Çərşənbə , 8 Aprel 2026

autor

Ceyhun Bayramov Kahramanmaraşda AFAD-ın Kriz Mərkəzini ziyarət edib

Türkiyədə baş vermiş zəlzələ ilə bağlı səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və türkiyəli həmkarı Mövlud Çavuşoğlu və Türkiyənin daxili işlər naziri Süleyman Soylu Kahramanmaraş şəhərində qardaş ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Kriz Mərkəzinə gəliblər. Boyukmillet.com xəbər verir ki, hər iki nazir mərkəzini ziyarət edib, zəlzələ bölgəsindən vətəndaşların xilas edilməsi, təxliyəsi, həmçinin zəlzələnin nəticələrinin aradan qaldırılması …

Read More »

Almaniya şirkətlərinin Azərbaycandakı sənaye parklarında iştirakı müzakirə edilib

Azərbaycan və Almaniya arasında iqtisadi-ticarət əlaqələrinin gücləndirilməsi, ölkəmizdə yaradılan sənaye parklarında, Ələt Azad İqtisadi Zonasında Almaniya şirkətlərinin iştirakı imkanları, alternativ enerji, nəqliyyat sahəsində əməkdaşlığın inkişafı, təcrübə mübadiləsininin genişləndirilməsi müzakirə edilib. Boyukmillet.com xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, Almaniyanın paytaxtı Berlində Azərbaycan-Almaniya Ticarət və İnvestisiyalar üzrə Yüksək Səviyyəli İşçi Qrupunun 9-cu iclası keçirilib. İclasa Azərbaycan tərəfdən iqtisadiyyat …

Read More »

Ali Məhkəmənin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxs təltif edilib – SİYAHI

Prezident İlham Əliyev Azərbaycan Ali Məhkəməsinin yaradılmasının 100 illiyi münasibətilə bir qrup şəxsin təltif edilməsi haqqında sərəncam imzalayıb. Boyukmillet.com xəbər verir ki, sərəncamla məhkəmə orqanlarında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif ediliblər: “Şərəf” ordeni ilə Rzayev Ramiz Yaqub oğlu 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Yusifov Şahin Yaşar oğlu 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə Abiyeva Kəmalə Nəbi …

Read More »

Türkiyə XİN başçısı: “Azərbaycanlı qardaşlarımız bir millət olduğumuzu hər zaman göstərirlər”

“Sağ olsun, azərbaycanlı qardaşlarımız, xilasedicilər bir millət olduğumuzu hər zaman göstərirlər”. Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib. “Azərbaycanla kədərimiz də, sevincimiz də bir, acımız da, zəfərimiz də birdir, -o əlavə edib.

Read More »

Çavuşoğlu: “Var olsun, Azərbaycan!”

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Azərbaycana təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, o, bu barədə Kahramanmaraş şəhərində həmkarı Ceyhun Bayramovla dağıntılar altında qalmış şəxslərin çıxarılması əməliyyatlarını izləyərkən deyib. “Qardaşlarımız Türkiyədə baş vermiş yanğınlar zamanı da bizə köməklik etdi. Var olsun, Azərbaycan!”

Read More »

Tbilisidə Azərbaycan-Gürcüstan Gənclərinin I Qarabağ Forumu keçirilir – FOTO 

Forum Azərbaycan-Slavyan Gəncləri Assosiasiyası (ASGA) İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə baş tutur. Tədbir Azərbaycan Respublikasının və Gürcüstan Respublikasının dövlət himnlərinin səsləndirilməsi ilə başladı.  Boyukmillet.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri, “Diaspor” İnformasiya Mərkəzinin direktoru Toğrul Allahverdili Forum iştirakçılarını hər iki Qarabağ müharibəsində Şəhid olan, eyni zamanda, qardaş …

Read More »

Azərbaycan neftinin qiyməti 2 dollardan çox bahalaşıb

Dünya bazarında “Azeri Light” markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,34 ABŞ dolları, yaxud 2,7 % artaraq 88,70 ABŞ dolları təşkil edib. Bu barədə neft bazarındakı mənbə məlumat verib. Hərraclarda “Brent” markalı neftin aprel fyuçersləri 86,39 ABŞ dollarına satılıb. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 50 ABŞ dollarından hesablanıb. Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci …

Read More »

Azərbaycan XİN İsrailə başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) İsrailə başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter hesabında paylaşım edilib. “Şərqi Yerusəlimdə avtobus dayanacağında baş verən terroru şiddətlə qınayırıq. Həlak olanların ailələrinə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayırıq”, – paylaşımda qeyd olunub. We strongly condemn the terror ramming at the bus stop in East Jerusalem. We express our condolences to the …

Read More »

Ceyhun Bayramov Türkiyənin Kahramanmaraş şəhərinə yola düşüb

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin zəlzələdən zərər çəkmiş ərazilərini ziyarət etmək məqsədilə Kahramanmaraş şəhərinə səfərə yola düşüb. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib. Qeyd olunub ki, səfər çərçivəsində, nazir Ceyhun Bayramovun Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu ilə görüşü nəzərdə tutulur.

Read More »

Mehriban Əliyevanın göstərişi ilə daha bir humanitar yardım təyyarəsi Türkiyəyə yola düşüb

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın göstərişinə əsasən, ötən gecə Türkiyənin zəlzələ bölgəsinə növbəti humanitar yardım təyyarəsi yola düşüb. Boyukmillet.com xəbər verir ki, budəfəki humanitar yardıma faciədən zərər çəkmiş şəxslər üçün zəruri olan əlavə avadanlıqlar, o cümlədən qızdırıcısı olan çadırlar, generatorlar, istilik radiatorları, çöl üçün qızdırıcılar, dizel yanacaqlı kaloriferlər, həmçinin axtarış-xilasetmə işlərinə dəstək məqsədi ilə ləvazimat və avadanlıqlar daxildir. …

Read More »