Çərşənbə , 8 Aprel 2026

autor

Xankəndi-Laçın yolu: etirazçılar tələblərinin yerinə yetirilməsi ilə bağlı çağırışlar edirlər 

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası hazırda müşahidə olunan soyuq və şaxtalı hava şəraitinə baxmayaraq, ruh yüksəkliyi ilə davam edir. “Report”un Şuşaya ezam olunan əməkdaşı xəbər verir ki, etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar. Hazırda şaxtalı hava şəraiti hökm sürür və havanın temperaturu -5 dərəcəni göstərir. …

Read More »

Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edib

Fevralın 15-də Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə  Azərbaycan Prezidentinin Mətbuat Xidmətindən bildirilib. Telefon danışığı əsnasında Ukrayna Prezidenti ölkəsinin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyə və göstərilən humanitar yardımlara görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Söhbət zamanı dövlət başçıları beynəlxalq platformalarda əməkdaşlıq məsələsini də müzakirə ediblər.

Read More »

Qərbi Azərbaycan Xronikası: Doğulmamış azərbaycanlıları öldürən ermənilər

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş hazırlanıb. Boyukmillet.com xəbər verir ki, verilişdə filologiya elmləri doktoru, professor, Azərbaycan Dövlət Pedoqoji Universitetinin elmi-təşkilati şöbəsinin müdiri, 1988-ci ildə Göyçə mahalından deportasiya olunmuş İbrahim Bayramov Qərbi Azərbaycanın tarixindən, elm-təhsil mühitindən, siyasi mənzərəsindən söz açıb. O, ermənilərin azərbaycanlılara qarşı etnik-təmizləmə siyasətindən, deportasiyalarından, yerli sakinlərə yaradılan süni maneələrdən, terror və soyqırımından danışıb, oğuz türklərinə aid …

Read More »

Avropa Parlamenti Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə çağırıb

Avropa Parlamenti Gürcüstanı keçmiş prezident Mixeil Saakaşvilini əfv etməyə və azad etməyə çağıran qətnamə qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə “RBC-Ukraina” Avropa Parlamentinin saytına istinadən xəbər verir. “Onun kəskin arıqlaması və həbsdə olarkən ağır metaldan zəhərlənməsi ilə bağlı məlumatları nəzərə alan Avropa Parlamentinin deputatları Gürcüstan hakimiyyətini Saakaşvilini azad etməyə və onun xaricdə lazımi müalicə almasına icazə verməyə çağırır”, …

Read More »

TƏBİB: Son aylarda gigiyena vasitələrindən istifadənin azalması infeksiyalarının artmasına səbəb olub

“Son aylarda maska və digər gigiyena vasitələrindən istifadənin azalması səbəbilə qış mövsümündə əvvəlki illərlə müqayisədə uşaqlarda yuxarı və aşağı tənəffüs yolu infeksiyalarının artması müşahidə olunur”. Boyukmillet.com xəbər verir ki, Akademik M.Ə.Mirqasımov adına Respublika Uşaq Klinik Xəstəxanasının həkim-pediatrı Lalə Nurməmmədovanın sözlərinə görə, hava-damcı yolu ilə keçən virus və infeksiyalar uşaqlarda hərarət, halsızlıq, iştahasızlıq, öskürək kimi şikayətlərin artmasına səbəb olur: “Tez-tez xəstələnən …

Read More »

XİN: “Ermənistan Azərbaycana qarşı ərazi iddialarından hələ də əl çəkmədiyini nümayiş etdirir”

Azərbaycanın Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə fevralın 14-də Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan “Armenpress” xəbər agentliyinə müsahibəsi zamanı Azərbaycanla sülh sazişi layihəsinə “Qarabağda yaşayan ermənilərin hüquq və təhlükəsizliyinin müzakirəsi məqsədilə beynəlxalq mexanizm yaradılması” barədə müddəanın daxil edildiyini vurğulamasına münasibət bildirib. Boyukmillet.com xəbər verir ki, A.Hacızadə bununla bağlı qeyd edib: “Ermənistan tərəfinin sülh sazişi üzrə danışıqlar …

Read More »

Ceyhun Bayramov: “Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir”

“Laçın yolunda etiraz aksiyaçılarının legitim tələbləri hələ də yerinə yetirilmir”. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Amerika Birləşmiş Ştatları Dövlət Katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridlə növbəti telefon danışığı zamanı deyib. Tərəflər regionda cari vəziyyət və Azərbaycan-Ermənistan arasında sülh sazişi üzrə danışıqların perspektivləri barədə müzakirə aparıblar. Ceyhun Bayramov Üçtərəfli Bəyanata uyğun olaraq …

Read More »

Azərbaycanın xilasediciləri dağıntılar altından azyaşlı və kişi meyitini çıxarıb 

Azərbaycanın Fövqəladə Hallar Nazirliyinin (FHN) bir qrup əməkdaşı Kahramanmaraş şəhərində axtarış-xilasetmə əməliyyatları zamanı azyaşlı uşaq və kişi meyitini çıxarıb. Boyukmillet.com xəbər verir ki, FHN-in xilasediciləri tərəfindən şəhərin Kuddisi Baba bulvarı prospektindəki binanın dağıntıları altından həmin şəxslərin meyitini çıxararaq aidiyyəti üzrə təhvil verilib. Hazırda axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Xatırladaq ki, indiyədək Azərbaycanın xilasediciləri dağıntılar altından 53 sağ insan, 691 nəfərin isə …

Read More »

Azərbaycan və Tükiyə kanalları xeyriyyə məqsədilə ortaq yayıma start verilib

Azərbaycan Televiziyası, Türkiyə, eləcə də Şimali Kiprin televiziya və radio kanallarının iştirakı ilə xeyriyyə məqsədli ortaq yayıma start verilib. Boyukmillet.com xəbər verir ki, yayım “Türkiyə, tək ürək” adlı yardım kampaniyası çərçivəsində təşkil edilib. Yayım zamanı dünya ictimaiyyətinə Türkiyədəki zəlzələnin fəsadlarının aradan qaldırılmasına yardım məqsədilə ianələr etmələri üçün müraciət edilir. Qeyd edək ki, toplanan vəsait AFAD-ın və Qızıl Aypara Cəmiyyətinin hesabına …

Read More »

İcma sədri: “Qərbi Azərbaycana qayıdış 60 milyona yaxın azərbaycanlının məsələsidir”

“Qərbi Azərbaycana qayıdış həm də 60 milyona yaxın azərbaycanlının məsələsidir”. Boyukmillet.com xəbər verir ki, bunu Qərbi Azərbaycan İcmasının sədri Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, dekabrın 24-də Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının bir sıra nümayəndələri ilə görüşü zamanı tarixi fikirləri həyatımızın yeni bir mərhələsinə qədəm qoyduğunu göstərdi: “Prezident bu zaman icma qarşısında bir sıra məsələlələr qoyub. Həmin …

Read More »