Çərşənbə , 8 Aprel 2026

autor

Türkiyəyə yardım təklifi edən ilk ölkə Azərbaycan olub

Türkiyədə 7,4 bal gücündə olan zəlzələnin baş verməsi ilə əlaqədar dünyanın müxtəlif ölkələrindən humanitar yardım gəlməyə başlayıb. “Report”un Ankara bürosunun məlumatına görə, yardım üçün müraciət edən ilk ölkə Azərbaycan olub. Türkiyədə yerli mətbuat bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, Fövqəladə Hallar Nazirliyi ilkin olaraq 370 nəfərdən ibarət çevik xilasetmə qüvvələrinin qardaş ölkəyə yola düşməyə hazırlaşdığını açıqlayıb. İsrailin …

Read More »

Mehriban Əliyeva Türkiyəyə başsağlığı verib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyədə baş vermiş zəlzələ ilə əlaqədar qardaş ölkəyə başsağlığı verib. Boyukmillet.com-un məlumatına görə, instaqram hesabında olan paylaşımda deyilir: “Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələnin nəticələri barədə xəbərləri dərin kədər hissi ilə qarşıladım. Allah faciə zamanı həlak olanlara rəhmət eləsin. Onların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı verirəm. Yaralananların və xəsarət alanların tezliklə şəfa tapmasını arzulayıram. …

Read More »

Azərbaycan Ordusunun Baş Qərargah rəisi hərbi hissələrin intensiv döyüş hazırlığını yoxlayıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev və Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev hərbi hissələrdə olub, yeni tədris dövründə intensiv döyüş hazırlığı məşğələlərinin gedişini yoxlayıblar. Bu barədə Müdafiə Nazirliyindən məlumata verilib. Baş Qərargah rəisi məşğələlərin təşkili və icrası ilə bağlı komandir heyətinin məruzələrini dinləyib. Bildirilib ki, bölmələrdə döyüş hazırlığı tədbirlərinin keyfiyyətli təşkilinə xüsusi diqqət yetirilir. Müasir döyüşün aparılması üsulları …

Read More »

İlham Əliyev Ərdoğana başsağlığı verib

Prezident İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı verib. Boyukmillet.com-un xəbərinə görə, başsağlığı məktubunda deyilir: “Hörmətli cənab Prezident, Əziz Qardaşım, Kahramanmaraşda baş vermiş və qardaş Türkiyənin bir çox yerlərində hiss edilmiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər bizi olduqca kədərləndirdi. Bu ağır məqamda hər cür yardım göstərməyə hazır olduğumuzu bildirir, faciə ilə əlaqədar Sizə, …

Read More »

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir

Azərbaycanda qəzet və saytlara verilən maddi yardımlar vergilərdən azad edilir. Boyukmillet.com -un xəbərinə görə, bununla bağlı Vergi Məcəlləsinə dəyişiklik təklif olunur. Layihənin qeyd hissəsində əsaslandırılıb ki, “Media haqqında” qanunun 4-cü maddəsində medianın inkişafının təşviqi və media subyektlərinin fəaliyyətini stimullaşdırması nəzərdə tutulur. Həmin qanuna uyğun olaraq Vergi Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Belə ki, qanun layihəsinə əsasən media subyektlərinin onlara müvafiq …

Read More »

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədəki vətəndaşlarımıza müraciət edib

Azərbaycanın İstanbuldakı Baş Konsulluğu Türkiyədə yaşayan və işləyən vətəndaşlarımıza müraciət edib. Boyukmillet.com  xəbər verir ki, müraciət diplomatik nümayəndəliyin sosial şəbəkə hesabında yayılıb. “Türkiyənin Kahramanmaraş və ətraf vilayətlərində baş vermiş zəlzələ nəticəsində zərərçəkən Azərbaycan vətəndaşlarının və ya onlar haqqında məlumatı olanların aşağıdakı qaynar xətt vasitəsilə Baş Konsulluqla əlaqə saxlamaqları xahiş olunur: +90 536 613 86 48”, – məlumatda bildirilib. Qeyd edək …

Read More »

Ceyhun Bayramov Mövlud Çavuşoğluna zəng edib, Azərbaycanın yardıma hazır olduğunu bildirib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında telefon danışığı olub. Bu barədə  Xarici İşlər Nazirliyindən məlumat verilib. Ceyhun Bayramov türkiyəli həmkarına zəng vuraraq qardaş Türkiyənin Kahramanmaraş, Qaziantep və digər cənub bölgələrində baş vermiş güclü zəlzələ nəticəsində həlak olanların ailələrinə, Türkiyə hökumətinə və xalqına başsağlığı diləklərini çatdırıb. O, yaralıların tezliklə sağalmasını arzulayıb. C.Bayramov Azərbaycanın …

Read More »

KİV: “Azərbaycan hərbçiləri Türkiyəyə köməyə gedir”

Azərbaycan Ordusunun hərbçiləri zəlzələnin nəticələrini aradan qaldırmaq işlərinə kömək göstərmək üçün Türkiyəyə yola düşəcək. Boyukmillet.com xəbər verir ki, bu barədə “TGRT Haber” məlumat yayıb. “Azərbaycan Silahlı Qüvvələrinin qısa müddətdə Türkiyəyə kömək məqsədilə zəlzələ bölgəsinə hərəkət edəcəyi bildirilir”, – məlumatda qeyd olunub. Xatırladaq ki, Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib.

Read More »

Xankəndi-Laçın yolundakı aksiya 57 gündür davam edir: ekofəalların tələbləri dəyişməzdir 

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli yeddi gündür davam edir. “Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər. Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident …

Read More »

Türkiyə beynəlxalq yardım üçün çağırış edib

Türkiyə şiddətli zəlzələdən sonra beynəlxalq yardım üçün çağırış edib. Boyukmillet.com “Anadolu”ya istinadən xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu danışıb. “Dördüncü səviyyədə həyəcan vermişik. Bu, özündə beynəlxalq yardımı ehtiva edən həyəcan təbildir”, – DİN başçısı bildirib.

Read More »