Milli Məclisin deputatı Naqif Həmzəyev BMT-nin Nyu-Yorkdakı baş qərargahında 196 ölkənin parlament nümayəndələrinin iştirakı ilə keçirilən “İnsanlar və planet üçün su israfçılığını dayandırın, oyunu dəyişdirin, gələcəyə sərmayə qoyun” başlıqlı 2023-cü il üzrə illik parlament dinləməsindəki Ermənistanın ekoloji terroru barəsində çıxış edib. “Report”un ABŞ bürosu xəbər verir ki, deputat çıxışında Azərbaycan üçün vacib olan ekoloji məsələlərə toxunub: “Fürsətdən istifadə edərək, diqqətinizi …
Read More »Türkiyədə dağıntılar altından sağ çıxarılan 282 uşağın şəxsiyyəti naməlumdur
Türkiyədə fevralın 6-da qeydə alınan zəlzələ zamanı baş vermiş dağıntılar altından çıxarılan 1 396 uşaqdan 282-nin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Ailə və Sosial Xidmətlər Nazirliyi məlumat yayıb. Qeyd edilir ki, hazırda 721 uşağın müalicəsi davam etdirilir, 167 uşaq müalicə olunduqdan sonra nazirliyin müəssisəsinə göndərilib. Eyni zamanda 508 uşaq ailəsinə təhvil verilib. Xatırladaq ki, …
Read More »Adıyamanda zəlzələdən 212 saat sonra 77 yaşlı qadın xilas edilib
Türkiyədə, Adıyamanda yaşayış binasının dağıntıları altından 77 yaşlı Fatma Güngör zəlzələdən 212 saat sonra xilas edilib. Bu barədə Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir. Güngör təcili yardımla xəstəxanaya aparılıb. Qeyd olunur ki, “Əsrin fəlakəti” olaraq xarakterizə edilən Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərdən zərər çəkən Adıyamanda dağılmış binaların dağıntılarında axtarış-xilasetmə işləri davam edir. Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin …
Read More »AK: Rusiyaya qarşı yeni sanksiyalar gizli ixrac əməliyyatlarını da əhatə edəcək
Avropa İttifaqının Rusiyaya qarşı onuncu məhdudlaşdırıcı tədbirlər paketinə sanksiyalardan yayınma ilə bağlı mübarizə tədbirləri daxil olacaq. Boyukmillet.com-un məlumatına görə, bunu Avropa Komissiyasının (AK) icraçı vitse-prezidenti Valdis Dombrovskis deyib. Dombrovskisin sözlərinə görə, onuncu paketə yeni sanksiyalar və onlardan yan keçmə ilə mübarizə ilə bağlı elementlər aiddir. Bundan əvvəl məlum olub ki, Aİ şirkətlərə əsas texnologiyaları üçüncü ölkələrə sataraq sonradan onları Rusiya …
Read More »Azərbaycan və Türkiyənin teleradio kanalları yardım kampaniyası çərçivəsində ortaq yayım təşkil edəcək
Fevralın 15-də axşam saatlarında Türkiyə, Azərbaycan və Şimali Kiprdə fəaliyyət göstərən televiziya və radio kanalları “Türkiyə, tək ürək” adı altında Kahramanmaraş zəlzələsindən zərər çəkənlərə yardım kampaniyası çərçivəsində ortaq yayım həyata keçirəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. Kahramanmaraş, Hatay, Adıyaman, Qaziantep, Adana, Osmaniye, Malatya, Diyarbakır, Şanlıurfa və Kilis vilayətlərində zərərçəkənlər üçün Türkiyənin tək ürək olacağı …
Read More »Polad Bülbüloğlu: “Rusiyadakı azərbaycanlılar birlik göstərərək Türkiyəyə yardım ediblər”
Rusiyada yaşayan azərbaycanlılar birlik göstərərək və öz imkanlarından istifadə edərək Türkiyəyə humanitar və maliyyə yardımı ediblər. Boyukmillet.com xəbər verir ki, bunu Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bunu Səfirliyin müşavir-elçiləri İsmayıl Əsədov və Aqşin Əliyev Türkiyə Respublikasının Moksvadakı Səfirliyində olarkən deyib. Polad Bülbüloğlu Səfirliyin kollektivi və öz adından cari ilin 6 fevral tarixində baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş …
Read More »Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb
Türkiyədə dağıntılar altında qalan dörd tələbədən birinin meyiti tapılıb. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Belə ki, Malatya şəhərində aparılan axtarış tədbirləri nəticəsində 2001-ci il təvəllüdlü Azərbaycan Respublikasının vətəndaşı Verdiyev Şahin Nail oğlunun vəfat etdiyi məlum olub. Qeyd edək ki, Türkiyədəki zəlzələdən sonra Malatyadakı İnönü Universitetinin azərbaycanlı tələbələri Samir Quliyev, Şahin Verdiyev, Hümam İsmayıllı və …
Read More »Təxirə salınmış oyunda “Gəncə” basketbolçuları qələbə qazanıblar
Azərbaycan BAsketbol Liqasında XV turdan təxirə salınmış oyun keçirilib. Boyukmillet.com xəbər verir ki, “Sərhədçi” İdman Mərkəzində “Gəncə” “Olimpik Şəki” ilə qarşılaşıb. Görüş qərb təmsilçisinin 89:76 hesablı qələbəsi ilə tamamlanıb. Ən məhsuldar basketbolçular “Gəncə”dən Amil Həmzəyev (21 xal, 12 ribaund), “Olimpik Şəki”dən isə Larri Robinson (22 xal, 8 ribaund) olublar.
Read More »Zəlzələ baş verən gündən 513 nəfər Azərbaycan vətəndaşı ölkəyə təxliyə olunub
Zəlzələ baş vermiş gündən etibarən 513 nəfər Azərbaycan Respublikası vətəndaşı və onların yaxın ailə üzvləri olan xarici ölkə vətəndaşları zəlzələ bölgəsindən Azərbaycana təxliyə olunub. Türkiyədə baş vermiş zəlzələdən zərər çəkmiş Azərbaycan Respublikası vətəndaşlarının müəyyən edilməsi və onlara köməklik göstərilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində, Türkiyə Respublikasındakı Səfirliyində, İstanbul və Qars şəhərlərindəki Baş konsulluqlarında yaradılmış Operativ Qərargahlar tərəfindən Türkiyə …
Read More »Ceyhun Bayramov Rusiya XİN-in nümayəndəsini Ermənistanın sülh prosesinə maneçiliyi barədə məlumatlandırıb
Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevlə görüşüb. Boyukmillet.com xəbər verir ki, görüş zamanı tərəflər arasında Ermənistan-Azərbaycan normallaşma prosesinin, sülh sazişi üzrə danışıqların cari vəziyyəti, Laçın yolunda etirazların müxtəlif aspektləri müzakirə edilib. Ceyhun Bayramov ölkəmizin həm ərazilərinin işğalı dövründə, həm də post-münaqişə dövründə göstərdiyi konstruktiv yanaşmalara, 44 günlük müharibədən sonra sülh prosesi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar