Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də Laos Xalq Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Vilavan İyapohenin etimadnaməsini qəbul edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Read More »Azərbaycan Diasporasından Türkiyəyə başsallığı mesajı
Leninqrad Vilayəti Regional Azərbaycan Milli Mədəni Muxtariyyati diaspor təşkilatinin sədri Naib Paşayev Türkiyəyə başsağlığı verib. “Türkiyənin Kahramanmaraş şəhərində baş verən və çox geniş bir bölgədə hiss edilən 7,4 bal gücündə zəlzələ nəticəsində Türkiyə vətəndaşlarının həlak olması və yaralanması xəbərindən son dərəcə kədərləndiyimizi və hər zaman olduğu kimi qardaş türk xalqının yanında olduğumuzu bildiririk. Bu ağır faciə ilə əlaqədar həlak olanların …
Read More »Azərbaycan və ABŞ-ın NATO-dakı nümayəndələri görüşüb, İrandakı səfirliyimizə hücum müzakirə olunub
Azərbaycanın NATO-dakı nümayəndəsi Cəfər Hüseynzadə ABŞ-ın Alyansdakı daimi təmsilçisi Julianne Smislə görüşüb. Boyukmillet.com xəbər verir ki, bunu C.Hüseynzadə tviterdə yazıb. Tərəflər yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunu müzakirə ediblər. Görüşdə həmçinin beynəlxalq sülh və təhlükəsizliyə töhfələr, ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi və Laçın yolundakı durum barədə fikir mübadiləsi aparılıb.
Read More »Azərbaycan Ordusunun Kəlbəcərdəki bölmələrinin döyüş hazırlığı yoxlanılıb
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri üçün Kəlbəcər rayonunda yerləşən bölmələrin döyüş hazırlığının yoxlanılması üçün mediatur təşkil edilib. “Report”un Kəlbəcərə ezam olunmuş əməkdaşı xəbər verir ki, jurnalistlər Murovdağ silsiləsinin 3 260 metr hündürlüyündə olan Ömər aşırımından keçərək Azərbaycan-Ermənistan dövlət sərhədi istiqamətində və rayon ərazisində yerləşən hərbi hissədə olublar. Səfər çərçivəsində KİV nümayəndələri azad edilmiş ərazilərdə dislokasiya olunmuş bölmələrə baş çəkiblər.Media …
Read More »Azərbaycan Ordusunun bölmələrinə həyəcan siqnalı verilib, döyüş qabiliyyəti yoxlanılıb
Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən Azərbaycan Ordusunun qoşun növləri və hərbi hissələrində yeni tədris dövrü ilə əlaqədar praktiki məşğələlər keçirilib. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, plana uyğun olaraq bölmələrin “Həyəcan” siqnalı ilə daimi dislokasiya məntəqələrini tərk etməsi məşq etdirilib. Müasir döyüş təcrübəsi nəzərə alınmaqla keçirilən məşqlərdə Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi …
Read More »Türkiyədə zəlzələdə ölənlərin sayı 3 381-ə çatıb, 20 426 nəfər yaralanıb
Türkiyədə fevralın 6-da baş verən zəlzələ nəticəsində ölənlərin sayı 3 381-ə çatıb. Boyukmillet.com xəbər verir ki, məlumatı Türkiyə KİV-i yayıb. Zəlzələ nəticəsində 20 426 nəfər yaralanıb. Təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.
Read More »Xankəndi-Laçın yolunda BQXK-nın avtomobilləri maneəsiz hərəkət edib
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə (BQXK) məxsus 7 avtomobilin hərəkət etməsinə şərait yaradılıb. “Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub. Belə ki, 6 minik və 1 yük avtomobilləri Xankəndidən Laçın istiqamətinə keçid edib. Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir məhdudiyyət …
Read More »ABŞ Türkiyəyə 140 xilasedici göndərəcək
ABŞ zəlzələdən zərərçəkənlərə kömək etmək üçün Türkiyəyə iki axtarış-xilasetmə qrupu göndərəcək. Boyukmillet.com-un məlumatına görə, bu barədə CNN xəbər yayıb. “Söhbət ABŞ-dan olan iki komandadan gedir. Biri Feyrfaks dairəsindən, digəri Los-Ancelesdən – ağır bölmələr adlanır, mənim fikrimcə, hər birində 70 nəfər var – axtarış itləri olan heyət, həmçinin tibb işçiləri”, – telekanal ABŞ-ın Türkiyədəki səfiri Ceff Fleyk bildirib. O, Türkiyənin dağılmış …
Read More »Əminə Ərdoğan Mehriban Əliyevaya təşəkkür edib
Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın xanımı Əminə Ərdoğan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya zəlzələdəki çoxsaylı insan tələfatı ilə bağlı başsağlığına görə təşəkkür edib. Boyukmillet.com xəbər verir ki, Əminə Ərdoğan bu barədə tviter hesabında yazıb. “Hörmətli Mehriban, başsağlığı mesajınıza və dərdimizi bölüşdüyünüzə görə ürəkdən təşəkkür edirəm. Can Azərbaycan çətin günümüzdə yardımımıza ilk gələnlərdən oldu. Dəstəyiniz üçün təşəkkür edirik. Dostlarımızın yanımızda olduğunu bilmək …
Read More »FHN gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
FHN bu gün günün ikinci yarısından başlayaraq gözlənilən kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib, Boyukmillet.com xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, bu gün günün ikinci yarısından başlayaraq ölkə ərazisində hava şəraitinin kəskin dəyişəcəyi, temperaturun xeyli enəcəyi, yağıntılı keçəcəyi, sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə intensivləşəcəyi, bəzi ərazilərdə güclü külək əsəcəyi proqnozlaşdırılır. Qeyd olunanlarla bağlı Fövqəladə Hallar …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar