirilir: “Ermənistanın Baş naziri Nikol Paşinyan 20 fevral 1988-ci ildə Azərbaycanın Xankəndi şəhərində nümayişlərin başlamasının 35-ci ildönümü ilə …

Read More »

Probasiya qeydiyyatında olan yeniyetmə məhkumlar üçün təlim keçirilib

Ədliyyə Nazirliyi ilə Hüquq və İnsan Haqları İnstitutu arasında səmərəli əməkdaşlıq edilərək yetkinlik yaşına çatmayan məhkumların cəmiyyətə reinteqrasiyası məqsədilə birgə maarifləndirici təlimlər keçirilir. Boyukmillet.com xəbər verir ki, davam edən tədbirlər çərçivəsində nazirliyin Probasiya xidmətinin qeydiyyatında olan yeniyetmə məhkumlar üçün üçgünlük təlim təşkil olunub. 2023-cü ilin xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə “Heydər Əliyev İli” elan olunması …

Read More »

Mina və digər partlayıcı vaistələrdən təmizlənməmiş ərazilərə qanunsuz daxil olan şəxslər müəyyən edilib

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə Bakı şəhər sakinləri Oqtay Yaqubov və Rəşad Məlikovun müvafiq icazələri olmadan stasionar postlardan kənar, alternativ yollarla işğaldan azad edilmiş ərazilərə keçdikləri müəyyən olunub. Hər iki şəxs barəsində inzibati qaydada protokol tərtib edilərək rayon məhkəməsinə göndərilib. Onların hər biri 20 gün müddətinə inzibati qaydada …

Read More »

Sabiq rektordan şöbə müdirinə ittiham: “Mənə cadu etdirib, xəstələnmişəm”

Bakı Slavyan Universitetinin sabiq rektoru Nurlana Əliyeva hazırda məhkəməsi keçirilən universitetin sabiq şöbə müdiri Dürdanə Əliyevadan şikayət edib. Boyukmillet.com-un xəbərinə görə, bu barədə bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən iclasda bildirilib. İş materiallarında göstərilib ki, Nurlana Əliyeva Dürdanə Əliyevadan Baş Prokurorluğa, eləcə də Elm və Təhsil Nazirliyinə şikayətlər edib. Şikayətdə Dürdanə Əliyevanın qulluq mənafeyindən …

Read More »

Quzey Kıbrıs Türk Cümhuriyyətinin XİN rəhbəri Britaniya nümayəndə heyəti ilə görüşüb – FOTO

Quzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu Şimali Kipr Türk Cümhuriyyətində səfərdə olan Böyük Britaniya Parlamentinin İcmalar Palatasının və Lordlar Palatasının üzvlərindən ibarət nümayəndə heyətini qəbul edib. Boyukmillet.com bildirir ki, Ertuğruloğlu Kipr Türk Xalqının bərabər beynəlxalq statusunu nəzərdə tutan Kiprlə bağlı türk tərəfinin yeni baxışı barədə Böyük Britaniya parlamentinin nümayəndə heyətinə ətraflı məlumat verib. Kıbrıs Türk xalqına …

Read More »

TÜRGEV yataqxanalarını zəlzələ qurbanları üçün açdı: Bölgəyə fasiləsiz dəstək davam edir

Əsrin fəlakəti olaraq xarakterizə edilən, mərkəzi Kahramanmaraş olan 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra Türkiyə tək ürək olaraq yaraları sağaltmağa çalışır. Türkiyədə onlarla fond kimi Türkiyə Gənclik və Təhsil Xidmətləri Fondu (TÜRGEV) da zəlzələdən zərərçəkənlərə yardımda ön sıralarda yer alır. İşçi heyəti, tələbələr və könüllülərlə zəlzələdən zərər çəkənlər üçün fəaliyyətini fasiləsiz davam etdirən TÜRGEV bölgəyə çox sayda yardımlar göndərib, …

Read More »

AREA rəsmisi Azərbaycanın Avropaya hidrogen ixracı imkanlarından danışıb

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi (AREA) Budapeştdə keçirilən Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Azərbaycanın Avropaya gələcəkdə hidrogen ixracı imkanları barədə məlumat verib. Bu barədə Boyukmillet.com AREA-ya istinadən xəbər verir. Azərbaycan və Macarıstan hökumətləri arasında Enerji üzrə İşçi Qrupunun 3-cü iclasında Agentliyin direktor müavini Aygün Zeynalova iştirak edib. Həmçinin, A.Zeynalova “Yaşıl Enerjinin Ötürülməsi Konsepsiyası” adlı təqdimatla çıxış …

Read More »

Agentlik işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı iddialara münasibət bildirib

Son günlər bəzi sosial media hesablarında guya işsiz şəxslərə 200 manat ödənişin verilməsi ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir. Boyukmillet.com xəbər verir ki, bu barədə Dövlət Məşğulluq Agentliyi məlumat yayıb. Məsələ ilə bağlı bildirilib ki, hazırda “Məşğulluq haqqında” qanuna əsasən işsizlik müavinəti adlı bir ödəniş növü mövcud deyil: “Yalnız işsizlikən sığorta ödənişi adlı sosial təminat növü var ki, bu …

Read More »

Ukrayna Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini, 4 PUA-sını məhv edib

Ukrayna Silahlı Qüvvələri ötən gecə Rusiyanın 7 hücumunun qarşısını alıb, 1 təyyarəsini və 1 reaktiv yaylım atəşi sistemini məhv edib. Boyukmillet.com xəbər verir ki, məlumatı Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı yayıb.Bildirilib ki, Rusiya qoşunları Xarkov, Luqansk və Donetsk vilayətləri istiqamətində hücuma keçməyə cəhd edib, lakin Ukrayna müdafiəçiləri bunun qarşısını alıb.Ukrayna müdafiə qüvvələrinn aviasiyası ötən sutkada Rusiyanın 7 zenit-raket kompleksi üzrə …

Read More »

Azərbaycanla Rusiya sərhəd-buraxılış məntəqələri arasındakı avtomobil yolunu genişləndirir

Azərbaycanla Rusiya arasında “Samur” və “Xanoba” sərhəd-buraxılış məntəqələri arasında 24 kilometr uzunluğunda avtomobil yolunun yenidən qurulması və genişləndirilərək dörd zolağa çatdırılması nəzərdə tutulur. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Baş nazirinin müavini, Azərbaycanla Rusiyanın Dağıstan Respublikası arasında iqtisadi və humanitar sahələrdə əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan tərəfindən sədri Şahin Mustafayev Dağıstan Respublikası Hökumətinin sədri, Komissiyanın Dağıstan tərəfindən sədri Abdulmüslüm Abdulmüslümovla Bakıda keçirilən …

Read More »