Çərşənbə , 8 Aprel 2026

autor

Xankəndi-Laçın yolunda sülhməramlıların avtomobili maneəsiz hərəkət edib

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 1 avtomobilin maneəsiz hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb. Boyukmillet.com xəbər verir ki, toplanış yerində nəqliyyat vasitəsinin hərəkəti təmin olunub. Belə ki, həmin minik avtomobili Xankəndindən Laçın istiqamətinə maneəsiz hərəkət edib. Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır. Xatırladaq ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı …

Read More »

Şimali Koreya Yapon dənizinə ballistik raket atıb

Pxenyan bazar ertəsi Yapon dənizinə ballistik raket atıb. Boyukmillet.com  xəbər verir ki, bu barədə Cənubi Koreya ordusuna istinadən “Reuters” agentliyi məlumat yayıb. Məlumata görə, raket artıq dənizə düşüb. Bu arada, Yaponiya Sahil Mühafizəsi KXDR-dən daha iki ballistik raketin buraxıla biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Read More »

Braziliyada leysan yağışlar onlarla insanın həyatına son qoyub

Braziliyanın San-Paulu ştatının şimal sahillərində yağan güclü yağışlar nəticəsində azı 24 nəfər ölüb, onlarla insan itkin düşüb. Boyukmillet.com xəbər verir ki, bu barədə “G1” portalı məlumat yayıb. Son gün ərzində əraziyə bir aylıq yağıntı norması düşüb. Təbii hadisə çoxsaylı daşqın və sürüşmələrə, yaşayış binalarının və infrastrukturun dağılmasına səbəb olub. San-Paulu ştatının eyniadlı paytaxtını sahilyanı ərazilərlə və qonşu Rio-de-Janeyro ilə birləşdirən …

Read More »

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min nəfəri ötüb

Türkiyədə zəlzələdə həlak olanların sayı 41 min 20 nəfərə çatıb. Boyukmillet.com xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. “Son məlumatlara görə, Kahramanmaraş, Qaziantep, Şanlıurfa, Diyarbəkir, Adana, Adıyaman, Osmaniye, Hatay, Kilis, Malatya və Elazığ vilayətlərində 41 min 20 vətəndaş həyatını itirib”, – AFAD-ın yaydığı açıqlamada bildirilir. Fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş …

Read More »

Türkiyədə zəlzələdən sonra axtarış-xilasetmə işlərinin başa çatdığı şəhərlər açıqlanıb

Kahramanmaraş və Hatay istisna olmaqla digər şəhərlərdə axtarış-xilasetmə işləri başa çatıb. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə açıqlayıb. “İllərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Hər gün canlı bir qardaş-bacımıza yetişmək ümidi ilə fəaliyyətimizi davam etdiririk”, – o vurğulayıb. Qeyd edək ki, zəlzələnin fəsadları ölkənin 11 şəhərini …

Read More »

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə çatıb

Türkiyədə zəlzələdə ölənlərin sayı 40 689 nəfərə yüksəlib. Boyukmillet.com  “Anadolu”ya istinadən xəbər verir ki, bunu ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) sədri Yunus Sezer brifinqdə deyib. Onun sözlərinə görə, təbii fəlakətin baş verdiyi şəhərlərin böyük qismində axtarış-xilasetmə işləri başa çatıb. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni …

Read More »

Rusiya Xerson vilayətini atəşə tutub, 3 nəfər ölüb, 4 nəfər yaralanıb

Rusiya Ukraynanın Xerson vilayətinin Berislav rayonunun Burqunka kəndini atəşə tutub. Boyukmillet.com xəbər verir ki, bu barədə Xerson Vilayət Hərbi Adminsitrasiyasının mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, hadisə nəticəsində ümumilikdə bir ailənin 3 üzvü həlak olub. Yaralananların sayı isə 4 nəfərdir. Onlardan ikisi 8 və 10 yaşlı uşaqlardır.

Read More »

Hulusi Akar zəlzələdən sonra 10 mindən çox suriyalının ölkəsinə qayıtdığını açıqlayıb

Türkiyənin milli müdafiə naziri Hulusi Akar ölkədə baş verən zəlzələdən sonra 10 633 suriyalının ölkəsinə qayıtdığını açıqlayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə “Anadolu” agentliyi məlumat yayıb. “Zəlzələdən sonra 10 633 suriyalı könüllü şəkildə torpaqlarına qayıdıb”, – nazir vurğulayıb. Eyni zamanda, Hulusi Akar Suriyadan Türkiyəyə kütləvi miqrant axınının olmasına dair mətbuatda yayılan məlumatları da təkzib edərək nə sərhəd-keçid məntəqələrində, nə də …

Read More »

NATO İlham Əliyev və Nikol Paşinyanın Münxendəki görüşünə münasibət bildirib

NATO Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın Münxen Təhlükəsizlik Konfransının plenar iclasındakı görüşünə münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, bu barədə NATO Baş katibinin Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina tviterdə yazıb. “Həqiqətən aktualdır. Bu, Cənubi Qafqazda sabitliyin təminatı üçün açardır. NATO Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşmasını dəstəkləyir”, – o qeyd edib. …

Read More »