“Report”un Ankara bürosu Türkiyənin zəlzələ baş verən ərazilərində yaşayan azərbaycanlı ailələrlə əlaqə saxlayıb. Adanada yaşayan azərbaycanlı Rüxsarə Çelikkıran “Report”un qardaş ölkədəki əməkdaşına bildirib ki, ilk zəlzələnin baş verdiyi saatdan ailəsi, üç övladı ilə birgə evi tərk ediblər, yağışlı hava şəraitində həyat yoldaşının avtomobilinə sığınıblar. O, saat 13:24 radələrində baş verən təkanları isə daha çox hiss etdiklərini deyib: “İlk vaxtda elektrik …
Read More »General: “Azərbaycandan getmiş 420 nəfərlik xilasedici heyət sonacan Türkiyədə fəaliyyət göstərəcək”
Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Fövqəladə Hallar Nazirliyinin 420 nəfər şəxsi heyəti artıq Adana şəhərinə çatıb”. “Report”un Türkiyəyə ezam olunmuş əməkdaşının xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Fövqəladə Hallar Nazirliyinun Bakı Regional Mərkəzinin rəisi general-mayor Məhərrəm Həsənov deyib. “İlkin olaraq xilasetmə qrupu artıq Adana şəhərindədir. Türkiyədə …
Read More »Ersin Tatar Türkiyədə baş verən zəlzələ ilə bağlı başsağlığı verdi
Quzey Kıbrıs Türk Cümhuriyyətinin prezidenti Ersin Tatar Türkiyədə baş verən təbii fəlakətlə bağlı başsağlığı verib. Boyukmillet.com xəbər verir ki, Ersin Tatarın başsağlığı mesajında deyilir: Türkiyəmizdə ilk təsbitlərə görə vətənimizin müxtəlif vilayətlərində, yəni Adana, Kahramanmaraş, Adıyaman, Malatya, Qaziantep, Diyarbəkir və Şanlıurfada əvvəlcə 7,4, sonra isə 6,6 olmaqla müxtəlif dağıdıcı dəyərlərə malik 32 ardıcıl təkan olub… Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, …
Read More »Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb
Türkiyədə zəlzələdə ölənlərin sayı 1014 nəfərə çatıb. Boyukmillet.com Türkiyə KİV-inə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Read More »Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumunun yeni detalları açıqlanıb
Xarici İşlər Nazirliyi yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə qarşı həyata keçirilən terror hücumu ilə bağlı yeni detalları açıqlayıb. Nazirlikdən bildirilib ki, səfirliyin müşahidə kameraları vasitəsilə terror hücumunun gedişatı anbaan lentə alınıb. Qurumdan xatırladılıb ki, cari ilin 27 yanvar tarixində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə qarşı həyata keçirilmiş terror hücumu nəticəsində səfirliyin mühafizə xidmətinin rəisi Orxan Əsgərov şəhid olub, iki …
Read More »Azərbaycan XİN: “İran polisi səfirliyə hücumun qarşısını almaq üçün heç bir tədbir görməyib”
“Azərbaycanın İrandakı səfirliyinə hücum zamanı İran polisi terrorçunu zərərsizləşdirmək üçün heç bir addım atmayıb”. Boyukmillet.com xəbər verir ki, bunu Xarici işlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəhbəri Ayxan Hacızadə jurnalistlər üçün keçirilən brifinqdə deyib. O qeyd edib ki, terrorçunun dəfələrlə səfirliyimizə daxil olmaq cəhdlərinə baxmayaraq, İran polisi bu terror aktının qarşısını almayıb: “Avtomat, tapança və “Molotov kokteyli” ilə silahlanmış terrorçu cəhdinin …
Read More »İlham Əliyev Rəcəb Tayyib Ərdoğana zəng edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 6-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib. Boyukmillet.com xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb. Dövlət başçısı Türkiyədə baş vermiş zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbərin Azərbaycanı çox sarsıtdığını və kədərləndirdiyini deyib. Prezident İlham Əliyev zəlzələ zamanı həlak olanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana, …
Read More »Azərbaycan Biznes Partnyorları Klubu fəaliyyətə başlayıb – FOTOLAR
Baku Marriott Hotel Boulevard”da Azərbaycan Biznes Partnyorları Klubunun (BPC) fəaliyyətə başlaması ilə əlaqədar təqdimat mərasimi keçirilib. Tədbirdə çıxış edən klubun sədri Gülpəri Bayramova bildirib ki, qurumun yaradılmasında əsas məqsəd sahibkarlar arasında işgüzar, faydalı və qarşılıqlı münasibətlərə nail olmaqdır. O söyləyib ki, ölkəmizdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər, işgüzar sferada təmsil olunan sahibkarlar BPC-də təmsil oluna bilərlər. Xaricdə yaşayan azərbaycanlı …
Read More »SON DƏQİQƏ! Kahramanmaraşda bir gündə 7 bal gücündən yuxarı ikinci zəlzələ baş verdi – CANLI YAYIM
Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,8 bal gücündə bir gündə ikinci zəlzələ baş verib. Boyukmillet.com xəbər verir ki, bu barədə bazar ertəsi Türkiyə Hökuməti yanında Fövqəladə Halların Qarşısının Alınması və Nəticələrinin Aradan qaldırılması İdarəsi (AFAD) məlumat yayıb. Yerli vaxtla saat 13:24-də 7,8 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Zəlzələnin episentri Elbistan rayonunda, ocağı isə 7 km dərinlikdə yerləşib.
Read More »Gürcüstan Türkiyəyə yardım təklif edib
Gürcüstan Baş naziri İrakli Qaribaşvili Türkiyədə baş vermiş güclü zəlzələ nəticəsində həyatını itirənlərə görə Prezident Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına başsağlığı verib. APA-nın Tbilisi müxbiri xəbər verir ki, Gürcüstanın hökumət başçısı ölkəsinin Türkiyəyə istənilən zəruri yardım etməyə hazır olduğunu qeyd edib. “Biz, Türkiyə xalqının yanındayıq və onları istənilən zəruri yardımla təmin etməyə hazırıq”, – deyə Baş nazir bildirib.
Read More »
Boyukmillet.com Biz yanmasaq vətən yanar