Azərbaycan hərbçiləri Britaniya Müdafiə Nazirliyinin kursunu Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurub. Boyukmillet.com xəbər verir ki, bunu Böyük Britaniyanın ölkəmizdəki səfiri Fergus Auld tviter hesabında yazıb. “General (Hikmət -red) Həsənovun dəvəti ilə Müdafiə Nazirliyinin bütün təlimatçılarına kursun sonunda sertifikatlar təqdim etmək məni çox məmnun etdi. Böyük Britaniya Müdafiə Nazirliyi tərəfindən təqdim edilən Partlayıcı Təhlükələrdən Məlumatlılıq kursunu uğurla başa vurdular”, …
Read More »Xankəndi-Laçın yolunda 58 günlük aksiya: “Azərbaycan vahiddir, sərvətinə sahibdir”
Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli səkkiz gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident …
Read More »Azərbaycan Türkiyəyə daha iki yardım təyyarəsi göndərir
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti iki təyyarə qardaş ölkəyə yola salınır. Boyukmillet.com xəbər verir ki, təyyarələrdən biri ilə FHN-in hər cür tibbi avadanlıq və ləvazimatlarla təchiz olunmuş mobil səhra hospitalı göndəriləcək. Hospital 4 funksional bölmədən – qəbul-çeşidləmə, laboratoriya, cərrahiyyə və intensiv …
Read More »İsveç Türkiyə və Suriyaya yardım üçün 657 min dollar ayırıb
İsveç Türkiyə və Suriyada baş verən zəlzələlərin nəticələrinin aradan qaldırılmasında təcili yardım üçün 7 milyon kron (657 min ABŞ dolları) ayırıb. Boyukmillet.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İsveçin mülki müdafiə naziri Karl-Oskar Bolin bildirib. Vəsaitin 5 milyonu Türkiyə Qızıl Ayparasına, 2 milyonu isə Suriyaya göndəriləcək. Stokholm, həmçinin evlərini itirənlərə çadır, avadanlıq və müvəqqəti sığınacaq yollayıb. Danimarka da …
Read More »Azərbaycanlı tələbələr Kahramanmaraşdan təxliyə olunacaq
“Kahramanmaraşdakı zəlzələ bölgəsindən Türkiyədəki azərbaycanlı tələbələr və digər Azərbaycan vətəndaşlarının təxliyəsi üçün hazırlıq işləri görülür”. Boyukmillet.com xəbər verir ki, bu barədə “Report-un Ankara bürosuna açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin azərbaycanlı müəllimi Həmran Əmirli bildirib. Həmran Əmirli deyib ki, 25-dək tələbə hazırda universitetin həyətinə toplaşıb. Şəhərdə 50-dən çox tələbənin olduğu haqqında məlumatlar var. Ümumlikdə isə 27 minə yaxın Azərbaycan vətəndaşı Türkiyədə təhsil …
Read More »Rusiya yaralıların müalicəsi üçün Türkiyəyə səhra xəstəxanası göndərib
Rusiya Fövqəladə Hallar Nazirliyi Türkiyədə baş vermiş zəlzələdə yaralananların müalicəsi üçün səhra xəstəxanası, eləcə də xilasetmə qrupları göndərib. Bu barədə Boyukmillet.com “Haber Global”a istinadən xəbər verir. Qeyd edilir ki, Türkiyənin bir çox vilayətində can və mal itkisi ilə nəticələnən Kahramanmaraş mərkəzli zəlzələdən sonra Rusiyadan Türkiyəyə dəstək qruplarının göndərilməsi davam edir. Rusiya Fövqəladə Hallar Nazirliyi ötən gün gündüz saatlarında göndərilən axtarış-xilasetmə qruplarına …
Read More »Türkiyədə zəlzələ qurbanlarının sayı 3 000 nəfərə çatır – YENİLƏNİB-14
Türkiyədə ötən gün baş verən zəlzələ nəticəsində həlak olanların sayı 2 921 nəfərə çatıb. Boyukmillet.com-un məlumatına görə, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) direktoru Yunus Sezer məlumat verib. O, qeyd edib ki, təbii fəlakət zamanı yaralananların sayı isə 15 834 nəfərə çatıb. Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 maqnitudalı, saat 13:24-də isə Elbistan rayonunda 7,6 maqnitudalı …
Read More »Azərbaycanın bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən Ordumuzun bir qrup hərbi tibb personalı Türkiyəyə yola düşüb. Bu barədə Azərbaycanın Müdafiə Nazirliyindən bildirilib. İyirmi nəfərdən ibarət heyət baş vermiş zəlzələdə xəsarət alan insanlara kömək etmək məqsədilə qardaş Türkiyədə fəaliyyət göstərəcək. Qeyd edək ki, dünən Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda yerli vaxtla saat 4:17-də 7,7, Kahramanmaraşın Elbistan rayonunda saat …
Read More »Antakyada azərbaycanlı ana və qızı dağıntılar altından xilas edilib
Türkiyənin güclü zəlzələnin baş verdiyi Hatay şəhərinin Antakya rayonunda azərbaycanlı Sevda Əliyeva və qızı Nəzrin Əlizadə dağıntılar altından xilas edilib. “Report”un Ankara Bürosuna bu barədə Azərbaycanın Türkiyədəki Səfriliyindən məlumat verilib. Məlumata görə, ana və qızının səhhəti normaldır: “Antakya rayonunda dağıntılar altında qalan azərbaycanlı Nəzrin Əlizadə və anası Sevda Əliyevanın səhhəti qənaətbəxşdir”. Bildirilib ki, ana və qızının yaşadığı ev zəlzələdə dağıntıya …
Read More »Milli Qəhrəman Mübariz İbrahimovun doğum günüdür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günüdür. Boyukmillet.com xatırladır ki, Mübariz Ağakərim oğlu İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, 1994-cü il şəhid M.Piriyev adına Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olaraq 2005-ci ildə orta təhsilini başa vurub. 2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan M.İbrahimov hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi …
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar